29.01.2013

YAĞIŞ

Xuraman Nuru

….Yağışdan sonra torpaqdan gələn o qoxunu çox sevirəm... Acgözlüklə dərindən ciyərlərimə çəkirəm bu qoxunu , ruhuma bir dinclik verər bu qoxu. Hərdən düşünərəm ki, doğurdanmı torpaq belə qoxur?? ! Görən nədən bu qoxu elə ancaq yağış yağdıqdan sonra gələr?! Səbəbini aramağa çalışdım… və deyəsən sonunda tapdım axı!!!! Bunu elmi izahını verməyəcəm. Bu mənlik deyil…
…Uca Yaradan insanı torpaqdan xəlq edib, yaradıb. Bunu elm də təsdiq edib ki, insanın hüceyrələrinin tərkibi ilə torpağın təkibi demək olar ki, eynidir...
Və torpaqdan yaranmış insan yenidən torpağa qarışır.Tanrı dərgahına gedən isə onun ruhudur. Günahlar içində olanı və ya günahsız ruhu. Torpaqdan gələn qoxu isə o dünyasını dəyişmiş artıq cansız və ruhsuz qalan və cəsəd adlandırdığımız varlıqların bu dünyadakı arzu və isdəkləridir ki, hopub torpağın canına…. O arzulardır ki , nakam qalıb gözlərdə, o arzulardır ki, onlara çatmamış yarımçıq torpaq altına hopub .Yağış yağanda sankı o arzular cücərir, baş qaldırır ümüdlə ətrafa yayılır…..Yağış o torpaq altda yatan arzu sahiblərinin göz yaşlarıdır.
…Yağış sanki bir nakam balanın həsrət dolu sözlərini çatdırır anasına : “Anacan, ay ana… mən burdayam, mənsiz çox ağlama . Mən sənin yanan ürəyini hiss elədim ki, gəldim . Əllərini uzat pəncərəyə, bax bu mənəm, balanam….Axı analar deyirlər balanın qoxusunu uzaqdan duyarıar.!!! O zaman mənim qoxum da qarışıb torpağa, sənin burnuna gəlirmi?! Duydunsa o zaman al ovcuna nəm torpağı və qoxula… qoxula və daha ağlama . Bax mən sənin yanındayam, yox olan cismimdir, ruhum burdadır .
Yağış torpaq altında yatan ata-anaların göz yaşıdır .Bu dünyada buraxdıqları balarına həsrət qalan valideynlərin göz yaşlarıdır. Balasının onları həsrətlə çağıranda, xəstələnəndə…problemlər icində qıvrılanda dözməyən çarəsiz göz yaşlarıdır yağış….Torpaqdan gələn qoxu isə o valideynin həsrət dolu qoxsudur ki, eləcə gözəl və yanıqlı qoxar...
Yağış yağan zaman torpaqdan gələn qoxu bir şəhidin qanının qoxsudur ki, qarışıb o canını fəda etdiyi Vətən torpağına!!! . Təmiz şəhid qanının və torpaq qoxsunun qarışığıdır bu qoxu. Vətənin azadlığını görəndə sevinclə yağış yağanda ümüdlü bir həvəslə yayılıq ətrafa bu qoxu!!! . Bəzən də hüzünlu həsrət dolu, bəzən isə qəzəblə qarışır torpağa..Sanki “Nədən belə??? bunun üçünmü mən Şəhid oldum ki, sizlər biganə qalasınız bu torpaga?!” –deyə hayqırır!!!!!!!!!!
…..Hərdən yağışdan sonra torpaqdan gələn qoxu bəzən də nakam sevgilin harayını xatırladır….sevgilisinin onun məzarı üstündə axıtdığı göz yaşlarıdır ki, qarışıb bir-birinə ..İki nakam sevgililərin göz yaşlarına dözməyib yağış da onlara qoşulur və beləcə gözəl bir həsrət dolu qoxu gəlir torpaqdan .. Sevgi qoxsu.
…..Yağışdan sonra torpaqdan gələn qoxu ən əsası isə bütün yaranışların təməlində duran və bu yaranışın SƏBƏBKARI olan, bizi yaradan ULU TANRIMIZIN bizlərə vəd etdiyi Cənnətin qoxsudur…Hər yağışdan sonra sanki insanlara bir mesaj olaraq gəlir ki, baxın bu gözəl qoxulu məkanda əbədi yaşamaq istəyirsinizsə TƏLƏSİN!! Bunu qazanmaq həm asan, həmdə çox çətindir...Mənim sizi arzuladığım kimi İNSAN olacaqsınız..əsl İnsan! İnsan kimi insan olmaq lazımdır. Əziz dostlarım, bu cənnət dolu mesaja ciddi yanaşmalıyıq . Çünkü bunu niyə dinləmədik deyə təəssüf edərik tez bir zamanda. Yaşam çünkü insana onun bilmədiyi bir ölçüdə verilib. Kiminin yolu uzun.. kimininki isə qısa..bax bu qısa olani gözə alıb tələsməliyik. Bu gün bu qoxunu bir daha ciyərlərimizə çəkib tələsək!!!!

Комментариев нет:

Отправить комментарий