26.12.2014

İsmin nə gözəldir...

Saməddin Sami

İsmin nə gözəldir, özün ondan da gözəl yar,
Layiqdi bu təriflərə hüsnün açıq-aşkar.

Aydan da, günəşdən də, mələkdən də gözəlsən,
Olmaz sənə aləmdə bərabər, sənə oxşar.

Zülfün qara məhbəs, düşən azad ola bilməz,
Eşqində əsir bəlkə də minlərlə adam var.

Mən düz demirəm bəlkə də, daxildə gözəlsən,
Zahirdə bu cür vəsf elədim mən səni dildar.

Ey yar, yetərək vəslinə mən kama çatardım,
Bir gün yalan uydurmasa əntərsifət əğyar.

Yaz xatirələr dəftərində sən bu qəzəlmi,
Bir vaxt məni xatırladar əlbət sənə əşar.

Bir gün məni səndən soruşan olsa deyərsən,
Yoxdur, daha dərdimdən ölübdür o sənətkar.

Arzumdu səni son dəfə görmək, ölürəm, yar,
Gəl şad elə bu Samini son nəfəsdə, nolar.

Комментариев нет:

Отправить комментарий