14 Günəş ayı, 35-ci ildə (14.3.2013) Asif Ata Ocağında – Mütləqə İnam Ocağının Ruhani Mərkəzinin İnam Evində İnsanilik bayramı keçirilib. Bu haqda Asif Ata Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib.
Dünya indiki kimi ruhsuzlaşmamışdı. Ancaq daxildə, mahiyyətdə insanlıq imkanı var, o, əzəli, əbədi, sonsuz, kamildir. Dünyanın ən pis çağında yaxşı insanlara daha çox gərək var. Dünyanın ən pis çağında yaxşı ölkələrə daha çox gərək var. Dünyanın ən pis çağında yaxşı dünyaya daha çox gərək var. Yaxşı insan, yaxşı ölkə, yaxşı dünya diləyənlər səbəbi insanda yox, şəraitdə, quruluşda axtarırlar. Yaxşı insanı, yaxşı dövləti, yaxşı quruluşu, yaxşı dünyanı yaradan İnsandır!»
Ruhani Başçı Safruh bildirib ki, «İnsanilik» bayramından daha dərin, daha uca eşq yoxdur.
Bayramda «Dünyanın dünyadan yüksək anlamını özündə yaşadan. Həyatın həyatdan artıq anlamını özündə yaşadan. Özünün özündən yüksək anlamını özündə yaşadan; Gerçəklikdən yüksək olan. Cəmiyyətdən yüksək olan, Şəraitdən yüksək olan. Mühitdən yüksək olan İnsan» mövzusunda içsəslər olub.
Yolnur Atalı, Yolruh Atalı, Özgün Atalı, Uluruh Atalı, yazıçı-psixoanalitik Adıgözəl Məmmədov, Baba Əhmədli, şair Qəşəm İlqar Ruhdaş, publisist Amil Avey, Müslüm Mahir Hikmət, Nizami Elyanar və başqaları bayramla bağlı ürək sözlərini çatdırıblar. Tədbirdə bayramın ruhuna uyğun milli musiqilər ifa olunub. Bayrama ruhsal hədiyyələr qəbul edilib. İşıqlı Atalı Atanın «Çağırış»ını çatdırıb: «İnsanlaşın –İnsanlaşdırın!»
Tədbirdən sonra çay süfrəsi ətrafında doğmalaşma söhbətləri davam edib.
Bir gün öncə Ocaqçıların evlərində İnsanilik Bayramının gəlişi ilə bağlı tonqallar çatılıb. Bayramda Ocaqçılar, İnamçılar, aydınlar iştirak ediblər. Qabaqca İnam Evinin həyətində tonqal başında Ocağın Ruhani Başçısı Safruhun bayram kutlaması dinlənilib: «Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız, soydaşlarımız! Novruzdan başqa «mənimdir» deyə biləcəyi bir bayramı olmayan xalqımız! Novruzda da yarım özümlüyünü yaşayan xalqımız! Biz sizə yeni, özgün, uca, dolğun bayramlar gətirmişik.
İllərdir yaşatdığımız və haqqında sizə bilgi verdiyimiz gözəl bayramlar. İnsanilik bayramı bütövlükdə bəşəriliyi, insaniliyi, mənəviliyi dirçəltmək, onun geriləməsini, çöküşünü önləmək amacı ilə gündəmə gətirilib».

İnam Evinin tədbirlər odasında bayram tədbiri davam etdirilib. Ocaq Yükümlüsü İşıqlı Atalı Asif Atanın, Safruhun insanla bağlı içsəslərin oxuyub. Eləcə də o, özünün bayram kutlamasını çatdırıb, ötən 3 aydakı Ocaq uğurları haqqında qısa bilgi verib: «35-ci ilimizdə Kutsal “İnsanilik” Bayramınız kutlu olsun! Bəşər mahiyyət üstə yenilənmir, yaranmır. Özgəçilik, özünəyadlıq üstə dəyişir, yenilənir, ona görə də var olmur. Dünyadakı fəlakətlərin başlıca səbəbi – insansızlıqdır. İnsan var olmadıqca – uluslar da var olmur. Ulusların var olmaması – dövlətlərin var olmaması deməkdir. Bu gün ən güclü sayılan dövlətlər ən çox insansızlıq fəlakətinə uğrayanlardır. Çünki dünyanın gedişatında insansızlığın çoxlu çalarları – siyasətcillik, təbəqəçilik, ağalıq-nökərlik, pulçuluq meydan sulayır. İri ölkələr kiçik sayılan ölkələri antiinsani gedişlərlə təsirə salırlar, varlıqlarını bu yolla saxlayırlar. Sonucda möhtəşəm sayılan ölkələrin möhtəşəm insanları yaranmır. Hansı ki, möhtəşəm insanların gücü əsasında möhtəşəm ölkələr yaranmalıydı. Ancaq minillərdir dünya siyasət oyununda yaşamağa sürüklənir, bu sayaq yaşamağa məcbur edilir. Dünyadakı antiinsani gedişlər insaniliyə olan ilahi ehtiyacı öldürə bilmir.
Dünya indiki kimi ruhsuzlaşmamışdı. Ancaq daxildə, mahiyyətdə insanlıq imkanı var, o, əzəli, əbədi, sonsuz, kamildir. Dünyanın ən pis çağında yaxşı insanlara daha çox gərək var. Dünyanın ən pis çağında yaxşı ölkələrə daha çox gərək var. Dünyanın ən pis çağında yaxşı dünyaya daha çox gərək var. Yaxşı insan, yaxşı ölkə, yaxşı dünya diləyənlər səbəbi insanda yox, şəraitdə, quruluşda axtarırlar. Yaxşı insanı, yaxşı dövləti, yaxşı quruluşu, yaxşı dünyanı yaradan İnsandır!»
Ruhani Başçı Safruh bildirib ki, «İnsanilik» bayramından daha dərin, daha uca eşq yoxdur.
Bayramda «Dünyanın dünyadan yüksək anlamını özündə yaşadan. Həyatın həyatdan artıq anlamını özündə yaşadan. Özünün özündən yüksək anlamını özündə yaşadan; Gerçəklikdən yüksək olan. Cəmiyyətdən yüksək olan, Şəraitdən yüksək olan. Mühitdən yüksək olan İnsan» mövzusunda içsəslər olub.
Yolnur Atalı, Yolruh Atalı, Özgün Atalı, Uluruh Atalı, yazıçı-psixoanalitik Adıgözəl Məmmədov, Baba Əhmədli, şair Qəşəm İlqar Ruhdaş, publisist Amil Avey, Müslüm Mahir Hikmət, Nizami Elyanar və başqaları bayramla bağlı ürək sözlərini çatdırıblar. Tədbirdə bayramın ruhuna uyğun milli musiqilər ifa olunub. Bayrama ruhsal hədiyyələr qəbul edilib. İşıqlı Atalı Atanın «Çağırış»ını çatdırıb: «İnsanlaşın –İnsanlaşdırın!»
Tədbirdən sonra çay süfrəsi ətrafında doğmalaşma söhbətləri davam edib.
Комментариев нет:
Отправить комментарий