Niyə vicdanıma qul olmuşam mən?
Nə andan incikəm, nə də ki yaşdan.
Daha vaz keçirəm qanlı savaşdan,
Hələ bu dünyaya doğulmamışdan.
Qədərin odunda kül olmuşam mən,
Halaldan dəyəri çoxmuş haramın.
Üstü köz bağlamır köhnə yaramın,
Rəngi nur kimidir günahlarımın,
Bir qızın gözündə sel olmuşam mən.
Saflığa, düzlüyə gətirdim pənah,
Taleyim cəzadır, taleyim günah.
Mələktək yaşamaq çətindir, Allah,
Niyə vicdanıma qul olmuşam mən?
Комментариев нет:
Отправить комментарий