16.01.2013

Mən necə ağıllı və intellektual sarsaq oldum?!

Aydın Xan Əbilov

Bu gün Feysbukdakı e-reklama aldanıb computex.ws-dən (özünə hörmət qoyan şirkət ws müftə domenindən yaralanmaz) çoxdan gözaltı elədiyim ağıllı HTC One X+ smartfon-kommunikator almaq üçün Sahil parkındakı mağazaya yollandım... Çoxdan bu tipli ağıllı multimedik cihazlarla maraqlanırdım, qiymət və parametrlərə görə mənə sərf edən mobil rabitə - mini-kompyuter idi - aşağıda onun imkanları barədə məlumat verilir. Başıma gələnlərdən pərişan oldum:
1) Simici dələdüzlər aldadar: 649.99 (guya da bunlar milli marketinq gedişi bizə atırlar - yeri gəlmişkən, nəsə olsa məhkəməyə verib o 0,1 qəpiyə görə məni aldatmaqları ilə bağlı milyon qat para tələb edəcəyəm - kassa çekində 650 manat yazılıb, o,1 qəpik atıblar mənə.)

2) Vergi maxinasiyası - qıpqırmızı üzümə qalıb dedilər, əgər müəssisə üçün, ya da köçürmə ilə alsanız 18 % əlavə haqq verməlisiz. Onları anlada bilmədim ki, xaricdə əksinədir, nağdsız ödənişə görə adama vergi güzəştləri edirlər...
3) İdmançı görkəmində bir cavan oğlanı qoyublar satışçı, elementar alış-veriş mədəniyyətindən uzaq. Mənim sadə geyimimi görüb elə bahalı qiymətə telefon almayacağımı zənn etdiyindən, suallarıma dilucu cavab verir, başı çıxmadığından məni anlatmağa çalışırdı - amma mən bir balaca səsimin tonunu dəyişdim, özüm haqqımda tanışlıq verəndən sonra isə, hər yerdə olduğu kimi artıq sivil münasibətə keçdi. O uşaq qocalanda necə olacaq, bir tebiət bilir. Əhməd adlı menegeri isə çağıranda, onun heç vecinə deyildi - odur mən də artıq əmr formasında və səsimin tonunu qaldırıb öz haqqımı təmin etdim. Nəsə, biznes etikası sıfır - sanki kənd dükanında buğöda satanlardır...
4) Siz elə zənn edirsizsə ki, saytda olan qiymətlər və Bakselin müftə danışıq dəqiqələri, internet, yanılırsız - havayı pendir cələdə olar. Bakselə görə 10 manat ödəməlisiz. Əgər qoruyucu nəsə alırsıza, tutalım ekran üçün şəffav örtük, onun qiyməti 5 manatdırsa, yapışdırılması üçün də 5 manat ödəməlisiz...
5) Qarantiya - marantiya nağıllarına aldanmayın - zəmanət 14 günlükdür + cərəyanla bağlı hissələrə 6 ay, telefona 1 il. Əgər reklam edilən digər zəmanətlər istəyirsizsə, onda 30+40+60 manat ödəməlisiz ki, guya nəsə olanda və əgər serviz yoxlaması müsbət rəy versə, onda təzə aparat verərlər əvəzinə, buna da inanan çox lom varmı görən?
6) Nəsə, daha da uzatmaq olar, məsələn, təqdim edilən xidmətlər - servisin aralıda yerləşməsi, istehlakıların haqlarının kobudcasına tapdalanması, cihazlar Dubaydan gəldiyinə görə rus və azərbaycanca pasportunun olmaması, zavod zəmanətli talonunun olmaması, telefon qutusunun sadə görünüşü, bu modelin yalnız pulunu verib baxmaq imkanı olması, (məsələn, mən hələ indi fikir verirəm ki, modelin öyrəşdiyimiz kimi batereyası yoxdur və qapalıdır - deməli bir şey baş versə, mütləq servisin bahalı xidmətlərindən yararlanmalısan, batareya zəifləsə, bu bahalıcihazı atmalısan bir tərəfə və b.) üstəlik də cihazın öz üstündə deyil, ayrıca ucuz bir yapışdırıcı ilə onun Tayvan istehsalı olması göstərilməsi və b. Bu yəqin 100 faiz ucuz Çin malıdır da - Tayvan ilə sosialist respublikasını səhv salmayın + bizim biznesmenlər heç vaxt keyfiyyət dalınca deyil, ucuzluq arxasınca qaçmaları məlum məsələdir.
8) Kompyuterdə və İnternet saytında bütün yazılar rusca və ingiliscə idi - bu isə dövlət dili haqqında ümummilli lider Heydər Əliyevin imzaladığı qanunun tələblərinin kobud şəkildə pozulması deməkdir...
7) 13-14 günlük zəmanət verilsə də baksel nömrəsinə aldandığınıza görə bir gün də nömrənin aktivləşməsinə görə itirəcəksiniz...

P.S. Əlbəttə, başqa yaxşı cəhətlərdə vardı, məsələn bir cavan satıcı çox mədəni sürətdə mənə sivil xidmət göstərdi, amma bir güllə bahar olmur ki?!
P.P.S. Şəhər mərkəzində şanlı YAP-ın əsas binası yanında belə salon və satış təşkil etmək hər sadə adamın işi deyil yəqin? Fəqət, pulu halalıqla yemək lazımdır, cənablar...
P.P.P.S. Bu ilk günün sərgüzəştləri, baxaq qarşıdakı 12-13 gündə başımıza nə gələcək...

Комментариев нет:

Отправить комментарий