16.03.2013

"Siz həmişə düz eliyirdiz bunların ağzına pox qoyurduz mitinqlərdə"


Deməli keçən dəfə şəhərdə gəzərkən gördüm bir nəfər "qrajdanski" formada yaxınlaşıb mənə ve deyir "Mehman necesen?" ... Diqqətlə baxdım gördüm ki bu mitinqlərdə adamları sürütdüyən tanış polis imiş amma formasız. Dedim ki "Yaxşıyam. Sən nə əcəb bu gündəsən? formasız həmdə "nastroyeniyan" nəsə pisdi". O da dedi "Ə bu qancıxlar məni işdən qovublar. Heç nədən həmişə bunlara (vəzifədə olan polislərə) yaxşılıx eləmişəm bunlar da məni işdən azad ediblər. Deyir siz həmişə düz eliyirdiz bunların ağzına pox qoyurduz mitinglərdə mən başa düşməmişdim. İndi isə gördüm ki bunlar axmaq adamlardı bunlara etiraz eləməyə lazım imiş".....Mən bir anlıq donub qalmışdım. Cavab verdim ki "çox təəsüf edirəm, bunlar belədidə yaxşılıx edirsən onlar sənə başqa cür edirlər....Axırda sağolaşanda dedi "Mehman birda aksiya olanda mənə də de məndə çıxacam, çıxmasam da kənardan baxıb dəstək verərəm".....Yani görürsüz də bu ölkədə nə baş verir. Hamı elədiyi hərəkətə görə haçansa cavab verir peşman olurlar. Dünən polis idi mitinqləri dağıdırdı bugun isə işsiz qalıb. Dünən Gülər deputat idi bugün həbsdə. Dünən Nizami icra başçısı idi bugündə basdı bayıra.....Bu ölkədə hamı narazıdı sadəcə vaxtında etirazını bildirmirlər.

P.S. bu da həmin polisin fotosudur mitinqdə xalqın ağzını yumanda o birsi isə 2 gün əvvəl çəkmişəm işsiz. Yani işi var sadəcə bilmirəm onu necə təqdim edim...

Paylaşdı: Mehman Hüseynov                                    Qırmızı

Комментариев нет:

Отправить комментарий