14 dekabr Türkiyə şok həbslərlə oyandı. Fətullah Gülən mediasının üzvlərinin kütləvi həbsləri aparıldı. Həbs edilənlər arasında “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı, Samanyolu Televiziyasının yayın qrupunun rəhbəri Hidayət Karaca, “Sunqurlar” serialının prodüsseri Salih Asan, rejissoru Engin Koç, “Tək Türkiyə” serialının senaristi Ali Kara, həmin filmin aktyoru Haseki Eğitim, İstanbul Terrorla Mübarizə idarəsinin sabiq rəhbəri Tufan Ergüner, “Bu gün” qəzetinin yazarı Nuh Gönültaş, Vanda serial ssenaristi Makbule Çam Alemdağ da vardı.
Əslində həbslər gözlənilən idi. Bu qarşıdurma 2013-cü ilin Gəzi hadisələri zamanında başlamışdı. O hadisələrdən sonra Fətullah Gülənin Türkiyə dövlətinə xəyanəti, Ərdoğan hakimiyyətini çevriliş yolu ilə dəyişmək meylləri ortaya çıxdı. Ərdoğan öncəsi hökumətlərdə bəlkə də bu xain plan asanlıqla baş tutardı. Amma bu dəfə yanılmışdılar.
Maliyyə böhranı çıxarmaqla, iğtişaşlar təşkil etməklə Türkiyədə hökumətlər dəyişdirmək dönəmi keçdi. Bəzi Azərbaycan siyasətçiləri həbsləri azad mətbuata təzyiq, Ərdoğanın avtoritar hakimiyyət qurmaq cəhdi kimi qələmə verirlər. Dünyadakı prosesləri öz qazanlarına uyğun bişirmək mərəzindəndir ki, dedikləri sözlərin sonu hər zaman fiasko olur.
Həqiqətdə fətullahçıların Türkiyəyə yönəlik planı türk siyasi sisteminin bel sümüyünü sındırmağa yönəlmişdi. Fətullah hocanın “yeni Türkiyə”si eynən amerikan sistemi olacaqdı. On milyardlarla dollar qazancı olan dini sektaların, mühafizəkar lobbilərin idarə etdiyi “kukla” prezident üsul-idarəsi.
Bunun üçün öncə Türkiyə dövlətinin xarici və daxili siyasətini müəyyən edən ordu sıradan çıxarılmalı idi. 10 il ərzində türk ordusuna atılan iftiralar, keçirilən həbslər Ərdoğanın deyil, Gülən camaatının güc strukturlarında yaratdığı “paralel dövlət”in təşəbbüsü idi.
Türk ordu sistemi məhv edildikdən sonra növbə siyasi hakimiyyətə çatmalı idi. Daxili idarəçiliyini eynən amerikan təriqətlərinin modelində qurmuş “hizmət” hərəkatı şantaj və izləmə siyasətində də Amerika təcrübəsindən faydalanmışdı.
Şantaj və xain planlarla Ərdoğanı “kukla”ya çevirə biləcəklərini sanan fətullahçılar qranit qayaya rast gəldilər. Ərdoğan onların hininə girib, yuvalarını darmadağın etdi.
Serial rejissorları, senaristləri niyə həbs edildi? “Tək Türkiyə”, “Sunqurlar” və bu qəbildən STV serialları evdar qadınların baxdığı adi “sabun opera”ları deyildi. Türkiyədə etnik şovinizmi, ayrı-seçkiliyi tətikləyən propaqanda maşınları idi.
İngilis filosof Samuel Consonun yaxşı sözü var: “Vətənpərvərlik - alçaqların son sığınacaq yeridir”. Sözdə əli Quranlı, ağzı dualı adamlar ekranda şovinist millətçilik propaqandası aparırdılar. “Tək Türkiyə” kimi seriallarda kürd xalqının nümayəndələri daim terrorist kimi göstərilir, kürd şivəsi qabardılır, türk əsgərinin kürdə nifrət səhnələri izləyicilərə daha şiddətlə aşılanırdı.
“Tək Türkiyə” serialı dəfələrlə qınaq obyekti olmuşdu. Amma fətullahçılar atəşə yağ tökməkdə davam edirdilər. Məqsəd isə tək idi. Kürd problemi əsla həllini tapmasın. Kürd ilə türk qardaş deyil, hər zaman düşmən olsun.
Bir ölkənin hökumətlərini dizə gətirməyin ən asan yolu o ölkədə xaos yaratmaqdır. Türkiyədə isə bunun ən rahat yolu kütləni faşizmə yönləndirmək taktikasıdır. 14 il bundan öncə Ahmet Kaya kimi sənət adamını Türkiyədən sürgün edən hökumət deyildi, amerikameyilli mətbuat idi. Atəşi söndürmnək əvəzinə, hər zaman üstünə yağ tökdülər.
Fətullahçıların həbsini Türkiyədə amerikançı siyasətin yekun erası saymaq olar. İsmət İnönü dönəmində əsası qoyulan ABŞ-ın Türkiyə hökumətlərini istədiyi kimi dəyişdirmək siyasəti bitib.
Bunun iqtisadi və siyasi səbəbləri var. Rusiya ilə Türkiyə arasında bağlanan “100 milyardlıq müqavilə” və Putinin “Cənub axını” layihəsindən imtinası Avrasiya qitəsinin ortasına Çin səddi çəkdi. Nə Ərdoğanın, nə də Putinin bundan sonra Qərbə ehtiyacı yoxdur. İqtisadi siyasətdə Türkiyə üçün en etibarlı qonşular Avropa Birliyi yox, Rusiya və Yaxın Şərqdir.
Siyasətin dəyərlər üzərində qurulduğunu iddia edən adamlar isə avantürist axmaqlardır. Siyasət hər zaman iqtisadiyyat üzərində qurulub.
Fətullahçılar və azərbaycanlı "fətullahçılar". Türkiyədəki proseslər heç zaman Azərbaycana təsirsiz ötüşməmişdir. Maraqlıdır ki, Türkiyədə amerikançı gülənçilərin “vurulması” ilə birgə Azərbaycanda da Amerikayönlü təşkilatlar çökdürülməyə başlanıldı.
Bir neçə nəfər istisna olmaqla, Azərbaycanda son 1 ildə həbs edilən QHT nümayəndələrinin, köşə yazarlarının hamısı Amerikanın “çörəyi”ni yeyən, bu dövlətə tərif deyən adamlardır.
İnsanlar soruşur: “Hakimiyyətdə hardandır bu cəsarət?” ABŞ Latın Amerikasında hegemon dövlət ola bilər, Qafqazda isə Litva qədər təsiri olan bir ölkədir. Azərbaycan hakimiyyəti nə iqtisadi cəhətdən, nə də siyasi baxımdan ABŞ-dan asılı deyildir. 20 ildir ağzını dollar tutan QHT nümayəndələri belə görüntü yaratmağa çalışsa da heç zaman belə olmayıb.
Azərbaycan hakimiyyəti ilə Ərdoğan hökuməti arasında zaman-zaman anlaşılmazlıq olsa da, son 1 ildə eyni mövqeli siyasət dəyişilməz qalır. Hər iki ölkədə Gülən mafiyasının biznes strukturları çökdürüldü. Vəzifələrə yerləşdirdikləri adamlar uzaqlaşdırıldı.
Məsələ təkcə biznes və siyasətlə də bitmir. İdeoloji yöndə də maraqlı yaxınlaşma hiss olunur. Bir neçə gün öncə PA-nın şöbə müdiri Əli Həsənovun mətbuat nümayəndələrinə verdiyi tövsiyyəni xatırlayaq:
"İnsanlar müsəlman ölkələrində baş verən hadisələri hələ də CNN, BBC və dünyanın digər bu kimi transmilli media qurumlarından alırlar: "Amma araşdırıldıqda, həmin ölkələrdə baş verən hadisələrlə onlar haqqında dünyaya yayılan məlumat arasında ciddi uyğunsuzluq olduğu, hadisələrin təfərrüatının kənarda qaldığı, hətta əsas cizgilərinin belə o informasiyalarda öz əksini tapmadığı üzə çıxır. Suriyada, Misirdə, İranda, Dağlıq Qarabağda, Qəzza bölgəsində, Yəməndə, Tunisdə və digər müsəlman ölkələrində baş verən hadisələr məgər yalnız o transmilli media orqanlarının təqdim etdiyi kimidir? Məgər bütün dünya ölkələri o media qurumlarının jurnalistləri kimi düşünür? Əlbəttə ki, yox. Amma bizim media nümayəndələrimiz ayrı-ayrı ölkələrin jurnalistlərindən sağlam fəaliyyət göstərsə də, səslərini bəzən ölkə hüdudlarından kənara çıxara bilmirlər. Bu da ona gətirir ki, dünyada müsəlman dövlətləri, xalqlarına qarşı qərəzli rəy formalaşdırılır. Bu dövlətlər və xalqlar terrorizmin məskəni kimi, vəhşi, sivil normalardan uzaq insanlar kimi təqdim olunurlar".
Əli Həsənovun dili ilə Azərbaycan hakimiyyəti başa salmağa çalışır ki, Türkiyə ilə nəinki iqtisadi maraqlarda, ideoloji mövqedə də bir yerdəyik. İki ölkənin qardaşlığı sözdə yox, əməldə icra olunmalıdır.
Əli Həsənovun digər maraqlı ifadəsi “Biz hazırda ABŞ-la, Qərb institutları ilə, xüsusən də beynəlxalq dairələrlə öz dilində danışırıq” fikri idi. Amerika ilə öz dilində danışmaq hər dövlətin həddi deyil. Xüsusilə, Azərbaycan kimi kiçik dövlət üçün...
Bu fikir adi deyilmiş söz deyildi. Əsası vardı. Əsası isə yenə də Türkiyə dövlətdir. İki həftə əvvəl ABŞ vitse-prezidenti Cozef Baydenin səfərindən sonra Ərdoğanın “Mən istəyirəm ki, siz də biləsiz. Biz həyasızlıqla, riyakarlıqla və sonu gəlməyən tələblərlə üz-üzəyik” deməsi ABŞ-la siyasi ziddiyətlərin nə dərəcə gərgin olmasının siqnalıdır.
Sual oluna bilər. Regionun iqtisadiyyatına, siyasətində söz sahibi olan Türkiyə, Rusiya Amerikanın əleyhinədirsə, Azərbaycan nə üçün Amerikanın yanında olmalıdır?
Uzun müddət müxalif düşərgədə belə bir fikir formalaşmışdı ki, “Amerikanın adamına hakimiyyət heç nə edə bilməz”. Neçə-neçə adam bu illuziyanın arxasınca gedib partiyalarını atdılar. Demokratik dəyərləri qorumaq üçün getməmişdilər. Yaxşı pula, bahalı otellərdə istirahət etmək həvəsinə getmişdilər. Bir zamanlar pula görə partiyalarını satanlar ya həbsdədir, ya da sürgündədirlər. Elə ABŞ-ın Azərbaycandakı sevimlisi Xədicə İsmayıl da həbsdədir.
Xədicə İsmayılın Fətullah Gülənlə nə əlaqəsi? Əqidə, məzhəb olaraq bu iki adam arasında heç bir oxşarlıq yoxdur. Biri din tüccarı, o biri ateist. Amma bu "dindarın" da, ateistin də səcdəyə getdiyi tək qibləsi var - Vaşinqton.
Yadınıza gələr, Türkiyədə Gəzi hadisələri baş verəndə Xədicə İsmayıl reportyor Abbas Atilayı İstanbula göndərmişdi. Təbii ki, hadisələri Amerika mövqeyindən işıqlandırmağa. ABŞ-da CNN Ərdoğanı vururdu, Azərbaycanda “Azadlıq Radiosu”.
Ərdoğanla düşmənçilik “Azadlıq Radiosu”nun siyasətidir deyə, iddia etmək olmaz. Amma Xədicə İsmayıl qatı amerikançı idi. Dəfələrlə olub ki, ABŞ-ın mövqeyini tənqid edən qonaqlarına qarşı efirdəcə hücuma keçib. Jurnalist etikasına məhəl qoymayaraq.
Ərdoğan nifrəti ilə tanınan Abbas Atilayın seçilməsi elə-belə deyildi. Ərdoğanın şəxsiyyətinə sevgi nadir məsələlərdən biridir ki, bəzi müxalifət və iqtidar nümayəndələrini birləşdirir. Yuxarıda adı çəkilən adamların yazdığı statuslarda isə Ərdoğana simpatiya bəsləyən müxalifət üzvləri az qala xəyanətkar çıxarılır, diktaturanı dəstəkləməkdə ittiham olunurdular. Özləri ilə həmfikir olmayanlara qarşı dərin nifrət hissi vardı. Xədicə İsmayıl hal-hazırda həbsdə, Abbas Atilay İsveçrədə siyasi mühacirətdədir. Xınalıqda qoyun-quzu fotosu çəkməklə məşhurlaşan bu fotoqrafın nəyə görə siyasi sığınacaq alması ictimaiyyətə bəlli deyil. Ciddi təzyiqlərlə üzləşməsi faktı heç vaxt üzə çıxmayıb.
İddia olunur ki, Xədicə İsmayıl Azərbaycan hakimiyyəti ilə bağlı araşdırmalarına görə həbs olunub. Bu "araşdırmaların" üstündən düz 4 il keçir. O zaman hakimiyyət 4 il niyə gözləyirdi ki? Elə ilk qalmaqallı araşdırmadan sonra həbs qərarı verilə bilərdi. Kimdən çəkinirdi Azərbaycan hökuməti? Bu qədər gözləməyin nə məntiqi vardı ki?
Məsələ fərqlidir. ABŞ təkcə Türkiyədə korrupusiya şantajları aparmaqla Ərdoğana təzyiq etmir. Eyni iyrənc metodları zaman-zaman İlham Əliyevə də qarşı həyata keçirir.
Vircin adalarında ofşor hesabları qalmaqalı çıxanda bir adam soruşmadı ki, bu Vircin adaları harada yerləşir? Cavab sadədir: Amerika Birləşmiş Statlarında. O, zaman ABŞ iddia etdiyi kimi "korrupsiya" yolu ilə toplanmış bu pulları niyə öz "ofşor" zonalarına qəbul edirdi? Sonradan Xədicə İsmayıl kimi ajanlarının əli ilə şantaja keçmək üçün, eləmi? Hansısa bir dövlət başçısının qohumları və yaxınlarına bizneslə məşğul olmaq qadağası olmadığını bəyəm ABŞ-da bilmirdilər?
Bilirdilər, lap doğrusunu bilirdilər. Sadəcə, "ipə-sapa yatmayan" və müstəqil siyasət yürütmək istəyən dövlət başçıları şantaj olunmalıdır. Keçən ilin 17 dekabrında eyni şeyi Türkiyədə də etdilər.
Metodlar eyni. Adamlar fərqli. Amma son məqsəddə eyni yerə xidmət edirlər. Eyni “çirkab”a bulaşırlar. Zaman çirkabı təmizləmək zamanı.
Eyni tatika müxalif düşərgədə də istifadə olundu. Müxalif mövqeli adamların etiraz səsi qrant pulları ilə satın alındı. Elə ki, müxalifətdən biri Amerikanı tənqid etdi, onu ilk susduran QHT “baron”ları və partiya sədrləri olurdu.
Türkiyədə Ərdoğan, Azərbaycanda İlham Əliyev bu “qibləgah”ın külünü göyə sovurdu. Amerikanın ağzı bağlı, gözünü pul tutmuş “müridlər”i isə təmizləndi. Proses hələ də davam edir və bu bir müstəqillik məsələsidir.
Bundan sonra Azərbaycanın gələcəyini ABŞ-a bağlayan adam qarşınıza çıxdısa, eşidin, inanmayın. Ya ağzını pul tutmuşdur, ya da beynini duman. /avropa.info/

Комментариев нет:
Отправить комментарий