Hörmətli cənab Prezident! İcazə verin mən və rəhbərlik etdiyim Rusiya İctimai Təşkilatı “Talış diasporu” adından doğum gününüz, qarşıdan gələn 2015-ci il Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə sizə və sizin simanızda bütün Azərbaycan xalqına təbriklərlə müraciət edək!
Ad gününüzün Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi mühüm, əlamətdar bayramlar ərəfəsində qeyd olunması Ulu Tanrının bir töhvəsidir. Cənab prezident, bir daha sizi ad gününüz və qarşıdan gələn bu iki bayram münasibəti ilə bir təbrik edirik. Sizə uzun ömür və möhkəm can sağlığı arzu edirik!
Biz- Rusiya Federasiyasının vətəndaşları olan talışlar, öz tarixi Vətənimizə- inkişaf edən və çiçəklənən Azərbaycana məhəbbətimizi qəlblərimizdə qoruyub saxlayırıq. Biz heç vaxt sülh və əmin-amanlıqda yaşamağı vəsiyyət etmiş ulu babalarımızın xatirəsinə xilaf çıxmayacağıq. Biz qədim yurdumuzun ərazi bütövlüyünü həmişə qorumuşuq və bundan sonra da qoruyacağıq.
Mən əminəm ki, heç bir fitnə, xüsusən də düşmənlərimizin yalanı Azərbaycanda yaşayan azərbaycanlı, talış, ləzgi, eləcə də digər etnik qrup və xalqların möhkəm və əbədi ittifaqını qırmaq iqtidarında deyil. Yuxarıda qeyd olunduğu kimi Azərbaycan ərazisində yaşayan xalqların arasında qardaşlıq münasibətinin möhkəmlənməsində sizə böyük ümid bəsləyirik. Bu istiqamətdə millətlərarası əmin-amanlığın möhkəmlənməsi üçün hər zaman sizə kömək etməyə hazırıq.
Cənab prezident, yola saldığımız 2014-cü ildə bu iki ölkə- Azərbaycan və Rusiya möhkəm əməkdaşlıq və qarşılıqlı yardım münasibətində olmuşlar və bununla da bizə böyük sevinc və fəxarət bəxş etmişlər. Bu səbəbdən bizim ürəklərimiz birinci və ikinci Vətən arasında bölünməz olmuşdur. Ölkələrimizin və xalqlarımızın arasında gündən-günə möhkəmlənən dostluq münasibətləri tarixi ədalətin bərpasına səbəb olacaq və Azərbaycanın ərazi bütovlüyünün bərpasına yardım edəcək.
Cənab Prezident, bir daha sizi və sizin simanızda bütün Azərbaycan xalqını Yeni il münasibəti ilə təbrik edirik! Sizə sülh, əmin-amanlıq, Azərbaycan torpağında sabitlik arzu edirəm.
Yeni ilin mübarək, Azərbaycan!
Hörmətlə:
Rusiya Talış diasporasının prezidenti İsmayıl Şabanov

Комментариев нет:
Отправить комментарий