31.01.2013

Xeyrulla Məmmədov haqqında kitabın təqdimatı

Görkəmli ədəbiyyatşünas-alimdən bəhs edən kitabın təqdimatı olmuşdur.

Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, Xalq Şairi Sabir Rüstəmxanlı, filologiya elmləri doktorları Qəzənfər Paşayev, Elman Quliyev və başqaları çıxış edərək Xeyrulla Məmmədovun elmi yaradıcılığından söz açmışlar. Bildirilmişdir ki, professor X.Məmmədovun XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan ədəbi hərəkatının inkişaf yolları, spesifikası və başlıca istiqamətləri ilə bağlı nəzəri görüşləri bu dövr ədəbiyyatının ənənə, metod və cərəyan problemlərinin öyrənilməsində az əhəmiyyət kəsb etməmişdir. Natiqlər X.Məmmədovun şərəfli və mənalı ömür yolundan, vicdanlı bir alim kimi Azərbaycan Dövlət Pedaqoji Universitetində gənc nəslin yetişməsinə sərf etdiyi böyük zəhmətdən, dostluğa sədaqətindən danışmışlar.
Bildirilmişdir ki, “Qanun” nəşriyyatında işıq üzü görmüş kitabın tərtibçisi Xalq Artisti Ramiz Novruz, redaktoru Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, “Ön söz”ün müəllifi tanınmış şair Taleh Həmiddir. Kitabda Xeyrulla Məmmədovu yaxından tanıyan alimlərin, tələbələrinin, həmyerlilərinin onunla bağlı unudulmaz xatirələri də yer almışdır. Sonda Xalq Artisti Ramiz Novruz dayısı Xeyrulla Məmmədovun xatirəsinin işığına yığışanlara minnətdarlığını bildirmişdir. AzərTac


Комментариев нет:

Отправить комментарий