24.12.2014

İran və Azərbaycan qardaşdır


Azərbaycan anamızdır,
İran bizim atamızdır,
İkisi də canımızdır,
Qəlbimdə var iki canan.
Yaşa, böyük ölkə İran,
Sənə qardaş Azərbaycan!

Dahi Firdovsinin yurdu
Şəhriyarımın göz nuru,
Hafizin, Sədinin ruhu,
Səninlə yaşayır hər an.
Yaşa, böyük ölkə İran,
Sənə qardaş Azərbaycan!

Çox qədimdir sənin yaşın,
Əyilməzdir uca başın,
Qanlıdır tarix yaddaşın
Bütün dünya sənə heyran.
Yaşa, böyük ölkə İran,
Sənə qardaş Azərbaycan!

Bir quşun iki qanadı,
Qəhrəmanların diyarı,
Türklərin, farsların yurdu,
Bir bədəndə var iki can. 
Yaşa, böyük ölkə İran 
Sənə qardaş Azərbaycan 

Sərdari milli Səttərxan,
Salari milli Bağırxan,
Uğrunda tökmüşdülər qan,
Onlardan dönmə heç zaman.
Yaşa böyük ölkə İran, 
Sənə qardaş Azərbaycan! 

Sənə vermişəm könlümü,
Ey dahi imam Xomeyni,
Olmuşam canbaz fədai,
Canım olsun sənə qurban.
Yaşa, böyük ölkə İran,
sənə qardaş Azərbaycan! 

Amerika çox çarəsiz,
Super güc qarşında aciz,
Sən bizim fəxarətimiz,
Başı ucasan Savalan.
Yaşa, böyük ölkə İran,
Sənə qardaş Azərbaycan! 

Yaşadıbdır şəriyyəti,
Bir islam cÜmhuriyyəti,
Müsəlmanların qeyrəti,
Konstitusiyası Quran.
Yaşa, böyük ölkə İran,
Sənə qardaş Azərbaycan! 

Bütün dünya bir bədəndir,
İran bədəndə ürəkdir,
Yer üzündə o təm təkdir,
Sən olmusan şöhrət və şan.
Yaşa, böyük ölkə İran,
Sənə qardaş Azərbaycan!

Nadir şah Əfşar mirası,
Dünyanın imperiyası,
Qədim nağıllar dünyası,
Sənsən macəra, həyəcan.
Yaşa, böyük ölkə İran,
Sənə qardaş Azərbaycan!

Dünyanın nəqşi, bəzəyi,
Ölkələrin ən gözəli,
İlqar ikinci vətəni
Bilir səni gözəl İran.
Yaşa, böyük ölkə İran, 
Sənə qardaş Azərbaycan!

Комментариев нет:

Отправить комментарий