31.01.2013

Çomski ABŞ-ı terror dövləti adlandırdı

Xebername.org Medyasafak.com-a istinadən xəbər verir ki, Müasir linqvistikanın “atası” hesab olunan, məşhur yəhudi publisist və siyasi dissident Noam Çomski Press TV-yə verdiyi açıqlamasında, "əgər beynəlxalq qanunlar tətbiq olunsa Amerika Birləşmiş Ştatları başda gələn terror dövləti olar" deyib.
Çomski bildirib ki, "rəsmi terror kriteryalarını təhlil etdiyini, bu kriteryaların ABŞ və İngiltərə qanunlarında yer aldığını bildirib və bu tərif tətbiq edilsə ABŞ-ın dünyada ən başda gələn terror dövləti olduğu nəticəsini verər"
Onun sözlərinə görə, ABŞ liderliyindəki qüvvətlər 2003-cü ildə İraqa kütləvi qırğın silahları olduğu bəhanəsiylə hücum edib və Səddam Huseyni devirib. Lakin İraqda heç vaxt kütləvi qırğın silahı olmayıb. Həmin döyüşdə ABŞ-ın İraqda 170 min əsgəri və 500-dən çox hərbi bazası olub. Hərbi müdaxilə nəticəsində 1 milyondan çox iraqlı həlak olub.

Комментариев нет:

Отправить комментарий