02.03.2013

ABŞ-YƏHUDİ-MASON SİVİLİZASİYASININ ŞƏR SİMASININ RƏMZİ KİMİ

Faşizmə qarşı qəhrəman mübarizəsi sayəsində rus xalqı yəhudi-mason sivilazasiyasının Rusiya ərazisinə keçməsinin qarşısını ala bildi. Lakin o, bu sivilizasiyasının ABŞ və Qərbi Avropada möhkəmlənməsi və kök salmasının qarşısını ala bilmədi. İkinci dünya müharibəsi başa çatandan sonrakı bütün dövr antixristian qüvvələrin xərçəngvari inkişafı ilə səciyyələnir. Bədxassəli iudizm və masonçuluq xəstəliyi keçmiş xristian dünyasının bütün mühüm həyatı mərkəzlərini məhv etdi.
Yəhudi-mason sivilazasiyasının Yer üzünə gətirdiyi ümumbəşər zülmün timsalı Amerika Birləşmiş Ştatlarıdır.
Xristianlığın və «Əhdi-cədid»in mə᾽nəvi dəyərlərinin demək olar ki, 2000 illik təntənəsindən sonra bu ölkə xristian dünyasının cismində İsa peyğəmbərin pislədiyi bütün bağışlanmaz günahların-tamahkarlıq və sərvətə aludəçiliyin, pozğunçuluq və sodamitliyin, özbaşınalıq və pul kultlarının timsalı olan sağalmaz yaraya çevrildi.

Azad mə᾽nəvi seçimin mexanizmi demək olar ki, olmadığı birtərəfli cəmiyyət formalaşdı. Hər bir amerikalıya yalnız yəhudi-mason sivilazasiyası dəyərləri hüdudlarında seçim hüququ verilir. Bu hüdudlardan bircə addım da sapınma ictimai mövqeyin, gəlirin, karyeranın itirilməsi, sosial qınaq deməkdir.
ABŞ-ın ictimai-siyasi sistemi totalitarizmin ifrat formasını təmsil edir. Bu totalitarizm faşist Almaniyasındakı totalitarizmdən daha mütləq və daha təhlükəlidir. 200 ildir ki, amerikalılar öz prezidentlərini yəhudi-mason elitasının əvvəlcədən hazırladığı cəmi iki namizəd arasında seçirlər.
Birləşmiş Ştatları əxlaqsız şəxslər idarə edir. Bu gün bütün Amerika Klintonun pozğun, əxlaqsız, əliəyri olduğunu bilsə də, yenə onu dəstəkləyir. Vaxtaşırı rüşvətxorluq, dövlət əmlakının talanması və digər cinayətlərlə bağlı qalmaqallar yaranır. Lakin «qüdrətli və zəngin» adamlarla əlaqədar olduğu üçün onların hamısı bahalı hüquqşünasların köməyilə ört-basdır edilir. Hər şey kimi, Amerikada ədalət məhkəməsi də satılır və alınır.
1995-ci ildə iki nəfəri vəhşicəsinə qətlə yetirmiş idmançı-multimilioner üzərində ümumamerika miqyaslı məhkəmə-məzhəkənin şahidi oldum. Demək olar ki, üç ay ərzində bütün Amerika televiziya ilə səhərdən axşamadək bu dəhşətli cinayətin bütün xırdalıqlarını izləmişdi. Bütün amerikalılara tamamilə aydın idi ki, cinayətkar məhz həmin adamdır. Cəzadan xilas olmaq üçün qatil milyonlarla dollar xərclədi və məhkəmənin onu günahsız e᾽lan etməsinə nail oldu. Amerikalılar isə heç hiddətlənmədilər də. Sadəcə, bir qədər danışdılar və unutdular.
Həqiqətən də Amerika xalqı özünün təkrarsız qul vəziyyətinə, isti tövlədə ləzzətli saqqız gövşəyən qaramal vəziyyətinə tamamilə layiqdir.
Hər bir xalqın öz arzusu və baş əydiyi qəhrəmanları var. Tarixi Rusiyada qəhrəman «müqəddəs ruha yiyələnənlər» - pravoslav müqəddəsləri və zahidləri, doğma torpaq uğrunda döyüşən sərkərdələr və əsgərlər sayılırdı, arzu isə vətənin qüdrəti və çiçəklənməsi, rus kilsəsinin sarsılmazlığı barədə düşüncələrdən ibarət idi. Ruslar üçün şəxsi maraqlar kilsə, vətən və dövlətin mənafelərindən qat-qat önəmsiz idi. Bu, «Əhdi-cədid»in mə᾽nəvi dəyərlərinə əsaslanan həyat modeli idi. BŞD-da isə həyat tamamilə başqa cür qurulurdu. Bu ölkənin sakinlərinin psixologiyasının təməlini «Talmud»dan gələn tamahkarlıq, varlanmaq prinsipləri, torpaqlarına və əmlaklarına yiyələnmək üçün bütün «özgələri» qarət etmək və öldürmək hüququ təşkil edirdi. Amerikalıların əksəriyyətinin pərəstiş etdikləri qəhrəmanlar dəniz quldurları, qarətçilər və «uğur» qazanan digər cinayətkarlar oldu. ABŞ-ın əxlaqsızlıq mərkəzlərindən birinə - dünyada ən iri qumarxana biznesi, əxlaqsızlıq, fahişəlik yuvası olan Las-veqas şəhərinə səfər edərkən dəniz quldurlarının və qarətçilərin (Al-kaponeyə bənzər) qızıl çərçivələrə salınmış portretlərinin qumarxanaların divarlarından asıldığını öz gözlərimlə görmüşəm. Müştəriləri cəlb etmək məqsədilə qumarxanalardan birinin yaxınlığındakı göldə dəniz quldurlarının hərbi gəmiləri ilə ingilis hərbi gəmiləri arasında «dəniz döyüşü» də təşkil edilirdi. Amerikalıların təqdiredici bağırtıları altında həmişə dəniz quldurları qalib gəlirdilər. Amerikanın digər bir cinayətkar mərkəzi olan Atlantik-siti kimi, Las-veqasda da gündə on minlərlə amerikalı olur. Şəhərin əsas küçəsi boyu çoxmərtəbəli mehmanxanalarla qumarxanalar yerləşir, minlərlə fahişə və sodomit isə müştərilərə daim xidmət göstərirlər. Amerikalıların əsas arzusunu və ehtirasını – tamahkarlığı, nəyin bahasına olursa-olsun varlanmaq istəyini məhz bu qumarxanalarda daha aydın şəkildə dərk edirsən. Tamahkarlıqdan və ehtirasdan əyilmiş üzləri, hərisliklə parıldayan gözləri gördükcə, Amerikanın cinayətkar və bütün dünya üçün təhlükəli olan təbiətini dərk edirsən.
Amerikanın ictimai şüurunda ən əsas olanlar pul, şey, əmtəədir. Həyat əmtəə və xidmətlərin yeni-yeni çeşidləri ardınca aramsız qaçha-qova tabe etdirilmişdir. Amerika cəmiyyətinin əsas qanunu istehlak malları ardınca yüyürmək, insanı «pul əldə edən maşına» çevirməkdir.
Amerikada milli şüurdan məhrum olan, hətta öz vətəninə qarşı nifrət hissi ilə yaşayan adamlar toplaşmışdılar. Bura gələrkən, onlar özlərini Kaliforniyadakı qızılaxtaranlar kimi hiss edirdilər.
Amerikanizm sistemi nəyin bahasına olursa-olsun milyonlarla adamı istehlak yarışına cəlb edir, onları dünyanın mə᾽nəvi qurluşuna zidd, onu primitiv və məzmunsuz varlığa döndərən pozğun və miskin bir qurluşun qullarına çevirir. Şəxsiyyətin tənəzzülü, aşınması, cılızlaşması Amerika cəmiyyətinin əsas inkişaf göstəricisinə çevrilir.
Bir çox amerikalı üçün pul və əşyalar onların qəlblərində, ruhlarındakı boşluğu doldurur, onların arzu və amallarının miskinlik və cinayətkarlığını pərdələyir. Amerikalılar daim nə isə almaq istəyilə yaşayırlar.
Psixi xəstlərə xas bir ardıcıllıqla onlar yeni əşyalar almaq üçün daim hələ yaxşı vəziyyətdə olan əşyalarını tullayır, yaxud dəyər-dəyməzinə satırlar. ABŞ-ın istənilən şəhər və qəsəbəsində «qarajseyl» (şəxsi əmlakın qarajda satılması) bazar günü müşahidə edilən səciyyəvi əlamətdir.
Əsas milli istirahət və əyləncə növü «şopinq»dir. Bə᾽zən amerikalılar dolaşır, sonra isə aldıqlarını tanışları və qonşuları ilə uzun-uzadı müzakirə edirlər.
Amerikansayağı Qula - öldürülən və işgəncələrə mə᾽ruz qalan on milyonlarla hindu və zəncilər amerikansayağı mədəniyyətin təməli oldu. Bu mədəniyyətə məxsus örnəklərin 90 faizi zənginləşmə və tamahkarlıq kultuna, zorakılığa valeh olma, güclü və varlının özbaşınalığına istiqamətlənib, bunu pərdələmək üçün isə demokratiya və ədalət haqqında riyakar mühakimələrdən istifadə edilir.
Amerikalıların əksəriyyəti son dərəcə oxşar adamlardır... Onların bütün həyati dəyərləri pul əldə etmək və istehlak yarışı üzərində cəmlənib. Amerikalıların, təxminən, 60 faizi ümumiyyətlə kitab oxumur, kitaba müraciət etdikdə isə detektivlərə və pornoqrafiyaya üstünlük verirlər. Onların böyük əksəriyyəti bütün asudə vaxtını televizorun qarşısında keçirir, bir qayda olaraq son dərəcə bayağı və məzmunsuz verlişlərə və detektivlərə baxırlar. Mədəni baxımdan bu xalq, fikrimcə, dünyada ən bəsit xalqdır. Onlar üçün mədəniyyət nə mə᾽nəvi mühit, nə də daxili tələbat yox, cah-calalın bir növüdür və amerikalılara elə gəlir ki, onu pulla da almaq mümkündür.
ABŞ ərazisində mədəniyyət sahəsində önəmli olanların hamısı amerikanizm sisteminə zidd, onunla qarşıdurmanın nəticəsi kimi meydana çıxmışdır.
Edqar Po, Mark Tven, Uolt Uitmendən başlayan, Cek London, T. Drayzer, O᾽henri, S. Luislə davam edən, nəhayət, E. Heminquey, D. Selincer, U. Folknerlə tamamlanan bütün ədəbiyyat amerikanizm əleyhinə e᾽tiraz, Amerikanın ictimai dəyərlərilə sərt mübahisədir.
Hələ 19-cu əsrin yarısında R. Emerson, Toro, H. Qotorn kimi amerikalı yazıçı və mütəfəkkirlər insanı «pul əldə etmək üçün maşın»a çevirən amerikanizm sistemini kəskin ifşa edirdilər. Amerika cəmiyyətində əsl mədəniyyətin əvəzləyicisi kino və telebiznes oldu. Bunların simvolları isə Amerika kinosunun bütün bayağılığı, primitivliyi və bəsitliyini özlərində təcəssüm etdirən Şvarsneger, yaxud Stallone kimi degenerativ şəxsiyyətlərdir. Amerika kinofilmlərində canlı insani hisslərin əks olunmaması, mə᾽nəvi bəsitlik və kasadlıq, əlbəttə, parlaq rənglər, gözəl tryuklar, kəskin süjet, insanı həyəcanlandıran zorakılıq və seks səhnələrilə pərdələnə bilməz. Hazırda Amerikada ən yüksək mükafatlara layiq görülən filmlər, əslində, ümumbəşəri mədəniyyətdə tənəzzülün ifadəsidir, çünki onlar insanı bəsit anlayışlardan, basmaqəlib, yekrəng söz yığınlarından, təbəssüm və ifadələrdən istifadə edən sadələşdirilmiş bir varlığa çevirir.
Ümumbəşəri xristian mədəniyyəti anlamında «Hollivud» adı ilə tanınan Amerika kino müəssisələri mənfilik, insan mə᾽nəviyyatı xəzinəsini zəiflədən mənfi vahiddir.
Lap əvvəldən hollivud yəhudi işbazlar tərəfindən yaradılmışdı. Onu yaratmaqda məqsəd isə xristian mədəniyyətini pozmaq, xristian xalqların sürüyə, asanlıqla idarə olunan varlıqlara çevirmək idi.
2000 illik mədəniyyət işığında, hollivudun yaratdığı bayrağı, yeknəsəq obrazlar və qəhrəmanlar «Əhdi-cədid»in yüksək mə᾽nəvi dəyərlərini təhqir etmək deməkdir.
Pul, pozğunluq, var-dövlət və həyatın gözəlliyi barədə bəsit təsəvvürlər yer üzündə bir çox nəsillərin şüurunu şikəst etdi.
Daim yəhudi dünyası hökmdarlarının bilavasitə idarəçəliyində olan hollivud yalançı oriyentirlər və obrazlar yaratmaqla zəif qəlbə malik olanları pulla baş əyməyə, var-dövlət, sərvət hərisi olmağa, zahiri parıltıya üstünlük verməyə sövq edir.
Hollivud aktyorları və «ulduzları», adətən, ruhən və mə᾽nən miskin şəxsiyyətlərdir və onların zahiri gözəlliyinin arxasında daxili heçlik və puçluq durur. Əslində hollivud ulduzları adlananların demək olar ki, hamısı nəinki tamaşaçılara xoş hiss və obrazlar bəxş etməyə qadir olmayan, hətta öz həyatlarından da baş aça bilməyən adamlardır. Onların əksəriyyəti sodamit, narkoman, tamamilə pozğun adamlardır.
Yəhudi müğənnisi Madonnanın «yaradıcılığı» on milyonlarla xristianın hisslərinə təhqirdir. Yəhudi bankirlərinin pulları ilə nəhəng sabun köpüyü şişirdildi və qərb yəhdui - «şoumenləri» ona xristianlar üçün təhqiramiz olan bir ad da verdilər - Madonna (Müqəddəs Məryəm Ana, Allah Anası). Fahişəliyi hamıya bəlli olan, sodomitliklə də məşğul olmuş bu pozğun qadın bəsit, pozğun mahnılarını oxuyarkən çılpaqlaşır, müqəddəs xaçı ayaqları arasında oynatmaqla onu təhqir edirdi.
Xristian mədəniyyətinin Amerika yəhudiləri tərəfindən ritual təhqirləri hər şeydə, ilk növbədə, yəhudi modelyerlərinin cəmiyyətə aşıladığı modada özünü göstərir. Adətən, yəhudi bankirləri tərəfindən maliyyələşdirilən, «yüksək moda dünyası» adlandırılan dünya birbaşa xristianlıq əleyhinə rüsvayçılıqdır, «Əhdi-cədid» dəyərlərinə təhqirdir. Onu, bir qayda olaraq, pozğun şəxslərin, narkomanların, sodomitlərin, fahişələrin əlilə formalaşdırırlar.36
Qərb modelyerləri heç də insanı yüksəltməyə can atmırlar. Onların əsas məqsədi ondan, onun şəhvani bioloji təbiətindən yararlanmaqdır. Bədənin çılpaqlaşmasının xristianlıqda nəzərdə tutulan hüdudları aşması artıq qərb modelyerlərini qane etmir. 90-cı illərdə qərb modası xristianların müqəddəs dəyərləri üzərində istehza meydanına çevrildi. Madonna kimi xristian adına müraciət edən başqa bir amerikalı yəhudi - Donna Karan Amerika modasında «yeni istiqamət» yaratdı. Burada ən᾽ənəvi xristian geyimləri və xaç təsvirindən istifadə olunurdu. Məsələn, tamaşaçılar qarşısında çıxış edən maneken qadınların əyninə rahibələrin geyiminə bənzər paltarlar geyindirilirdi, xaç isə bu zaman onların sinəsindən deyil, beldən bir az aşağıdan asılırdı.37
Amerikansayağı, antixristian kütləvi mədəniyyətinin xüsusi elementi rok-musiqi oldu. Onun banisi aşkar antixristian əhval-ruhiyyəli yəhudi müğənnisi Elvis Presli idi. Həddən artıq narkoman yəhudi Qərb antixristian gənclərinin sevimlisinə çevrildi. Ölümündən sonra ABŞ və İsraildə bu satanistə çoxlu abidələr qoyuldu. Onlardan biri 1996-cı ildə Tel-Əvivdə qoyulan abidə yəhudi gənclərinin ziyarətgahına çevrildi. Şahidlər söyləyirlər ki, ziyarətə gələnlərə abidəni təqdim edən ekskursiya rəhbərləri daim Preslinin sadəcə müğənni yox, məhz yəhudi müğənnisi olduğunu vurğulayırdılar. Yəhudi gənclərilə söhbət edən yəhudi rahibi (ravrin) xüsusi olaraq qeyd edirdi ki, «Presli irticaçı xristian şüurunun parçalanması üçün bütöv bir moizəçilər ordusundan çox iş görüb».
ABŞ antixirstian mədəniyyətinin formalaşdırılması hələ uşaqlıqdan, körpələrin — şüurlarına «Uolt Disney ideologiyası»nın aşılanmasından başlanır. Ən məşhur Amerika masonlarından biri olan bu adam38 uşağın şüurunun deformasiyaya uğradılmasının xüsusi metodikasını işləyib hazırlamışdı - uşağın diqqətini ən᾽ənəvi xristian dəyərlərindən və təsəvvürlərindən həyatın əhəmiyyətsiz olan detallarına, pornoqrafiya, sodomitliyin təbliğinə, e᾽tiqad üzərində istehzaya və s. yönəldilməsi.39 «Dünyanı oyunla dərketmə» və sün᾽i qayğısızlıq sayəsində uşaqlar xristian şüuru dəyərlərinin - xeyirxahlıq, vicdanlılıq, gözütoxluğun bərqərar edilməsi üçün zəmindən məhrum edilirlər. Uşağın gözləri önündə həyat oyun, yaxud əyləncə şəklində canlanır və burada əsas elementlər pul və hakimiyyət uğrunda mübarizə olur. Kosmik müharibələri, superqəhrəmanları təcəssüm etdirən çoxsaylı multiplikasiya serialları uşaqda anadangəlmə olan xeyirxahlıq, mərhəmət hissini məhv edir. Multiplikasiya filmləri və kompüter oyunları uşaqlarda təqlidetməni qüvvətləndirir - onlar düşmənlərini ən müxtəlif üsullarla - güllələməklə, partlatmaqla, tikə-tikə doğramaqla, odda yandırmaqla, suda boğmaqla məhv edən superqəhrəmanlara oxşamağa can atır və körpələrin şüurlarında zorakılıq bərqərar olur.
Oyundakı zorakılıq və qətllər dünyasına qoşularkən uşaq böyüdükcə zorakılığa narkotikə alışan kimi alışır, yeni-yeni zorakılıq və qətllərlə dolu səhnələr görmək zərurəti duyur. Yeniyetmə yaşlarında belə uşaq artıq normal filmlərə baxmağa, yaxşı kitablar oxumağa qadir olmur. Belə filmlər və kitablar onun üçün cansıxıcı olur. Yaşa dolduqdan sonra isə savaş filmlərinə, trillerlərə, dəhşət filmlərinə üstünlük verir.
Gənc amerikalı sonrakı «mə᾽nəvi» tərbiyəsini reklam süjetlərindən əldə edir. Gözünü açdığı gündən izlədiyi reklamların zahiri ziyansızlığı arxasında insanların ruhlarına tə᾽sir göstərən, onları eyni cür geyinməyə, gülümsəməyə, davranmağa və i. a. sövq edən qüdrətli vasitə gizlənir. Həm də bu tə᾽sir tədricən, hiss olunmadan göstərilir, uşaq dünyanı, ilk növbədə, əmtəə və əşyaların istehlakı prosesi şəklində qavrayır.
Uolt Disney ideologiyası və reklam süjetləri tə᾽sirilə tərbiyə olunan uşaq əksər hallarda artıq xristian mədəniyyətini qavramağa qabil olmur, kütləvi, yaxud pop adlandırılan mədəniyyətin tərəfdarına çevrilir. Bu antixristian olayın əsl mədəniyyətə heç bir aidiyyatı yoxdur. Həqiqi mədəniyyət şəxsiyyəti ucaldır, onu mə᾽nən zənginləşdirir, pop-mədəniyyəti isə insanı heyvanlaşdırır, onu xırda qüsurların və cılız ehtirasların quluna çevirir. İnsanın ruhu məzmunlaşdırılır və o, normal insani hiss və həyacanları yaşamağa qadir olmur.
Amerikalılar öz övladlarını daha çox dinsiz və xudpəsənd, işləməyi bir o qədər də xoşlamayan, əyləncələrə üstünlük verən şəxsiyyətlər kimi tərbiyələndirirlər. 1997-ci ildə «Perents» («Valideynlər») jurnalı ABŞ və Kanadadan olan 7700 valideyn arasında sorğu keçirilmiş, Amerika ailəsinin həyati dəyərləri barədə onların rə᾽yini öyrənmişdi. Sorğunun nəticələri əsasən amerikalıların fikrincə önəmli olan həyati və ailə dəyərləri ardıcıl şəkildə cədvəllərdə göstərilmişdi.
Amerikalılar ailənin əsas vəzifəsi (dəyəri) kimi öz övladlarına nəyin yaxşı, nəyin isə pis olduğunu başa salmağı nəzərdə tuturlar. Onlar uşaqlarını hər şeydən mənfəət əldə edə bilən praqmatiklər kimi yetişdirməyə çalışırlar. Bu bacarıq Amerika ailəsinin həyati dəyərlər cədvəlində birinci yeri tutur. İkinci yerdə isə həyatda və işlərdə uğur qazanmaq üçün təhsilin mühümlüyünün dərk edilməsi durur. Cinslərin davranışı barədə ən᾽ənəvi təsəvvürlər amerikalı valideynlər tərəfindən demək olar ki, seksual azlıqlara (sodomitlərə) münasibətdə dözümlülüklə bərabər qiymətləndirilir və dəyərlər sırasında bunlar üçüncü və dördüncü yerləri tutur.
Sodomitlərə münasibətdə dözümlü olmaqdan sonra amerikalı valideynlər ailə və nikahı (5-ci yer) yüksək dəyərləndirirlər. Sonrakı yerləri (6-8) dostluğun zəruriliyi (praqmatik baxımdan), ədəb-ərkan və özünü göstərə bilmək bacarığı tutur.
Allaha inam yalnız 9-cu (!) yeri tutur, bundan sonra isə Amerika ailəsinin dəyərlər sırasında 10-cu (!) yerdə əməksevərlik və qazancı ilə kifayətlənmək gəlir.
Vətənpərvərlik, ədəbiyyat və incəsənət nümunələrinin dərki Amerika ailəsinin dəyərlər cədvəlinin sonunda yerləşir.
Çox səciyyəvidir ki, həmin sorğu amerikalı valideynlərin öz övladlarının məktəbi bitirməkdən imtina etmələrindən onları homoseksualist, atesit olmalarından, nikahdan kənar uşaqların olmalarından, qeydiyyatsız ailə qurmalarından, boşanmalarından qorxduqlarından daha çox qorxduqlarını göstərdi.
Amerika təhsil və tərbiyə sisteminin mə᾽nəvi əbləhlər törətdiyi heç də təəccüblü deyil. Heç bir ölkədə ABŞ-dakı qədər kütbeyin, ifadəsiz simalara rast gəlməzsiniz. Belə bir şəraitdə mərhəmət və vicdanlılıq kimi keyfiyyətlərini qoruyub saxlaya bilən adamlar, ən yaxşı halda, infantil adamlardır və onlar lazım gəldikdə öz xoş hisslərini qorumağa qadir deyillər. Amerikalılar ən yorucu və cansıxıcı həmsöhbətlərdir. Onların maraqları demək olar ki, həmişə yalnız dörd şey ətrafında dolaşır - pul, bazarlıq, maşın və seks. Orta məktəbi bitirən amerikalıların yarıya qədəri funksional baxımdan savadsızdırlar, yə᾽ni normal yazmağı və oxumağı bacarmırlar. Universitetlərin buraxılışı kurslarında oxuyan böyük bir qrup arasında aparılan sorğu göstərdi ki, onların əksəriyyəti Amerikanın nə vaxt kəşf edildiyini hətta 50 il xəta ilə də göstərə bilmir, hər dörd nəfərdən biri K. Marksın əsəri ilə ABŞ konstitusiyasını fərqləndirə bilmir, təxminən, 40 faizi şimalla cənub arasında müharibənin neçənci ildən başlandığından xəbərsizdir.41
Belə bir tərbiyə əsasında 60-cı illərdən ABŞ və qərbi avropada gənclərin antixristian «xippi» hərəkatı meydana gəldi. Bu hərəkatın başında Herbert Markuze və Cerri Rabin adlı yəhudi liderləri, masonlar durur, bunlardan sonuncusu hətta mason nişanlarını nümayişkəranə şəkildə sinəsində də gəzdirirdi.42
«Et!» kitabında C. Rabin bəyan edirdi: Biz gəncliyi, musiqini, seksi, narkotikləri və üsyankarlıq ruhunu xəyanətkarlıqla qarışdırdıq. Belə bir qarışığa üstün gəlmək isə çətindir.43
Burjua dünyasının «köhnəlmiş» əxlaqından imtina şüarı altında Markuze, Rabin və onların həmfikirləri müasir qərb cəmiyyətində xristian dünyagörüşünün son qalıqlarını da dağıtmağa can atırdılar. «Xippi» hərəkatının üsyankar, tanrı əleyhinə, antixristian ruhu xeyir və şər haqqında xristian təsəvvürlərini xeyrilə şərin, işıqla zülmətin bərabərliyi haqqında mənfi təsəvvürlərlə əvəz etdi.
Qərbi avropa, ABŞ, daha sonra isə rusiyada da milyonlarla gənc yəhudi başçılarının pozğun ruhuna aludə oldular, əxlaqın, dövlətin, xristian kilsəsinin «köhnəlmiş» normalarını rədd etdilər və öz evlərindən çıxıb getdilər. Hər yerdə xristian sivilizasiyasına düşmən kəsilən, narkotiklərin və heyvani seksin tə᾽sirindən çıxa bilməyən gənclərin minlərlə toplantıları meydana çıxdı. «Əhdi-cədid» normalarını inkar edən, cinsi əlaqələri «bir içim su» səviyyəsinə qədər endirən «seksual inqilab» da məhz «xippi» hərəkatı ilə əlaqədardır. Xippilər arasındakı cinsi münasibətlər heyvani, yaxud qrup səciyyəli olur, istənilən yerdə həyata keçirilə bilirdi. Bunlar sodomitliyə və fahişəliyə geniş rəvac verirdi. Heyvani sekslə və sodomitliklə məşğul olan xippilər özlərini «məhəbbət e᾽tiqadının» tərəfdarları e᾽lan etmişdilər.
Xippiliyin kinomatoqrafik simvolu M. Formanın «saçlar» filmi oldu. Bu filmin kulminasiya anı xristian kilsəsində həyata keçirilən eyş-işrət məclisi səhnəsi idi.44
Bu günkü Amerikada çox az adam yəhudi-mason sivilizasiyası ilə qarşıdurmaya cəsarət edər. Yalnız tək-tək adamlar Amerika cəmiyyətinin tamahkarlıq və pozğunluq, sodometlik dünyasına qarşı çıxa bilirlər. Bu səbəbdən də keşiş D. Raytın Kanzas ştatının qanunvericilik şurasında söylədiyi sözlər bütün Amerikanı lərzəyə gətirdi və yəhudi-mason təşkilatları tərəfindən hiddətlə qarşılandı. Bu keşiş şuraya dua oxumaq üçün də᾽vət olunduğu halda ürək ağrısı ilə tanrıya üz tutdu:
Pərvərdigara, bizə rəhm et! Biz yalançı tanrılara e᾽tiqad edirik və bunu mədəni rəngarənglik adlandırırıq. Biz sodometliyi qanuniləşdirmişik və bunu dözümlülük adlandırırıq. Biz uşaqları ana bətnində öldürürük və bunu abort etmək hüququ adlandırırıq. Biz gəncləri əxlaqsızlıq və pozğunluq içində böyüdürük və bunu mütərəqqi tərbiyə adlandırırıq. Biz xirtdəyə qədər pornoqrafiya və hədyan bataqlığındayıq və bunu fikir azadlığı adlandırırıq. Biz əcdadlarımızın mə᾽nəvi irsini təhqir edir və bunu savadlılıq adlandırırıq. Pərvərdigara, bizi cəzalandır, bu pisliklərdən xilas et!»
Vicdanlı keşişin duası bomba kimi partladı. Onu eşidən bir sıra qanunvericilər, əsasən, masonlar və yəhudilər qəzəb içində oranı tərk etdilər. «Onların sonradan donuz sürüsünə qoşulub-qoşulmamaları və özlərini sıldırımdan atıb-atmamaları barədə qəzetlər xəbər vermir».

gunahkar-bende.ucoz.net

Комментариев нет:

Отправить комментарий