08.12.2014

İran azarı

Vüqar Məmmədov

1990- cı illərdə Azərbaycanın İranla sərhədləri açılanda çoxları xatırlayar ki, hər iki tərəfin insanları necə sevinirdilər, bircə onu Allah bilir. Hər iki tərəf bir-birinə qardaş deyirdi. Axır ki, arzumuz yerinə yetdi, axır ki, qanı bir canı bir qardaşlarımızla aramızdakı məftillər söküldü. Amma təəssüf ki bu sevinc çox sürmədi.
Əbülfəz Əliyevin keçirdiyi AXC iclaslarında Qarabag adlı torpaq kənarda qalmışdı, yalnız Güney-Quzey Azərbaycan deyərək iclası açar, Təbriz payataxtımız olacaq deyərək iclası baglayardı. "Türkün türkdən başqa dostu yoxdu"kimi parçalayıcı ifadələr o vaxtdan ortaya atıldı. Bu adamın bir dərdi var idi: İran dagılmalı, biz bir olmalıyıq. Beləliklə bu insan ö dövrdən başlayaraq İrana, sayca az olan farslara, onun müxtəlif etnik xalqlarına qarşı biz şimallılarda cox böyük nifrət yaratmağa çalışdı. Buna nə qədər nail oldu, başqa söhbətin mövzusudur.

Vaxtilə İsrail rəsmiləri belə etiraf etmişdilər ki, o dövr üçün İrana qarşı nifrət yaratmaq üçün Əbülfəz Əliyev bizim üçün "göydən düşmə" bir adam oldu.
1997-ci ilin noyabrında Əbüləfəz Əlieyev Bütöv Azərbaycan Birliyini (Güney və Quzey Azərbaycan) yaratdı və ona başçılığı öz üzərinə götürdü. Marqaret Tetçerin "Qafqazda ən böyük demokrat" adlandırdığı Ə.Elçibəy, həm də Türk Xalqları Assambleyasının fəxri sədri seçildi (1997).
Bu kimi təşkilatların yaranması, ideyaların yayılması yalnız Qərbə və İsrailə lazım idi. Bu təşkilatlara İsrail və Qərb milyonlarla pullar ayırırdı. Onlar İranla düşmənçilik edən istənilən quruma nə qədər desəniz maliyyə ayırmaga hazır idilər.
Reallıqlar göz önündədir. Bir çox insanlarımız islamı təhqir edən, dinc insanları bombalayan, cinsi azlıqları müdafiə edən, vəhhabi kimi təriqətləri tolerantlıq adı altında ölkəmizə dolduran ABŞ, İsrail, Avropa kimi ölkələr dura-dura dinc qonşumuz olan, islamı qoruyan, bizm 35 mln azərbaycanlımızı öz təhlükəsizlik çətiri altında toplasyan İrana nifrət edirlər. Hansı ki, həmin İran Qarabag müharibəsində olmazın silah və sursat yardımı etdi. Minlərlə könüllü Azərbaycana gəldi. H.Əliyev dəfərlərlə vurguladı ki, Naxçıvanın blokadada oldgu illərdə İran bizi agır durumdan qurtardı. Qaçqınlarımıza nə qədər yardım etdi.
Hazırda Azərbaycanın cənub bölkəsi bu dövlətin hesabına öz yaşayışlarını yaxşılaşdırır. İl ərzində minlərlə xəstəmiz gedib orada şəfa tapıb gəlir. İranın İslam dünyasına, ölkəmizə etdiyi yaxşılıqları və köməklikləri heç vaxt yaddan çıxarmamalıyıq.

Комментариев нет:

Отправить комментарий