29.01.2013

Məni yuxu görsünlər ağaclar

Ramin Cahangirzadə

Başqa yol yox
Bu meşədən keçməyə
İxtiyarınız olmayacaq
Rəsmini çəkirəm
Acgöz tülkünü sizin üçün
Zindanları aparacaqlar su altına
Dikdaban ağacların xol-budağında
əsnəyəcək toraxaylar
rəngi qaçacaq buludların
İxtiyarınız olmayacaq
Nıqqıldayacaq qanımıza
ətimizin damarları
güdələcək ağacların kölgəsi
Ey meşənin sahibi!
Dırnaqlarımı pay gətirmişəm
-ixtiyarınız  olmayacaq!-demə mənə.
Ruhumu basdır quru ağacların dibinə
əngi qıfıllansın torpağın
məni yuxu görsünlər ağaclar…!

Комментариев нет:

Отправить комментарий