29.01.2013

Makdonaldzın sirri

İbrahim Sel
Professional Oxucu Liqası

Fastfud məhsulları ilə qidalanma insanda ürək və bəzi xroniki xəstəliklərə, xərçəngə tutulma riskini artırır

Makdonaldzın fastfud yeməkləri sağlamlığınıza təhlükədir

 AMERİKADAN “XƏSTƏ QİDALANMA MƏDƏNİYYƏTİ”. Əvvəlcə respublika mətbuatında tez-tez xatırlanan bəzi məlumatları bir daha nəzərinizə çatdıraq. Tez hazırlanan yeməklərə hələ Qədim Romada rast gəlinmişdir. Belə qidaları əlüstü, ayaqüstü yeməklər və ya müasir dillə desək, fastfud adlandırırlar. “Fast-food” termininə ilk dəfə 1951-ci ildə Merriam Vebsterin lüğətində rast gəlinib. Mənbələrdən məlum olur ki, 1920-ci ildə Amerikada əlüstü yeməklərin biznesinə başlanılıb. 1921-ci ildə Kanzas ştatında “White Castle” kompaniyası hamburger satışı ilə məşğul olub. 1940-cı ildə isə bu kompaniyaya ən böyük rəqib olan Makdonaldz yaradılıb.
Hazırda fastfud məhsullarının ticarəti ilə məşğul olan ən böyük şirkətin dünyanın 119 ölkəsində 30 000-dən çox restoranı fəaliyyət göstərir. Son dövrlərdə isə Amerikada, eləcə də bir çox dünya ölkələrində sağlamlıq üçün zərərli olduğuna görə Makdonaldz şəbəkələrinin qidalarını boykot aksiyaları keçirilir.
 Xarici ölkələrdə daha çox kasıb təbəqələr üçün nəzərdə tutulan fastfud məhsullarına Azərbaycanda orta təbəqə üstünlük verir. Xüsusilə şəhər ortamında belə qidaların ticarəti ilə məşğul olanların sayı çoxdur. Çoxlari bilmir ki, ürək, şəkər, təzyiq, xolesterol və yaddaş zəifliyinin yaranma səbəbləri fastfud məhsullarıdır. Mütəxəssislər dünyanı cənginə alan xərçəng, həzm sisteminin pozulması kimi xəsətliklərin yaranma səbəbini əlüstü yeməklərlə qidalanmaqda görürlər.
 Hər dəfə Makdonaldzlarda qıda qəbul edərkən xərçəng xəstəliyini satın alırıq. Fastfud məhsullarındakı yağlar sintetik, ən yaxşı halda heyvan mənşəlidir. Çoxunda doymuş yağ vardır. Bu da insanda ürək və bəzi xroniki xəstəliklərə, xərçəngə tutulma riskini artırır. İnsan orqanizminə vurulan zərərli təsir bununla bitmir.
 Fastfud restoranlarında yeyilən süni qida məhsullarının tərkibində A, C vitaminləri və Kalsium olmur. İnsan orqanizminin sağlam olması üçün gündəlik bu vitaminlərin qəbul edilməsi əsas şərtlərdən biridir. Belə vitaminlərin qəbul edilməməsi katarakt, ürək, eləcə də digər xroniki xəstəliklərə tutulma ehtimalını artırır.
 Türkiyədə kürd firmaları tərəfindən hazırlanmış orqanizm üçün zərərli yağlarda qızartma üsulu fastfud restoranlarında tez-tez istifadə edilir. Təbii ki həmin yağlarda məhsul bir-iki kərə deyil, dəfələrlə bişirilir. Bu yağların tərkibi 10-12 saatdan sonra dəyişir. Adi onu götürək ki, qızartma zamanı yağdakı E vitamini və zülallar yanır, təhlükəli birləşmələrə çevrilir. Zərərli və qeyri-sağlam qidalanma nəticəsində isə orqanizmdə xərçəng yaradan hüceyrələrin inkişafı sürətlənir. Yağda qızardılmış qidalardan tez-tez istifadə etdikdə isə həzm orqanları xərçəng xəstəliyinə asanlıqla tutula bilir.
 Fastfudla birlikdə istehlak edilən Koka-kolanın, qazlı içkilərin nədən hazırlandığı barədə internetdə kifayət qədər məlumat var. Bu içkilər insan orqanizmində ciddi problemlərin yaranmasına səbəb olur.
 Həddindən artıq kofein qəbulu (fastfudlardakı kofe təmiz kofe deyil) əsəbilik, yuxusuzluq gətirir, qan təzyiqində yüksəlmə riskini artırır. Tərkibində kofein olan maddələr dəmirin bədəndən sorulmasının qarşısını alır.
 Mütəxəssislər qeyd edirlər ki, ayaqüstü bəslənmədə yeməklərə uzunömürlü və tamlı qalmaq üçün kimyəvi rəng və dadvericilər, antibakterial və s. kimi qatışıq maddələr vurulur. Belə qatışıqlardan yerində və normasında istifadə edilməməsi xərçəngə tutulma riskini dəfələrlə artırır. Beləliklə, uşağınızı sevindirmək üçün aldığınız fastfud məhsulları onun gələcəyini məhv edir. Fastfud sənayesinin hədəfi də elə məhz uşaq və gənclərdir. Uşaqları cəlb etmək üçün əsasən məşhur cizgi filmlərinin surətlərindən də istifadə edilir. Cizgi filmlərində, reklamlarda belə qidaların qəbul edilməsi tez-tez göstərilir. Bir çox fastfud restoranlarında uşaq menyuları belə vardır. Fastfud məhsulları inkişafda olan uşaqlar üçün xüsusilə zərərlidir. Heyvan və ya transgen mənşəli yağlarda qızardılmış məhsulları mütəmadi qəbul edən uşaqlarda həzm sistemi xəstəlikləri, sümük boşluğu daha çox özünü göstərir. Fastfud məhsullarından tez-tez istifadə edən ailələrin uşaqlarında yaddaş zəifliyi və qavrama qabiliyyəti aşağı səviyyədə olur. Onlar yetkinlik dövründə “kökəlmə bəlası”na düçar olurlar. Uşaqlar çox yedikləri üçün deyil, zərərli qidalar yedikləri üçün xəstələnirlər.
 Hazır ət sularının və şorbaların tərkibində MSG-monosodium glutamat adlı dadverici qatışıqlar vardır. MSG- Monosodium glutamat (E621) kiçik yaşlı uşaqlar üçün daha çox zərərlidir. Bu maddənin körpə və azyaşlı uşaqların qidasında istifadəsi qadağan edilmişdir. Həddindən çox MSG qəbulu insanlarda baş ağrısı, ürək bulanması, ishal, tərləmə, sinənin göynəməsi, boyun arxasında yanma və s. yaradır.
 Təəssüf ki ABŞ-ın “sürətli yemək- fastfud” mədəniyyəti getdikcə bizi də əsarəti altına alır. Bu gün Amerikadan başlayan qeyri-sağlam qidalanma dəhşətli nəticələri ilə bəşəriyyəti sual qarşısında qoymaqdadır. Bütün mənfi nəticələrinə baxmayaraq, insanlarımız hələ də süni yeməklərlə özlərini zəhərləyirlər. Amerikanın “xəstə qidalanma mədəniyyəti” hər il minlərlə insanın canını almaqda davam edir.
***
 İndi isə bəzi incəliklərə qayıdaq. 1970-ci ildə amerikalılar bu yeməyə 6 milyard dollar bir ildə xərclədilər, 2001-ci ildə isə 110 milyarddan çox. Bu yüksək təhsildən, kompüterlərdən, avtomobillərdən artıqdır. Kitablardan, filmlərdən, jurnallardan, qəzetlərdən, video və musiqidən gələn ümumi gəlirdən də çoxdur.
 Makdonaldz bu gün ildə 90% yeni iş yerlərinə cavab verir. Hər il kompaniya milyon insanı icarəyə götürür. Lakin ən böyük işverən kompaniya ən aşağı məvacib verir. İmmiqrantlarla isə məsələ daha betərdir. Hər 8-ci amerkalı nə vaxtsa Makdonaldzda işləyib. Reklamlarına dünyadakı bütün markalardan daha artıq xərc çəkilir.
 Hər gün amerikalı 4 yetkin insan fastfudda nahar edir. Fastfuddan heç bir yana qaçmaq olmur, fərq etmir, sən ora gündə 2 dəfə girməlisən və heç olmasa hamburger dişləməlisən. Orta amerikalı hər həftə 3 hamburger və 4 porsiya kartof yeyir. Makdonaldz ən çox kartof, donuz və mal ətindən işlədir, toyuq isə yalnız “Kentukki frayed çiken”dən nisbətən azdır. Makdonaldz üçün xüsusi olaraq “Mister MD” adlanan iridöşlü toyuq törədilib. Ağ döş ətindən məhşur “Çiken Maknaqets” hazırlanır. Bu, bütün toyuq sənayesini dəyişdirdi. Toyuqları 20 il öncəki kimi tam halda deyil də hissələrə bölərək satmağa başladılar.
 Makdonaldzın qızıl tağları (işarəsində olanlar) psixoloq Luis Çeskinin fikrincə, freydist işarədir. Bu, Makdonaldz anacığının “bir cüt böyük döşləri”dir.
 96% məktəb yaşına çatmamış amerikalı uşaqlar Ronald Makdonaldzın kloununu dərhal tanıyırlar. Bundan daha artıq məhşurluq yalnız Santa Klausa aiddir.
 Hamburgerlər konveyerə düşən zamanda amerikalılar Şərqi Kaliforniyanın görünüşünü yollar şəbəkəsi ilə dəyişdirərək Qərbdə avtomobillərlə məskən salırdılar. 1940-ci ildə Los-Ancelesdə milyon maşın vardı: 41 ştatdakından daha artıq. Məhz ilk dəfə Kaliforniyada ilk motel və fastfudun atası olan “drayv-in” adlı yolkənarı restoran açıldı. Sürücüləri işıqlı neon lampalar və “karhops” adlanan (sifarişi götürərək birbaşa maşına gətirən yol ofisiantları) qısa yubkalı qızlar tovladırdı. 50-ci illərdə “drayv-in”lər dəhşətli dərəcədə məhşur idi. Onlarla bərabər hətta “Ailəvi maşında dua et” adlı kilsələr də çıxmışdı.
 Böyük depressiya zamanı Hollivudda iş tapmaq üçün Kaliforniyaya Riçard və Moris Makdonaldz qardaşları gəldi. Studiyalarda dekorasiyalar hazırlamaqla onlar bir az pul qənaət etdilər və kinoteatr açdılar. Kinoteatr onlara uğur gətirmədi və qardaşlar dəbdə olan biznesə müraciət etməyə qərar verdilər. Onların “Makdonald brazers byürqer bar drayv-in” ilə hotdoqları daha qazanclı oldu.
 40-ci illərdə qardaşları tez-tez iş yerlərini dəyişən ofisiantlar, yaxşı aşbaz axtarışları və alıcı yeniyetmələr tərəfindən qırılan boşqablardan almaq çox bezdirdi. Alıcı yeniyetmələrin özləri belə onları bezdirmişdi.
 Makdonalzlar dükanlarını 3 ay bağladıqdan sonra yenidən açdılar. Lakin hər şey başqa cür idi. Böyük qrillər yerləşdirib, menyudan bir neçə şey çıxardaraq orada yalnız çəngəlsiz və bıçaqsız yeyilə biləcək yeməkləri saxladırlar. Çini qabları isə kağızla əvəz etdilər. İlk dəfə mətbəxdə konveyerləşdirmə üsulundan istifadə etdilər: bir işçi kotletləri bişirirdi, digəri isə onları bulkalara yerləşdirirdi. İndi bütün hamburqerlər yalnız bir içliklə hazırlanırdı: ketçup, soğan, xardal, iki turşuya qoyulmuş xiyar. Reklam şüarında belə deyilir: “Təsəvvür edin ki, heç bir ofisiant, heç bir qabyuyan, heç bir sürücü yoxdur. Özünəxidmət!” Əvəzində hamburgerlərin qiyməti iki dəfə ucuzlaşdırıldı və alıcı əlindən dinclik yox idi.
 Qardaşlar işə cavan oğlanları götürməyə başladılar, düşünərək ki cavan qızlar zəhlələri getdiyi yeniyetmələri cəlb edirlər. Təxmin düzgün çıxdı. Növbələr artdı və bir müddət sonra qəzetlər yazmağa başladı: “Axır ki işləyən ailələr öz uşaqlarını restoranda yedizdirə bilərlər”. Qeyri-professional Riçardın özü kafenin dizaynını hazırladı. Uzaqdan yaxşı görünməsi üçün restoranın üstündə neon lampalarla işıqlandırılmış iki böyük tağlar (arka) yerləşdirdi. Bu yolla bizim dövrün yeni bir nişanı meydana çıxdı.
 Rəqiblərin ağzı açılı qalmışdı. Bir müddət sonra ölkədə “Bizim restoran Makdonaldz kimidir” yazısıyla obyektlər açılmağa başladı. İdeya bir dükançıdan digərinə keçirdi. Bütün bu kafelərdə hazırki fastfud nəhəngləri yarandı. Makdonaldzlar isə 1960-cı ildə 250-dən artaraq 1973-cü ildə 3000 oldular.
 Şəbəkələr ilə bütün Amerikanı əhatə etməsində bacarıqlı biznesmen Rek Krokun köməyi oldu. Əvvəllər caz-musiqiçi olan Krok sonradan boş-boş şeylər satmağa başlamışdı. Makdonaldz restoranlarına nəzər yetirən Krok anladı ki, bunlarla bütün dünyanı fəth edə bilər. Makdonaldz qardaşları çox da təkəbbürlü deyildilər. İldə yüz min gəlir götürürdülər, böyük evləri və 3 kadillakları vardı, və heç səyahət etməyi sevmirdilər. Bu səbəbdən də onlar Krokun istəyən hər kəsin yeni kafe açmaq təklifinə razılıq verdilər.


Fastfudlarda işləyən bir çox işçilər doğma kafelərində özləri üçün şəxsən nəsə hazırlamayana qədər heç nə yemirlər

Makdonaldzın fastfud yeməkləri sağlamlığınıza təhlükədir

 İlk öncələr Makdonaldz açmaq 950 dollar idi. Bu gün isə 500 000. Krok isə “Makdonaldz korporeyşn”ın təsisçisi oldu. Uşaqları qidalandırmaq və uşaqlarla qidalanmaq. Makdonaldz qardaşları bütün işləri ailələrə istinad edirdi- Krok isə bir az da irəli gedərək malı uşaqlara satmağı öyrəndi. Biznesdən öncə bütün şəhəri “Çessne”sində gəzərək məktəblərin harada olduğunu öyrəndi.
 70-ci illərin ortaları Amerika “bebi-bum”un qızğın çağlarında idi, lakin bununla belə Makdonaldz ailələr üçün hələ də təmiz və rahat istirahət yeri olaraq qalırdı. Artıq hər bir uşaq özüylə nəinki iki valideynini, həmçinin də nənəsi və babasını da gətirə bilirdi. Krok isə yemək sənayesində deyil, şou-biznesdə işlədiyini təkrar etməyi sevirdi. Rəngli təpəciklər, şarlı hovuzlar, kloun Ronald (60-cı illərdə teleproqram vasitəsilə çıxmışdı) və parlaq bağlamadakı yeməklər uşaqları valeh edirdi.
 ABŞ-da hazırda “Makdonaldzların” 8000, “Byurqer Kinqlərin” isə 2000 oyun meydançaları var. “Meydançalar uşaq, uşaqlar valideyn, valideynlər isə pul gətirirdilər”. Hər ay bura Amerikanın 90% nəsli gəlir. Meydançalardan və kloundan başqa onları “Həppi Mil” (Xoşbəxt yemək) adlı yeməyə daxil olan hamburger və kola ilə birgə verilən oyuncaqlar da cəlb edirdi. Oyuncaqlar isə seriya ilə hər bir yeni çıxan cizgi filmi və ya filmdən sonra buraxılır, onları kolleksiyaya yığmaq istəyirsən. “Bini bebi”nin yumşaq oyuncaqları 1997-ci ildə 10 gün ərzində 100 milyon ədəd satıldı.
 Nəticədə müasir uşaq hamburger yeyir və 30 il öncə ilə müqayisədə həmişəkindən 3 dəfə artıq kola içir. Amerikada kolanı hətta 2 yaşlı körpələr belə içir. Bu gün Krokun taktikasını bir çox kompaniyalar istifadə edir və anlayırlar ki uşaqlar uğurlu alıcı təbəqəsi sayılır, hansı ki məşğul valideyinlər vicdan əzabı ilə dolu daha çox pul xərcləyirlər. Böyük hesabla, bütün fastfud sənayesi uşaqlar üzərinə hesablanıb. Bu isə eyni anda uşaqları qidalandıraraq uşaqlarla qidalanmaqdır: bu kafelərdə əsas işçi gücü isə yuxarı sinif şagirdləridir. Hər üç işçidən ikisinin 20 yaşı yoxdur. Onlar sadə işlər görərək çox aşağı məvacibə işləyirlər.
 1958-ci ildə Makdonaldzda yeməyin hazırlanmasına və müştərilərlə davranışa aid 75 səhifəlik ilk təlimat kitabı çıxdı. Bu gün həmin kitab 750 səhifədir və onu “Makdonaldzın incili” adlandırırlar. Fastfudda işçi axını 400%-ə qədərdir. Adi işçi kafedən 4 ay sonra gedir. İşçilər arasında kasıb ailələrdən yeniyetmələr və immiqrantlar var, əsasən də Latın Amerikasından, hansılar ki ingilis dilində yalnız menyudakı yeməklərin adlarını bilirlər. Az məvacib və əməyin qorunmaması “komanda ruhu”nun yaranmasına əngəl olur. Artıq çoxdan Makdonaldzın menecerlərinə tabe olanlara onların əvəzsizliyi haqqında illüziyalı təriflər yağdırmasını öyrədirlər. Hər halda, bu məvacibin qaldırılmasından daha ucuzdur.
 Cavan personallarda travmatizm böyüklərdən iki dəfə çoxdur. Hər il öz kafelərində 200 000 insan şikəst olur. Bundan əlavə, fastfudlar çox zaman məhz orada işləmiş və ya işləyən yeniyetmələr tərəfindən soyğunçu hücumlara məruz qalır. Hər ay işdə 4-5 nəfər ölür. 1998-ci ildə ABŞ-dakı restoranlarda ölən ofisiantlar polis zabitlərindən daha çox idi.
 Los-Ancelsdəki fastfudlardakı video yazılar göstərdi ki, yeniyetmələr yeməklərə tüpürür, barmaqları ilə yalayır, burunlarındakını sürtür, qidalarda siqaret söndürür, əllərindən yerə salırlar. 2000-ci ilin mayında Nyu-Yorkdakı “Byurqer Kinq”dən üç yeniyetmə 8 ay ərzində yeməklərə tüpürüb və işədikləri üçün məhkəməyə verilmişdilər. Mikserlərdə tarakanlar yaşayır, gecə isə kəsəyənlər donu açılmaq üçün saxlanılan hamburgerlərin üstünə çıxır. Məlumdur ki, fastfudlarda işləyən bir çox işçilər doğma kafelərində özləri üçün şəxsən nəsə hazırlamayana qədər heç nə yemirlər.
 CƏNAB KARTOF. Aydaho ştatının qeyri-rəsmi devizi: “Bizdə yaxşı kartof və… belə, başqa heç nə. Lakin ən yaxşı kartof!”. Hələ 20-ci illərdə bu diyarda isti günlərlə, soyuq gecələrlə və yüngül vulkanik torpaqla yanaşı kartof supersənayesinin təməli qoyulmuşdu.
Məhsulu təxmin etmək lazım idi. O zamanlar amerikalılar kartofu mürəbbə, bişirilmiş şeylərlə və ya püre kimi yeyirdilər, lakin tədricən hazırlanma üsulunu 1802-ci ildə ABŞ prezidenti Ceffersonun Fransadan gətirdiyi “fri” kartofuna olan sevgi hər yerdə yayılmağa başladı. Uğurlu kartof fermeri Cey Ar Simplot dövrünün nəbzini tuta bilirdi. Tezliklə onun kimyaçıları tezdondurma texnologiyasını həyata keçirtdilər. Simplot 1953-dən başlayaraq dondurma dilimləri (falları) satmağa başladı. İlk zamanlarda lazımi qədər alıcı tapa bilməməsinə görə özü də şübhələndi. Həmin zamanlarda isə Rey Krok üçün kartof başağrısı idi. Elə o zaman Krok hamburgerlə nisbətdə məşhurluqda geri qalmayan kartofu Simplotan almaq qərarına gəlir. Kafeyə gələnlər bunu xoşladılar. Daha doğrusu, onlar heç nəyin fərqinə varmadılar. Əvəzində qiymətlərin qəfil aşağı enməsi “frenç fray”a məşhurluq gətirdi: onu demək olar ki, 8 dəfə daha çox tükətməyə başladılar. Simplot isə rahat yolla Amerikanın ən varlı və böyük torpaq sahiblərindən biri oldu. Bu qoca multimilyarder kauboy şlyapasında gəzir, Makdonaldzda yeyir və “Mr. Spud” (Cənab Kartof) nömrəli linkolnunda gəzir.
 ŞAM YEMƏYİNDƏ NƏ İLƏ QİDALANIRSANSA, FAKTİKİ OLARAQ, ÖZÜNÜ ONUNLA DA QIRXIRSAN. Makdonaldzın bu kartofunun dadı hər kəsin xoşuna gəlir. Əvvəllər o, yalnız öz bişirildiyi yağdan ibarət idi. On illərlə bu, 7% pambıq yağı və 93% mal yağının qarışığı idi. 1990-cı illərdə insanlar xolesterunə qarşı mübarizəyə başladılar və fastfudlar 100% bitki yağına keçidlər. Lakin dadı ki əvvəlki tək saxlamaq lazım idi! Əgər siz bu gün Makdonaldzdan bişirilən yeməklərin hazırlanması haqqında məlumat alsaınız, siyahinin sonunda “təbii aromatizasiya” ifadəsini oxuyacaqsınız. Bu, Makdonaldzda hər şeyin niyə belə dadlı olması ilə bağlı hərtərəfli izahdır. FASTFUD EYZENHAUER ERASINDA TEXNOLOGİYALARIN HEYRƏTLƏNDİRDİYİ “HƏYATI KİMYA İLƏ YAXŞILAŞDIRAQ” VƏ “ATOM- BİZİM DOSTUMUZ” KİMİ ŞÜARLARIN ZAMANINDA MEYDANA GƏLİB. KARTOFLARIN VƏ HAMBURGERLƏRİN RESEPTİNİ KULİNARİYA KİTABLARINDA DEYİL, “QİDA SƏNAYESİNİN TEXNOLOGİYASI” VƏ “QİDA MÜHƏNDİSLİYİNDƏ AXTARMAQ LAZIMDIR. Demək olar ki, kafelərə daxil olan bütün ərzaqlar dondurulmuş, konservləşdirilmiş və ya qurudulmuş halındadır və bu kafelərin mətbəxləri çətin sənayə prosesinin son mərhələsi olur. Belə sadə bir qida yüz dəfəyə parçalanır. Orada yediklərimiz son 40 ildə daha çox dəyişib, nəinki ondan əvvəlki 40 000 ildə. HAMBURGERLƏRİN HƏM DADI, HƏM DƏ Kİ QOXUSU NYU-CERSİNİN BÖYÜK KİMYA ZAVODLARINDA HAZIRLANIR. Aldığımız 90% ərzaqlar ilkin emaldan keçirilir. Lakin konservləşdirmə və dondurulma qidanın ilkin dadını öldürür. Bu səbəbdən də son 50 ildə fastfud kimyəvi zavodlar olmadan yaşaya bilməzdi.
 Dad sənayesi məxfidir. Aparıcı amerikalı şirkətlər heç zaman nə öz ərzaqlarının gizli düsturlarını, nə də ki, əsas alıcılarının adlarını açıqlamazlar. Səbəb isə odur ki, fastfud kafelərinə gələnlər oranın əla mətbəxi və mahir aşbazları olduğunu düşünməlidir.
 İNƏKLƏR KİMLƏRİ YEYİRLƏR? Kavboylar və rançolar Qərbi Amerikanın ikonaları idi. Lakin onların yarım milyonu son 20 ildə mal-qarasını satdı və peşələrini dəyişdirdi. Bütün ət sənayesini fastfudlara işləyən korporasiyalar öz əllərinə aldı. Hər şey dəyişdi: inəklərin qidalandırılmasından tutmuş qəssabın məvacibinə qədər. Ət kombinatında işləmək Amerikada ən təhlükəli peşə oldu: hələ rəsmi məlumatlar ildə 40 000 yaralanmanın olduğunu göstərir. ABŞ-dakı ət kombinatları saatda 400 cəmdək emal edir, eyni anda Avropada bu, 100-dən çox deyil. Aşağı məvacibə görə burada yalnız immiqrantlar işləyir.
 Lakin dəyişən təkcə mal kəsimi prosesi deyil. O, dəyişmiş ət sənayesinin uğursuz zəncirdə sonuncu halqadır. Fermerlərin inəkləri düzgün olaraq, ot ilə qidalanırdılar. Böyük fastfudların ət kombinatları üçün nəzərdə tutulan inəklər isə kəsilməklərinə üç ay qalmış böyük sürülərlə xüsusi meydançalara qovulurlar, harada ki onları taxıl və anaboliklərlə yemləyirlər. Bir inək 3000 funtdan çox taxıl yeyə və 400 funt çəki yığa bilər. Bu halda ət daha yağlı olur, məhz qiymə üçün daha uyğun bir şəkildə.
 Taxılın qiyməti məhz bu dəhşətli səbəbə görə ağırlaşır. 1997-ci ildə inək vəhşiliyə ilə bağlı ilk həyəcan təbili çalınır- AMERİKADAKI MAL-QARANIN 75%-İ QOYUNLARIN, İNƏKLƏRİN VƏ HƏTTA HEYVAN SIĞINACAQLARINDAKI İT VƏ PİŞİKLƏRİN QALIQLARI İLƏ QİDALANIRDILAR. TƏKCƏ 1994-CÜ İLDƏ ABŞ-IN İNƏKLƏRİ 3 MİLYON TOYUQ QARIŞIĞI YEDİLƏR. 1997-ci ildən sonra isə rasionda donuzlar, atlar və toyuq hinlərindən qalmış qırıntılar (opilka) qaldı.
 DİQQƏT: QİYMƏ! XX əsrin əvvəllərində hamburgerlərin etibarı çox pis idi. Onlar kasıbların təhlükəli yeməyi hesab olunurdu və zavodların qarşısında arabalarda və ya yarmarkalarda satılırdı.
“HAMBURGER YEMƏK- HƏR BİR HALDA, ZİBİL QABINDAN QİDALANMAĞA BƏRABƏRDİR” -o zamanlar qəzetlər belə yazırdılar. Kotletlə bulkanın şöhrətini artırmağa isə 20-ci illərdə “Ağ qəsr” adlı şirkət müəssər oldu. Onlar görünüş üçün öz qrillərini kütlə qarşısında nümayiş etdirirdilər. Daha sonra Makdonaldzın “drayv-in”ləri və ailə siyasəti özünü çatdırdı. Hamburgerlər hər kəs üçün ideal uşaq yeməyi sayılırdı: asan çeynənilir, əldə tutulması rahatdır, doyurucu və ucuzdur.
 Hamburgerlərin ən pis qurbanları da məhz uşaqlar oldu. 1993-CÜ İLDƏ SİETLDAKI “CEK İN ZE BOKS” ADLI FASTFUDDA QİDALANAN UŞAQLARDAN 700-DƏN ÇOXU XƏSTƏLƏNDİ, 6-SI İSƏ ÖLDÜ. 8 İL ƏRZİBNDƏ BUNA BƏNZƏR İNFEKSİYA YARIM MİLYON İNSANI TUTDU. YÜZLƏRLƏ YOLUXMUŞ İNSANLAR MƏHZ HAMBURGERİN TƏRKİBİNDƏKİ QİYMƏLƏRDƏ YERLƏŞƏN KOLİBAKTERİYALARDAN MƏHV OLDULAR. 
 0157H7 kolibakteriyasını ilk dəfə 1982-ci ildə aşkar edə bildilər. O, adi bakteriyanın bağırsağında mutasiya edir və onun daxili qişasını darmadağın edən zəhər ifraz edir. Xəstələnənlər 5%-i dəhşətli ağrılarla ölürlər, bunun qarşısında antibiotiklər gücsüzdür.


“Onlar şüurlu şəkildə insanlara zərərli yeməklər verirlər”

Makdonaldzın fastfud yeməkləri sağlamlığınıza təhlükədir

 Kolibakteriyaların fövqəladə dözümlülüyü var- turşuda (kislota), xlorda, duzda, şaxtada, hər cür suda, həftələrcə piştaxtada qalırlar, orqanizmi yoluxdurmaq üçün isə onlardan cəmi beşi bəsdir. Kolibakteriyalara göldə üzərək və yoluxmuş xalça üzərində oynayaraq tutulmaq olar.
 Bu mutant Amerika inəklərində on illərdir ki yaşayır. Lakin mal-qaranın yetişdirliməsi və kəsilməsində edilən dəyişikliklər onun yayılmasına ideal şərait yaratmışdır. İnəklərin qidalanmasını orta əsrlərdəki çirkab çayların axdığı şəhərlərdə olan hala bərabər tutulur. Ət kombinatlarında dərilər ayrılan zaman isə peyin qalıqları və çirkab ətə düşür. Bu səbəbdən də mətbəxdəki bir tikə çiy ət qorxulu təhlükədir. MİKROBİOLOQLARIN TESTLƏRİNİN NƏTİCƏLƏRİ ONU GÖSTƏRİR Kİ, ADİ MƏTBƏX ÇANAĞINDA OLAN NƏCİS MİKROBLARI UNİTAZDAKINDAN ÇOXDUR. UNİTAZA DÜŞMÜŞ YERKÖKÜNÜ YEMƏK YAXŞIDIR, NƏİNKİ MƏTBƏX ÇANAĞINA DÜŞMÜŞ. 
 Qiymə ilə iş daha pisdir. Araşdırmalar göstərdi ki, mal-qara qiyməsinin 78,6%-da nəcis vasitəsi ilə yayılan mikrob var. Qida zəhərlənməsi ilə bağlı tibb ədəbiyyatları evfemizmlərlə boldur: “kolibakteriya formalarının səviyyəsi”, “aerob (bakteriyanın növüdür) sayı”...  LAKİN BU SÖZLƏRİN ALTINDA SADƏ BİR İZAH DURUR Kİ, NƏ ÜÇÜN HAMBURGERDƏN XƏSTƏLƏNMƏK OLAR: ƏTDƏ PEYİN VAR!
 Vəziyyət isə bir də ona görə gərgindir ki, qiymənin müasir səviyyədə emalı zamanı hamburgerdəki ət onlarla, hətta yüzlərlə inəyin ətindən təşkil olunur. Kolibakteriya olmadan belə orada kifayət qədər yoluxucu mikroblar var. HƏR GÜN AMERİKADA 200 000 İNSAN QİDA ZƏHƏRLƏNMƏSİNDƏN ƏZİYYƏT ÇƏKİR. Onlardan 900-ü xəstəxanaya düşür və 14-ü ölür.
 BUTERBRODLAR İNSANLARI DƏYİŞDİRİR. Ekssentrik yapon milyarderlərindən biri Den Futjita Makdonaldzı öz ölkəsinə bu sözlərlə çəkib gətirdi: “Əgər biz min il hamburger və kartof yesək, daha hündür olacayıq, dərimiz ağaracaq, qarabuğdayıdan sarışına çevriləcəyik”. Həqiqətən də hətta yaponlar, və digər Makdonaldzın müştəriləri cəmisi bir neçə il müddətində şişmana çevrilirlər. 54 milyon amerikalı şişmanlıqdan əziyyət çəkir, 6 milyon isə superşişmandırlar- onlar normadan 100 fut (45 kq) artıq çəkiyə malikdirlər. Heç bir millət tarix boyu bu sürətlə kökəlməmişdi.
 Belə isə, fastfudun porsiyaları artmaqdadır. “Vendi” şəbəkəsi “üçqatlı” hamburger təklif edir. “Byurqer Kinq”- “Böyük amerikalı” adlı buterbrod. “Hardi”- “Monstr”. “Makdonaldz”- “Biqmak”lar. Qazlı suların qəbulu 4 dəfə artıb. Əgər 50-ci illərdə kolanın ənənəvi sifarişi 230 qram idisə, indi “uşaq” porsiyası 340 q, böyük isə 900 q. İnsanlar yağa və şəkərə oturub.
Yağlanma- Amerikada tütün çəkməkdən sonra ölüm miqdarına görə ikincidir. Hər il ondan 28 min insan ölür. Avropalılarda fastfudu daha çox sevən ingilislərdə yağlanma iki dəfə artıb. Yaponiyada isə ənənəvi dəniz məhsulları və tərəvəz pəhrizlərinə görə kökəlmə heç zaman olmurdu, lakin bu gün onlar da amerikalılar kimidirlər.
 Fastfudları buraxdıqları malların üzərindəki məlumatlandırıcı nişanlarında kökəlmə ilə bağlı xəbərdarlığın olmamasına görə günahlandırırlar. Bu yaxınlarda Nyu-Yorkdan olan bir qrup şişman sürətli qidalanma şəbəkəsini “onlar şüurlu şəkildə insanlara zərərli yeməklər verirlər” deyə məhkəməyə veriblər.
*****
 Erik Şlosserin “Fastfud milləti” adlı kitabında bütün dünyadakı makdonaldz stolları silkələnib. Bir neçə il jurnalist Şlosser sürətli qidalanma sisteminin nəinki pəhrizi keçməsini, Amerikanın mənzərəsinin dəyişməsini və daha sonra bunun başqa qitələrə necə yayılmasını araşdırıb.
 O, ətin haradan gəldiyini (buna görə də inək qiyməsi yeməyi dayandırdı), qızardılmış kartofun niyə belə dadlı olduğunu və piştaxtalarda satılmayan hamburgerin əsl qiymətini bilir. Bütün bunları kitabında göstərən Şlosser hələ də qəzəbli amerikalı qida sənayesi akulalarını qovmaqdadır. Qəzetlərdə isə misal üçün, belə rəylər almağa başladı: “Yarım saat bu kitabla baş-başa qalın, ən yaxşı pəhrizi alacaqsınız” (“Sandi Herald”) və “Bu mütaliə Şvarsnegeri vegeteriana çevirməyə bəs edər” (“Sietl Uikli”). Erik Şlosserin kitabında Makdonaldz haqqında tükürpədici faktlar toplanmışdır.
 “Beynəlxalq dadlar və ətirlər” şirkətinin zavodlarından birini ziyarət etməmişdən öncə Şlosser şirkətin istehsalı olan ərzaqların adlarını söyləməyəcəyi ilə bağlı imtiyaz imzaladı. O, çörəyin, cipsin, krekerlərin dadına cavabdeh olan “yüngül qəlyanaltılar” laboratoriyasında oldu. Qənnadı- orada dondurma, konfetlər, pirojnalar və diş məcunları “hazırlanır”; haradan ki “düzgün” pivə və “100%-lik” şirələr gəlir, ora içki laboratoriyasıdır. Çiyələyin qoxusu- ən azı 350 kimyəvi pereparatdır. Ən çox boyaq maddələrin və dadlı əlavələrin edildiyi isə qazlaşdırılmış içkilərdir. Yeməyə təravətli otdan tutmuş yuyulmamış bədənə kimi bütün qoxuları vermək olar (!).
 Yeri gəlmişkən, “təbii” və “süni” aromatizasiyalar arasındakı fərq məsələsi absurddur. Hər ikisi yüksək inkişaf etmiş texnologiyaların sayəsində eyni bir yerdə hazırlanmış tərkib hissəsindən ibarətdir. Sadəcə birincilər təbii ərzaqla reaksiyaya məruz qalır, ikincilər isə tamamilə süni surətdə “yığılır”. Ərzaqların dadından əlavə, qoxularını belə “Byutiful”, “Esti Lauder, və “Trezos”, “Lankoma” şirkətləri də daxil olmaqla dünyanın 10 ən tanınmış 6 ətiri ilə hazırlayır. Həmçinin də sabunun, yuyucu vasitələrin, şampunların və bu kimi digərlərinin qoxusu.
Bütün bunların hamısı bir prosesin nəticəsidir. Şam yeməyində nə ilə qidalanırsansa, özünü onunla da qırxırsan.
 Sübut olunub ki, dadlı yemək şəxsiyyət kimidir, həyatın ilk illərində formalaşır. Balaca uşaqlar fastfudda yeyirlər, və bu, onların bütün həyatları boyu “xoşbəxt yemək” olur!
 BƏS NƏ ETMƏK OLAR? Şlosser qəti surətdə uşaqlar üçün reklamları qadağan etməyi, saxlanılma şərtlərini və mal-qara rasionunu dəyişdirməyi, daha diqqətlə əti yoxlamağı, uşaq əməyinin istismarının qarşısının alınmasını, fastfud və ət zavodlarında işləyənlərin məvacibinin artırılmasını təklif edir. Lakin onun ən qiyamçı şüarı budur: vəziyyət dəyişilməyənə kimi fastfud almayın!
 Yəhudi kapitalistlərinin amerikanlara sırıdığı “sevimli” yeməyə hücumdan sonra iveroalien mətbuat həmişə olduğu kimi, Şlosseri iqtisadi avam, gicbəsər və faşist adlandırmağa başladı. Makdonaldzın rəsmi şəxsləri “hazırki Makdonaldzın bu kitab ilə ümumi heç nəyi yoxdur” söyləyirlər. “O bizim adamlara, bizim işimizə və yeməklərə yalan danışır”.
***
 Makdonaldzdan alındığı gün normal olaraq təzə görsənən “Happy Meal” menyusundan bir qidanı Selli Devis adlı şəxs altı ay müddətində incələmişdir (görüntülər internetə yerləşdirilib). İlin yarısı müddətində Selli Devis hər gün fotosunu çəkərək uşaqların bu sevimli yeməyində fray və burgerin necə dəyişdiyini müşahidə edib. Bununla da o, qəbul etdiyimiz fastfud qidalarının insan bədəni üçün nə dərəcədə ziyanlı olduğunu göstərməyə çalışıb. Bu “həppi mil” alındığı gün təbii ki normal olaraq təzə görsənir. Evdə bir rəfə qoyaraq hər gün “həppi mil”ə tamaşa edən Selli şok içindədir. Maraq üçün itlərinə uzatdığı bu yemək o qədər dadlı görsənirdi ki, hətta itləri belə onu yemək istəyirdilər.
 Təcrübə aparmaq fikri ilə yeməyi aprelin 10-da aldığını və evə gətirdikdən sonra necə xarab olduğunu müşahidə etmək istədiyini deyən Sellinin sözlərinə görə, onun Makdonaldzı seçməyinin əsas səbəbi məhz evinə yaxın olması idi, yoxsa bu təcrübəsi üçün ona Nyu-Yorkda yerləşən digər fastfudlardan da ala bilərdi, yəni əsas bir fərqi yox idi.
 Maraqlısı bu idi ki təcrübənin ikinci günündə yeməkdən artıq heç bir qoxu gəlmirdi. Nə ilk təravətli qoxusu, nə də ki xarab olan ərzaq qoxusu. İtlər belə rəfin ətrafında yeməyin qoxusunu hiss etmirdilər deyə dövrə vurmağı dayandırmışdılar.
 Məlum oldu ki təcrübədən 4 ay keçəndən sonra da nə kartofda, nə də ətdə heç bir dəyişiklik yox idi, yalnız ətin rəngi çörəkdə zolaq əmələ gətirib və heç də təbii halından çox fərqlənmirdi. Bildiyimiz kimi, ənənəvi yeməklər tez bir zamanda xarab olduğu halda,- Makdonaldz qida məhsulları heç vaxt xarab olmur!
 Adətən ət istisna olmaqla, çörəyin və kartofun normalda bir neçə gün sonra kifləndiyini görməyə öyrəşən Devis şok içində qabda olanlara baxırdı. Nə kartofda, nə də ki çörəkdə düz 2 həftə keçməsinə baxmayaraq, heç bir kiflənmə, heç bir fərqlilik yox idi.
Bundan sonra aldığı yeməkdə nəsə bir problem olduğunu düşünən Devisin sözlərinə görə, fraylar tədricən nisbətən büzüşməyə başlasa da, ətin özündə heç bir dəyişiklik olmur, əvvəlki kimi təzə görsənirdi. Həftələr artıq aylarla əvəz olunurdu. Və altı ayın sonunda yeganə dəyişiklik ətin və çörəyin tamamilə bərkiyərək daş kimi olması idi. O, RƏFDƏN GÖTÜRDÜYÜ BU YEMƏYİ İTLƏRİNƏ UZATSA BELƏ, ARTIQ ONLAR DA BUNU YEMİRDİLƏR. 
 Qeyd edək ki, təcrübəni aparan qadın özü vegeteriandır və sırf maraq üçün fastfudda satılan bu yeməyi alıb: “Mən burada həqiqətən, heç bir qorxulu nəsə görmədim, çünki adi maraq üçün bunu etmişdim. Həmçinin qorxmaq üçün bir səbəbim də yoxdur; səbəb o zaman olardı ki mən ətyeyən olardım! Nə üçün ətin olduğu çörəkdə kif göbələyi olmadı? Çünki normal yolla hazırlanmır! Çörəkdə biodegredasiyanın nə üçün getmədiyini soruşduqda isə, Makdonaldzın nümayəndəsi Danya Pround bu çörəyin hazırlanmasında qeyri-adi heç nə olmadığını, sadəcə qeyri-ənənəvi yolla hazırlandığını dedi”.
 Belə. Sonda həmin yeməyi Bruzo adlı nənəsi götürərək daha bir ilin tamamı üçün necə dəyişəcəyini müşahidə etmək üçün saxladı.))
 Bu cür fastfudlar insanları nəinki şişmanlığa, həm də bədənində bioloji proseslərin pozulmasına da səbəb olur. Bütün bunları görərək hələ də imperialist bir ölkənin dünyadakı insanların sağlamlığına necə zərər vurduğunu bildiyiniz halda, elə məhz özünüz də bu məhsullardan qəbul edirsinizsə, o zaman sağlamlığınızın dəyərini bilmədiyiniz anlamına gəlir. Gəlin, sağlam yaşamağa ən azından cəhd edək!

Комментариев нет:

Отправить комментарий