Məlihə Əzizpur
Gözəlliyinin mütləqliyində
Neçə milyard imkan gizlənib gözəl?!
Hər qırpımcıq, yeni dönəm
Hər bir cilvən, bir peyğəmbər
Hər zərrəm, sarsılmaz inam...
Demə,
Gözlərin imiş o səhər:
"Duş vəqt-e- səhər əz qussə nəcatəm dadənd"
Demə,
Sərxoşluğum imiş: "Ənəlhəq"
Demə,
Vurğunluğum imiş o məcnunluq:
"Məndə sığar iki cəhan/
Mən bu cəhana sığmazam..."
Gülüşünün ılıq dadı imiş "Cənnət"
Nəfəsinin istiligi imiş "Cəhənnəm" demə...
Gözəlliyinin mütləqliyində
Neçə milyard imkan gizlənib?
Aç-dağıt gizlərini
Milyard-milyard mütləq yarat
Şübhəli imkanlardan!
Və, söylə
Gözəlliyinin mütləqliyində
Neçə milyard imkan gizlənib
Ay gözəl?!
BAXIŞLARIN
Baxışların,
Sərhədləri tanımayan axış.
Bağışla açıq yazıram!
(Gözlərindən utanarkən,
Çırıl çılpaq olur hissim!)
Şeir,
Özünü göstərməkdədir məndə!
Açıqlananmıram bağışla...
Gözəlliyinin mütləqliyində
Neçə milyard imkan gizlənib gözəl?!
Hər qırpımcıq, yeni dönəm
Hər bir cilvən, bir peyğəmbər
Hər zərrəm, sarsılmaz inam...
Demə,
Gözlərin imiş o səhər:
"Duş vəqt-e- səhər əz qussə nəcatəm dadənd"
Demə,
Sərxoşluğum imiş: "Ənəlhəq"
Demə,
Vurğunluğum imiş o məcnunluq:
"Məndə sığar iki cəhan/
Mən bu cəhana sığmazam..."
Gülüşünün ılıq dadı imiş "Cənnət"
Nəfəsinin istiligi imiş "Cəhənnəm" demə...
Gözəlliyinin mütləqliyində
Neçə milyard imkan gizlənib?
Aç-dağıt gizlərini
Milyard-milyard mütləq yarat
Şübhəli imkanlardan!
Və, söylə
Gözəlliyinin mütləqliyində
Neçə milyard imkan gizlənib
Ay gözəl?!
BAXIŞLARIN
Baxışların,
Sərhədləri tanımayan axış.
Bağışla açıq yazıram!
(Gözlərindən utanarkən,
Çırıl çılpaq olur hissim!)
Şeir,
Özünü göstərməkdədir məndə!
Açıqlananmıram bağışla...
Комментариев нет:
Отправить комментарий