28.01.2013

Hələ bilmir

Nicat Cəfər

İnsan necə varlıqdısa şeytan hələ bilmir
Aləm özü şeytandı bu insan hələ bilmir

Xəlq eyləyib Allah, eləyə insan ibadət
Səksən yaşi vardır kişi iman hələ bilmir

Kimnən soruşursansa olub əhli ibadət
Gəl dərinə getdikcə o Qu`ran hələ bilmir

Rəbbim bizə nazil eləyib haqq olan islam
bu haqq olan islami musəlman hələ bilmir


Göstər mənə o şəxsi ki dövranda qüsürsuz
Əlbəttə dedim Mehdidi nöqsan hələ bilmir


İnsan yaranıb Allahına etsin ibadət,
Çox heyfa, bu cür hikməti nadan hələ bilmir,

Bir gün gələr əlbət tanıyarlar səni Cəfər,
Fikr etmə sənin qədrini dövran hələ bilmir

Комментариев нет:

Отправить комментарий