29.01.2013

Stalin ABŞ səfirliyini necə dinləyib

gerbKQB-nin yaranmasının ildönümü vaxtında Rusiya mətbuatı əfsanəvi sovet agenti Vadim Qonçarovun həyatını yenidən işıqlandırıb. Qonçarov Stalinin əmri ilə Moskvadakı ABŞ səfirliyini dinləmək məqsədilə hazırlanmış əməliyyata başçılıq edirmiş. Əməliyyatda orta məktəb şagirdlərindən istifadə olunması qərara alınır. 1945-ci ildə Krımda Artek beynəlxalq tələbə düşərgəsinin açılışında ABŞ səfiri A. Harrimən də iştirak edir. Mərasim zamanı sovet tələbələri Amerikalı səfirə qiymətli ağac növlərindən hazırlanmış ABŞ gerbini hədiyyə edirlər. KQB-nin içərisinə Zlatoust adlı gizli dinləmə cihazı yerləşdirdiyi bu gerbi səfir iş otağında asır və gerb 8 il orada qalır.  Harriməndən sonra daha 3 səfir Moskvada xidmət edir ancaq heç biri gerbdə dinləmə cihazının olacağını fikirləşmir. Ancaq Kremlin gizli məsələlərdə Vaşinqtondan daha tez informasiyaya malik olması CİA-I şübhələndirir və Moskvaya elektronika mütəxəssisləri və cihazlar göndərilir.
CİA səfirlikdə yazışmaların sayını artırdıqca KQB də cihazı daha da aktivləşdirir və amerikalılar gerbin içərisindəki cihazı tapa bilirlər. Məsələ barədə bir müddət susan Vaşinqton 1960-cı ildə SSRİ-nin casus fəaliyyətlərini ifşa etmək məqsədilə BMT kürsüsündə Zlatoustu nümayiş etdirdi. Hazırda həmin cihaz CIA-nın muzeyində saxlanılır. Qonçarov Moskvada otellərdə qalan xarici yüksək vəzifəli şəxsləri və səfirlikləri dinləməyi bacarmaqla məşhurlaşan məşhur Sovet kəşfiyyatçısıdır.

newspaper.az

Комментариев нет:

Отправить комментарий