CAMAL LƏLƏZOƏ
Çarmıxa çəkilir dincliyim, yuxum,
Lənət oxuyuram
fikridarlara.
Nifrətdən daşlara çevrilir duyğum,
Ölüm istəyirəm
səbəbkarlara.
Əsgər ölümləri bu yurda zərbə,
Əsgər ölümləri sinədə
dağdır.
Mümkündür düşmənlə
girəndə hərbə,
Barış zamanısa ölüm
nahaqdır.
Özünə sui-qəsd, intihar, nifaq,
Nədən xəbər verir? Bilən halıdır.
Əsgərin üzünə dəyən
şapalaq
Sabah xəyanətin qeylü-qalıdır.
Əsgərə zor etmək, onu
sındırmaq
Bir balta çalmaqdır yurdun belinə.
Əsgəri alçaldıb, sonra
qandırmaq
Uymaqdır düşmənin fitnə-felinə.
Əsgər qürur duyar Vətən yolunda
Ölməyi, dağ-daşda
sürünməyi də.
Əgər Vətən gücü varsa
qolunda,
Şan bilər alova bürünməyi də.
Bircə tapdalama ləyaqətini.
Əsgərin şərəfi – şanıdır yurdun.
Ondan əsirgəsən
məhəbbətini,
Komandir, elə bil, boynunu vurdun.
Əsgər nə fəhlədir, nə də ki kölə.
Sinəsi qalxandır, qolu
avtomat.
Komandiri gərək onu dost bilə,
Doğma oğul bilə özünə hər vaxt.
Hər əsgər bir evin yanan çırağı,
Hər əsgər düşmənin önündə səngər.
Viranə qalacaq bu Vətən bağı,
Fərari olmağa vadarsa
əsgər.
Mərdlik məktəbidir,-
demişlər,- ordu.
Anaya çəkilən dağ,-
deməmişlər.
Düşmən xarabaya qoysa da yurdu,
Təkcə oğlum qalsın sağ, - deməmişlər.
Ali Baş Komandan!
Ver qərarını.
Hər əsgər şərəftək əziz tutulsun.
Komandir sevirsə
paqonlarını,
Əsgərə canıyla cavabdeh olsun!
Çarmıxa çəkilir dincliyim, yuxum,
Lənət oxuyuram
fikridarlara.
Nifrətdən daşlara çevrilir duyğum,
Ölüm istəyirəm
səbəbkarlara.
Əsgər ölümləri bu yurda zərbə,
Əsgər ölümləri sinədə
dağdır.
Mümkündür düşmənlə
girəndə hərbə,
Barış zamanısa ölüm
nahaqdır.
Özünə sui-qəsd, intihar, nifaq,
Nədən xəbər verir? Bilən halıdır.
Əsgərin üzünə dəyən
şapalaq
Sabah xəyanətin qeylü-qalıdır.
Əsgərə zor etmək, onu
sındırmaq
Bir balta çalmaqdır yurdun belinə.
Əsgəri alçaldıb, sonra
qandırmaq
Uymaqdır düşmənin fitnə-felinə.
Əsgər qürur duyar Vətən yolunda
Ölməyi, dağ-daşda
sürünməyi də.
Əgər Vətən gücü varsa
qolunda,
Şan bilər alova bürünməyi də.
Bircə tapdalama ləyaqətini.
Əsgərin şərəfi – şanıdır yurdun.
Ondan əsirgəsən
məhəbbətini,
Komandir, elə bil, boynunu vurdun.
Əsgər nə fəhlədir, nə də ki kölə.
Sinəsi qalxandır, qolu
avtomat.
Komandiri gərək onu dost bilə,
Doğma oğul bilə özünə hər vaxt.
Hər əsgər bir evin yanan çırağı,
Hər əsgər düşmənin önündə səngər.
Viranə qalacaq bu Vətən bağı,
Fərari olmağa vadarsa
əsgər.
Mərdlik məktəbidir,-
demişlər,- ordu.
Anaya çəkilən dağ,-
deməmişlər.
Düşmən xarabaya qoysa da yurdu,
Təkcə oğlum qalsın sağ, - deməmişlər.
Ali Baş Komandan!
Ver qərarını.
Hər əsgər şərəftək əziz tutulsun.
Komandir sevirsə
paqonlarını,
Əsgərə canıyla cavabdeh olsun!
Комментариев нет:
Отправить комментарий