05.12.2014

TÜRKİYƏ-RUSİYA YAXINLAŞMASI NƏ DEMƏKDİ?

Dağlı Həsən

Bu gün Avropanı və eyni zamanda başqa ölkələri şok vəziyyətinə salan Rusiya və Türkiyə münasibətlərinin yüksək həddə çatması və onların aralarında olan bütün maneələrin götürülməsidir. Rus və türk, eyniynən Qərb analitiklərinin sözlərinə görə bu yaxınlaşma və əməkdaşlıq Lenin və Atatürk arasında bağlanmış müqavilələri xatırladır.
Bolqarıstanın qəz kəmərinə yox deməsi, demək olar ki, dünyanın geosiyasi vəziyyətini Türkiyənin xeyrinə dəyişdi və Rusiyanın ona təklif etdiyi qaz kəməri qəbul etməklə regionda iqtisadi təsir rıçaqları əlində dövlətə çevirdi.
Əvvəla qaz kəmərinin Türkiyədən keçməsi nə deməkdir?
1. Türkiyə Rusiya, Qazaxıstan, Türkmənistan, İran qazının tranzit ölkəsinə çevrilir.
2. Türkiyə və Rusiya oxu yaradılır.
3. Türkiyə Avropa ölkələrinə təsir edici qüvvəyə malık olur.
4. Yunan-türk qarşıdurması aradan götürülür. Kipr məsələsinin həlli iqtisadi müstəviyə keçirilir. əlbəttə ki, budan hər iki xalq olur.
5. Türkiyənin Azərbaycandan qaz asılılığı aradan götürülür, bunun nəticəsində Azərbaycanın əlində Türkiyəyə təzyiq vasitəsi qalmır.
6. Türkiyənin Qafqaz region ölkələrinə təsiri artır, Ermənistanla sərhədini açır və s. Bununla belə Qarabağ məsələsinin həllində qarant rolunu oynayır.
Bütün bu hadisələr fonunda, əlbəttə ki, Azərbaycan öz geosiyasi mövqeyini itirmək təhlükəsi qarşısında qalır, çünki Türkiyə əgər əvvəllər Azərbaycanda Qərbin təmsilçisi rolunu oynayırdısa və Qərbin maraqlarından çıxış edirdisə, indi Türkiyə-Rusiya marağından çıxış edəcək. Dərinə getsək, görərik ki, Türkiyə-Rusiya yanaşması regionun bütün geosiyasi xəritəsini dəyişir və qüvvələr nisbəti Rusiyanın xeyrinə artırır.
Türkiyə-Rusiya münasibətlərinin belə yüksək həddə çatmasının səbəblərini başa düşmək üçün bu münasibətlərin əsasını qoyan Atatürkün dediklərini təhlil etmək bəs edir. Bəlkə elə ona görədir ki, Rusiyanın Prezidenti V. Putin ilk növbə Atatürkün məzarını ziyarət etdi. Nəzərə alsaq ki, siyasətdə təsadüflük yoxdur, bu aksiyanın mahiyyətini o saat başa düşmək olar.
Türkiyə-Rusiya münasibətlərin belə səpkidə inkişaf edəcəyi fərziyyəni hələ 1991-ci ilin axırlarında Türkiyəyə rəsmi səfər edən Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov demişdi. Onun fikirlərinə görə Türkiyə-Rusiya yaxınlaşması hələ o dövrdə Atatürk-Lenin sazişi əsasında mümkün idi və bu Türkiyənin bütün problemlərini həll edirdi və Azərbaycanın nelə vəziyyətdə MDB düşərgəsində olması daha məqsədə uyğun sayırdı, çünki Türkiyə istənilən vaxt bu yaxınlığa gedə bilər və hər şey 1920-ci ildə olduğu kimi qurtara bilərdi. Əgər tariximizi diqqətlə öyrənsək, görərik ki, Bakıya gələn 11-ci ordunun başında Atatürkün generalı Xəlil paşa durmuşdu. Atatürkün Azərbaycanla bağlı Milli Məclisdə çıxışı buna dəlildir. Onda Türkiyənin lideri demişdi ki, Türkiyə öz dövlətçilik maraqlarından çıxış edib, Azərbaycanın Rusiyanın tərkibində qalması qərarını vermişdir. Nəzərə alsaq ki, tarixin qanunlarından biri, onun təkrar olunmasıdır, bu balaca məsələ deyil.
Bununla əlaqədar Azərbaycan respublikasının qarşısında çox ciddi məsələlər durur ki, bunun həllindən Azərbaycanın gələcək taleyi asılıdır, daha doğrusunu desək, iqtisadi və indiyə qədər apardığı tarazlaşdırılmış siyasi kursunun.
Türkiyə-Rusiya qaz sazişi Azərbaycanla bağlı Qərbin qaz layihələrini. eyni zamanda TANAP-ı, sual altında qoymuşdur. Rusiya-Türkiyə qaz kəmərinin işləməsi Rusiyaya alternativ olan qaz kəmərlərinin həyata keçirilməsinin qarşısına alır və Rusiyanı qaz vasitəsi ilə təzyiqini artırır və Qərbin onun diktəsi ilə hərəkət edəcəyinə zəmin yaradır.
Bundan əlavə qaz kəmərlərinin marşrutunu dəyişir. Məsələn İran-Türkmənistan, Qazaxıstan –Rusiya - Türkiyə -Qərb. Əgər əvvəllər qaz kəməri Türkmənistan, Qazaxıstan Ukrayna- Qərb marşrutu ilə işləyirdisə, indi Ukraynanın-Qərb xəttinin kənarda qalacağı göz qabağındadır. Belə halda Azərbaycan istəsə də, istəməsə də, qazın realizəsi yeni meydana gələcək marşrutla həyata kedəcəkdir. Deməli, Türkiyə-Rusiya yaxınlaşması Azərbaycanın qazının da yeni marşrutla gedəcəyinə alternativ heç nə yoxdur. Azərbaycanın Rusiya ilə yaxınlaşmasından başqa başqa yolu yoxdur. Bu reallıqdır. Prezident administrasiyasının rəhbəri R.Mehdiyevin Qərbi tənqid etməsini də bununla əlaqələndirmək olar, çünki yeni meydana gəlmiş geosiyasi reallıqda Azərbaycanın bir yolu vardır: Avrasiya Birliyi.

Комментариев нет:

Отправить комментарий