20.12.2014

Vüqar Məmmədov - Sözəbaxan islam modeli

Günümüzdə İslamın sürətlə yayılması və genişlənməsi əbəttə ki, islama düşmən mövqe tutan əksər Qərb ölkələri tərəfindən qəbul olunmamaqdır. Müxtəlif anti-islam yönümlü təbligatların aparılması, ateist ruhda kitab və jurnallların nəşr edilməsi Qərbin ən ümdə gələn vacıb layihələrindən biri olmuşdur. Ancaq yaxşı ki, bu cür təbligatlar heç də onların istədiyi kimi nəticəni verməmişdir.
Qərbin müxtəlif institutları islamı gözdən salmaq, ona müxtəlif qara ləkələr yapışdırmaq üçün müxtəlif layihələr yaradaraq, və bu layihələri müxtəlif islam ölkələrində hayata keçirərək məqsədə çatmaq üçün millyonlarla vəsait xərcləmişlər.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbəri açıq etiraf edirdi ki, bizim həyata keçirdiyimiz müxətlif idealoji layihələr İslam idealogiyasının yanında çox zəfdir. Biz Islamın qarşısında acizik.
Qərb instutlarının hazırladıgı layihələr öz bəhrəsini vermədikcə, sonda onlar bundan əl kəçərək, yeni bir islam modeli düşünüb hazırladılar.
Yeni modelin adı "Sözəbaxan İslam" adlanır.
Bu model nədən ibarətdir?
Bu modeldə Qərbin öz "hədisləri" əsas yer tutur.
İslam maariflənmə, tərəqqi, inkişaf, qadınlara qoyulan hörmət , islam qaydalarına uygun idarəçılik, halal və haram, faiz-kreditin qadağan olunması, dini kəbin kimi qaydaları cəmiyyətdə rəhbər tutdugu halda, "sözəbaxan islam" modelində isə müsəlmanın cahil və avamca yaşaması, heç bir elm və biliklərə sahib olmaması,müxtəlif iş və peşələrdə qadınları çalşması, halal və haramın unudulması, faizin-kreditin müxtəlif sahələrdə məcburən tətbiq edilməsi, cəzaverici orqanların qanun məcəlləsindən zina, pozgunçuluq, fahişəlik kimi bəndlərin çıxarılması və bunun sərbəst olması bu modelin tərkib hissələridir.
ABŞ və Avropa məktəblərinin artıq bir çoxunda uşaqlara "sex" dərsləri keçirilməyə başlamışdır. 5-6 yaşlarından uşaqlara gələcəkdə intim münasibətlərinin necə həyata kerilməsi, istimna kimi islamda qadagan olunan hallar müəllimləri tərəfindən öyrədilməyə başlamışdır. Qərbə inteqrasiya adı altında, Qərbin bu mənfi dəyərlərini qəbul etməklə Avropa Birliyinə daxil olmaq mümkündür.
Qərbə nisbətdə Şərqdə ailə modeli daha möhkəm və daha dürüstdür. Bu daha çox islam üzərində qurulmuş bir modeldir.
Əsas məqsəd bu şərq ailə modelini müxtəlif yollarla dagıtmaq, əvəzində boşanmların sayını artırmaq, ailə üzvlərinin bir-birlərinə xəyanət etməsi, bir-birlərinin yanında etibardan düşməsi, xəstə və anormal uşaqların sayının artması, uşaqların hüquqları adı ilə uşaqların "sərbəst" böyüməsinə şərait yaradaraq gələcəkdə onların əxlaqsızlıq və narkomaniyaya cəlb edilməsi məqsədlərin tərkib hissədir.
Bu gün Əfqanıstan və Pakistan bölgələrində Qərb tərəfindən yaradılmış Taliban kimi təşkilatlar insanların maariflənməməsinə, qadınların küçəyə çıxmamasına, dərs tədris etməməsinə və müxtəlif eybəcər qayda və qanunların tətbiq edilməsinə çalışır ki, bunun da İslama heç bir aidiyyatı yoxdur.
Müsəlman yalnz onların qoyduqları qaydalarla və "hədis"lərlə yaşamalıdır. Müsəlman namazını, orucunu, zəkatını onların istədiyi kimi həyata keçirməlidir. Heç nə ilə maraqlanmamalı, dünyanın gedişatına baş qoşmamalı, səbr etməli, olana şükür deyərək ömrünü sona yetirməldir.
Onların  banklarının verdikləri aşağı faizlə Həccə getməli, kredit kartı ilə alış-veriş etməlidir. Kredit kartı ilə qurbanlıq qoyun almalı və onu paylamalı və bu "xeyirxah əməl"ini onların KİV-ləri vasitəsi ilə işıqlandırmalıdr.
Cəmiyyət- yeni böyüyən nəsil artıq bu istiqamətdə formalaşmağa başlayır. Eynən onlar deyən kimi.
Bu gün müxtəlif KİV-lər onarın layihələrini həyata keçirir. Gün ərzində baxdığımız verilişlər, seriallar və multfilmlər bizə adi görünsə də, xüsusi insittutlarda min cür "zəhmətə" hazırlanmış bəhrənin nətəcəsidir.
İndi isə sizə daha ətraflı formada ABŞ və Avropada son illərdə fəaliyyətə başlamış yeni "İslam icmalar"ından biri haqqında danışmaq istəyirəm.
2013-ci noyabrın 30-da Paris yaxınlığında Avropanın ilk "gay friendly", yəni Homoseksual və LGBT (lezbiyan-gay-biseksual-transseksual)- üzdən iraqlar icması qurulmuş, Fransa  hökümətinin müfaviq qurumları tərəfindən qeydiyyata alınaraq, hökümətin dəstəyi ilə öz məscidlərini açmışlar. 
Bu, Avropada geylər üçün ilk məsciddir.
Məscidi yaradan Ludovic-Mohamed Zaheddir.
Özü müsəlman və gey olan Zahed deyir ki, bura qeyri-ənənəvi seksual orientasiyalı bütün qadın və kişilər, transseksuallar gələ bilər.
Bu kiçik məscid rəsmi olaraq Fransada ilk gey və feminist məscidi olacaq.
Fransa müsəlmanlarının liderləri bu layihənin əleyhinədirlər. Layihənin gerçəkləşməsi isə buddist kahinin sayəsində olub.
Həmin buddist kahinin özü homoseksualdır və geylərin haqları uğrunda mübarizə aparır.
Dərnəklərini "xoşgörüşlü, dünyəvi, qadın və LGBT haqları tezisçisi" olaraq təyin edən Zahed, "İslahat olması və hər kəsi qucaqlayan bir İslamın yaradılması" tərəfdarı olduqlarını diqqətə çəkir.
Əlcəzair əsilli fransalı,  35 yaşlı Zahed birinci namaza 25 müsəlmanın gələcəyini bildirmişdi. Ancaq düşünür ki, vaxt keçdikcə gələn çox olacaq. Onun 6 ay əvvəl yaratdığı “Fransanın homoseksual müsəlmanları” assosiasiyasında da əvvəlcə cəmi 6 adam var idi, indi onların sayı 325-dir.
Bu təşkilatın 3 üzvü neçə vaxtdır ki, yeni məsciddə imam olmaq üçün təlim keçir. Qadın və kişilərin birlikdə ibadət edəcəyi məsciddə, qadınlar imam ola biləcək və istəyərlərsə namaz əsnasında başlarını örtməyə biləcəklər.
Fransa müsəlmanlarının ənənəvi imamları bu yeni layihəni İslama zidd hesab etmişdir. Parisdəki Böyük Məscidin rektoru Dalil Boubakeur deyir: “Bu, müsəlman icmasından kənar olan məsələdir. Bu “məscid” o biri məscidlər sırasına daxil ola bilməz, çünki dinin inkar etdiyi prinsiplər üzərində qurulub. İslamda homoseksualıq yoxdur və açılan ibadətxana məscid olaraq tanına bilməz".
Fransa İslam Şurası da homoseksual Müsəlmanların "varlığını" qəbul etməklə birlikdə, "onlar üçün xüsusi bir məscid" fikirini axmaqlıq olaraq təyin etdi.
Arayış üçün deyək ki, belə məscidlər Cənubi Afrikada, ABŞ-da, Kanadada artıq mövcuddur. Ancaq Avropada ilk dəfədir ki, yaradılır. ABŞ bu sahədə əldən-ayaqdan gedir. ABŞ-da təsis olunmuş “Müsəlmanlar Tərəqqipərvər Dəyərlər uğrunda” adlı təşkilat Şimali Amerikada 6 belə məscid yaradıb. Bu təşkilatın artıq 2000-ə yaxın  üzvü var
Beləliklə bu cür məscidlərin sayı günü-gündən artacaqdır. Neçə illər sonra belə məscidlər İslam ölkələrində tolerantliq, demokrtaiya və Avropaya inteqrasiya adı ilə yayılacaqdır.
15-20 il öncələrdə hansısa bir gey (homoseksual) öz cinsi oriyentasını ifadə edə bilmir, cəmiyyət tərəfindən təhqir və qadağalarla üzləşirdi. Artıq bu ünsürlər hətta bəzi islam ölkələrində sərbəstcə öz təşkilatlarını yaradır, şəhərin mərkəzində öz LGBT bayraqlarını qaldıraraq, sıralarına daha çox insanı cəlb etməyə çalışırlar. ABŞ və İsrail səfirlikləri bu işə sərmayə buraxırlar, dəstək olurlar. Bu gün cəmiyyət artıq bu  insanları adi birisi kimi qəbul edir, hətta müdafiə edənlər var. Demək, bir müddət sonra bunlara, Amerika və Avropadakı kimi "ibadət və namazlarını" yerinə yetirmək üçün xüsusi "gey-homoseksual" məscidləri lazım olacaq.

Комментариев нет:

Отправить комментарий