31.01.2013

Dələduzun davası tək

Qalib Şəfahət

KOR  OLUB ƏLLƏRİM

Əlac çözmur daha
əlacını itirib.
Dərd anlamır,
dərdə düşəndən.
dərd oynadır əlində 
təsbeh kimi.
Dərdin əlimdə qalıb,
Üzünə baxan yoxdu.
Amma üzülmə
Öləcək əllərimdə,
Böyuməyəcək
Dələduzun davası tək.
əllərimdən şəfa umma
gözlərimə dustaqdı əllərim.

Əllərim yanıma düşum,
oyuncaq kimi.
qollarımı oynadır.
əllərim dəli olub,
diksinir qorxudan,
mollalıqdı deyirlər.
Cənazə götürmür yerdən
Tabutunu etibar etmə.
Sindırar salıb yerə.
Xortdayarsan yenə.
Bu mən, bu sən
Bu da əllərim.
Nə istəyirsən?
Baxmır heç nəyə
Görmür heç nəyi
Koralıb əllərim,
Kor olub əllərim.


ARADAN SOVRULDUM

Ey...
Hardasan cənnət?!..
Yeri…
öpüm ayaqlarından.
Yandim istisindən,
boğuldum,
cəhənnəm tüstüsündən.
Iyi gəlir,
yanıq iyi…
məndən.
Aç qapını ,gir içəri.
bax gör ölüyəm,
ya diri?
Necə görürsən-
özün bil.
Cəhənnəm özü ölü.
Yanmadım qovruldum,
yaxşı ki,sən gəldin,
aradan sovruldum,
cənnətlə cəhənnəm
arasından.
Qaldım
cənnətlə cəhənnəm
arasında...

Комментариев нет:

Отправить комментарий