Redaksiyanın poçtundan
Kütləvi İnformasiya Vasitələrinə
Surəti: Bütün dövlət orqanlarına
Süleymanov Rafiq Əsəd oğlu nahaq yerə həbs olunub. Onu 3 erməni cinayətkarın- Kirokosyan, Markaryan, Badoyanın əsassız ifadələri ilə Markaryanın bacanağı Rafiq Martirosyanın əvəzinə tutub həbs ediblər. Hansı ki Rafiq Süleymanov onlarla birlikdə olmayıb. İstintaq orqanları Rafiq Süleymanovun təqsirliliyini və cinayətdə iştirakını sübut edə bilmir, amma cinayət işi Rusiyadan göndərildiyinə görə Baş Prokurorluq işə xitam vermir, nəticədə, üç erməniyə görə bir Azərbaycanlı günahsız olaraq bir ildən çoxdur ki, həbs olunaraq əziyyət çəkir.
Vəkil Tağı İbrahimovun etirazlarına və bizim şikayətimizə qulaq asan yoxdur. Cinayət törətməkdə təqsirli bilinən erməni əsilli Rafiq Martirosyanı tuta bilməyiblər, qaçıb gizlənib, amma Məşədi İbad demişkən, o Rafiq olmasın, bu Rafiq olsun, əvəzinə Azərbaycanlı Rafiq Süleymanovu tutub həbs ediblər. Bəs soruşa bilərsiniz onu niyə tutblar? Məsələ ondadır ki, bu Rafiqin evinə oğurluğa giriblər, o da polisə şikayət verməyə gəlib ki, bəs evimdən sənədləri və başqa şeyləri aparıblar. Polis isə “Elə biz də səni axtarırdıq” deyə onu sorğu-sualsız tutub basıblar dama. Indi həmin Rafiq Süleymanov bir ildir ki, başqa Rafiqin əvəzinə həbsdə yatır, 4 maddə ilə təqsirli bilinir, amma heç biri həqiqətə uyğun deyil. Görürsüz necə gülünc bir vəziyyət yaranıb?
Ziddiyyətli ifadələr araşdırılmır, erməni şahidlərin çağırılıb dindirilməsi təmin olunmur. Deyirlər ki, şahidlər Rusiyadadır, biz onları çağıra bilmərik. Baş Prokurorluqdan deyirlər ki, cinayət işi Rusiyadan göndərilib, ona görə düz də olsa, səhv də olsa vətəndaşı təqsirli bilib mühakimə etməlidirlər! Bəs ədalət prinsipi harada qaldı? Nə üçün erməni qulduruna görə Azərbaycan vətəndaşı həbs olunmalıdır?
Hörmətli dostlarımız! Biz kütləvi informasiya vasitələrinə şikayət məktubu göndərdik. Çox xahiş edirik, şikayətimizi qəzetinizdə dərc edəsiniz və nəzarətdə saxlayasınız. İnanın ki, bu, biabırçılıqdır. Hüquq-mühafizə orqanları sifarişlə işləyir. Rafiq Süleymanovun günahsız olaraq bir ildən çoxdur ki, həbsdə yatmasını onun vəkili Tağı İbrahimovdan daha ətraflı öyrənib ictimaiyyətin müzakirəsinə verə bilərsiniz. Qoy dözümlü xalqımız bir daha əmin olsun ki, hüquq-mühafizə orqanları sistemi paralic vəziyyətindədir. Onları ancaq rüşvət, pul, var-dövlət maraqlandırır. İnsanın taleyi onlar üçün heyvanın taleyindən də aşağıdır. Əgər onlarda zərrə qədər Azərbaycan qanı varsa, qoy münasibət bildirsinlər.
Yox, əgər Azərbaycan qanı onların damarlarında axmırsa, deməli, üç erməni qulduruna görə bir Azərbaycan vətəndaşını günahsız olaraq həbs edən hüquq-mühafizə orqanlarının müvafiq əməkdaşları özlərini erməni kimi millətə təqdim etsinlər və millətimiz də bilsin ki, onları mühakimə edənlər kimlərdir.
Şikayəti bütün dövlət orqanlarına ünvanlamışıq.
Süleymanova Sitarə Kazım qızı - həyat yoldaşı
Süleymanova Sifayi Konto qızı – anası
Süleymanov Zahid Rafiq oğlu - oğlu
Cəlilabad rayonu, Privolnoye kəndi

Комментариев нет:
Отправить комментарий