31.01.2013

Sabir gedib artıq...

Sadiq Binəli

Sabir gedib artıq nə qalib Nameyi hop hop!
Hophopla işim yoxdu demə sən düzə gop gop

Bəsdir yedin artıq bü qədər dövləti mali
Şişdin balon oldun eləmə zop zopa zop zop

Ey vay bu nə əndişə tutubdur bizi dəhşət
Qaç-qaçdı ama qarnun eyliyir lopa lop lop

Yeqin ki, doyandan sora qeyrətlənirik biz
Amma yenə eylər yetimin mədəsi dop dop

Sadiq yetər artıq hopa gop zop lapa dapdap
Millət deyəcək böylə qəzəlxana da bir top!

Комментариев нет:

Отправить комментарий