30.01.2013

Saçlarımızın qarası tək qaçdığını unutduğumuz qədər

Leyla Kurdbəççə

Öyrənmişik

əqrəbələrin gözündən 
görürük səhəri
qalxıb, gedirik
günün sönüna çatıb
bir duvara əl vurub, 
yenə də geri dönürük

öyrənmişik
mən səhərin ilk çağinda acı çaya
sən isə, gecənin sonunda acı öpüşlərə
mən
sən hər gecə sözlərini bir kişi kimi danişasan
sən isə
mən hər dönə bir qadın kimi ağlayam


öyrənmişik
birdən gecə saçlarımızın qarasıtək 
qaçdığını unutduğumuz qədər
və bir gün
elə bir səhər olar
oyanmağa gec ola


Çevirmən: Ramin Abbaszadə

Комментариев нет:

Отправить комментарий