25.12.2014

Dədəkişi Solğun - Süngü sözlər

MOLLA DAYI

Düşüb arxamca mənim bir neçə göz Molla  dayı,
Yazırsan yaz, məzə ünvanıma söz Molla dayı,

Necə mən ərz eləyim bizdə kef əhval “xoroşo?”
Qutarmır  Molla dayı İcra binasındakı “ŞO”,
Çəkilir kim binadan  girsə ona əlli  qaşo,
Tutur dərhal bədəni ağrı, acı, həmdə peşo,
Düşüb arxamca mənim bir neçə göz Molla dayı!
Yazırsan yaz məzə ünvanıma söz  Molla dayı!

Sanıram İcrabaşın dörd tərəfi mafiyadır,
Girmək olmur qəbula sanki bina  daş, qayadır,
Verməyir  birkəsə  imkan,  biri var hərcayıdır.
O da  keçmişdə qalan  balqabağın bir tayıdır,
Sən görən mollaların burda azalıbdı sayı,
Yazırsan yaz təzə ünvanıma söz Molla dayı!


Bundan əvvəl burada hürriyyət meydanda idi,
Mədəniyyət, mərifət, Molla o əyyamda idi.
Şairə şeir  ilə xal eyləyən Şirvanda  idi,
O zaman Həməşərəmiz dəryada tufanda idi,
İsmayıllı, Nuxa, Şirvan  bizə satdı qalayı,
Yazırsan  yaz  təzə ünvanıma söz  Molla dayı!

Deyilik naşi bu  işdə  agarıbdır  başımız,
Cəmi, qurbanda bizim qaynıyar ilk bozbaşımız,
Evdə düz on nəfərik yoxdu bir yerdən maşımız,
Şairəm, zülmə əyilməm, selə dönsə yaşımız
Gündə yüz təzyiq  olur şənimə gerçək, dolayı
Yazırsan yaz təzə ünvanıma söz, Molla dayı

Böylə bir səpkidə yazmaqda həcv, şərən həram,
Düşdü  fürsət əlimə yazmaqa söz gəldi məqam,
Söz mənimdir Sabira, ey özü pir şeri-giram ,
Düşmüş hörmətdən  bu gün,  şahlar  şahı  söz, vəssalam!
İndi gəl, bir belə töhmətlərə döz, Molla dayı!
Yazırsan yaz təzə ünvanıma söz, Molla dayı!

QƏLƏMİMDƏN

Bilməm niyə söz yazmayıram  mən öz elimdən?!
Yazdıqca dönür süngüyə sözlər qələmimdən!

Əlbəttə  yatıbsız, oyanın, ey vətən  əhli,
Olmuşdu bu gün xislətiniz aləmə bəlli,
Qalxdıqca zülm, zülmətə səs verdiz onəlli,
Ey  vah, tapamam bir kişi əfsus düzəməlli,
Bilməm niyə söz yazmayıram mən öz elimdən?!
Yazdıqca dönür süngüyə sözlər, qələmimdən!

Hər bir şeyimiz var, yoxumuzdur  güzaranlıq,
Çox yerdə kinayə,  bütün  illər ramazanlıq,
Bu  ölkədə rüşvət verib  almaq tam  azadlıq,  
Vallah yazıram  düz, sayılır  mərdüməzarlıq,
Mən, dişləri sıxdım  yenə söz çıxdı dilimdən!
Yazdıqca dönür süngüyə sözlər, qələmimdən!

Ey vay, bu hal ilə belə  millət, kimə neylər?
İsmətmidi, namusmudu, bu gözdəki nəmlər?
Yox-yox, bizi salmış bu hala köhnəpərəslər,
Zindan, qara nəşə, peşəkar qırmızı üzlər,
Getmir izi zərbin bu gün , donqur kürəyimdən!
Yazdıqca dönür süngüyə sözlər,qələmimdən!

Bir xadimə olmaq, iki mindir, çata haqqa,
Tənzimləyir bu  işləri ancaq yekə saqqa,
Əskik ola  puldan, düşəcək taqqataraqqa,
Onda düşər hər yerdə işə, qanlı  falaqqa,
Bay-vay, nə yazılmış bizə istək fələyimdən!
Yazdıqca dönür süngüyə sözlər, qələmimdən!

FİL QULAĞINDA

Erkək dişi qaldıq yenə əblah qucağında,
Yatmaqda bu millət hələdə fil qulaında.

Haqdan savayı hər nəki sorsaq bu diyarda,
Astanmada qaldıq təzədən tüklü xiyarda,
Kökləndi qağa köhnə hava  çarpazı  tarda,
Xərclənmədədir sərvətimiz əcnəbi barda,
Erkək dişi qaldıq yenə əblah qucağında,
Yatmaqda bu  millət hələdə fil qulağında!

Qorxuyla hədə hər saat hər an qapımızda,
Böhtan, qara nəşə, tapılır sandığımızda,
Girov alınır bığlarımız, saqqalımızda,
Sonda talanır hərnəki  bar ünvanımızda,
Azadikən, hərrac oluruz qan çanağında,
Yatmaqda bu millət hələdə fil qulağında!

Təxt-tacımız min hiylədə, zorlanmada  ey vah....
Cahili- nadan ölkədə  fırlanmada, ey  vah....
Min-min  gəlinin namusu  korlanmada, ey  vah.....
Qorxuyla bu gün millətim  saxlanmada, ey vah....
Aclıq  və  səfalət  Bakının  çılçırağında,
Yatmaqda  bu millət hələdə, fil qulağında!

Bu ölkədə qanunlarımız şəxsidi  qardaş,
Məhkumdu bu gün  ölkədə  doqquz miliyon baş,
Hər xəznə  bölünmüş sahibi əjdaha on  baş,
Mincür gedir  alver, əsas alver qara  xaş-xaş,
Bu həngamalar, dövr edir məmur otagında,
Yatmaqda bu millət hələdə, fil qulagında!

VƏTƏNDAŞ HƏMRƏYLİYİNƏ

Millətin hörməti var Vətəndaş Həmrəyliyinə,
Çünkü o xidmət edir Türk soyunun birliyinə,

Türk soyum harda yaşarsa  bu şüar orda yaşar,
Dəryada, dəryanı  ancaq dəli tufan dolaşar,
Belə bir qüvvəni gördükcə xainlər  alışar,
Ged-gedə Türk  ayılar, arzu, fikirlər qovuşar,
Millətin  hörməti var Vətəndaş Həmrəyliyinə,
Çünki O, xidmət edir Türk soyunun birliyinə,

Onu toplum eləyən insana alqış əbədi,
Çünki bu zəhmətimiz Türk soyunun  birliyidi
Bizi  bizdən ayıran fitnə, fəsad, kafir idi,
Onu gücdən  salan  qüvvə  Vətəndaş Həmrəyidi,
Bu  işi bizdən uzaq partiyada  görməlidi
Türk soyun  hörməti var  Vətəndaş  Həmrəyliyinə!
Çünki O xidmət  edir Türk soyunun birliyinə!

MİLLƏTİMİN QEYRƏTİNƏ

Düşmüşük ölkədə biz hürriyyətin zülmətinə!
Heyranam mən yenədə, millətimin  qeyrətinə!

Yaşamaq, hər insana , özlüyündə bir  hürrüyyət,
Səhrada,  eşşəklə aslan baglayarmı ünsiyət?!
Sanma ki, diplomlusan yoxsul,  sənə olmaz əvət,
Səndə uç Məsih kimi, sanma,  olursan  hidayyət,
Düşmüşük ölkədə  biz hürrüyətin zülmətinə!
Heyranam mən  yenədə,  millətimin qeyrətinə!

İyirmi ildə cəmi  bir uçağı  zərbələdik,
Həmən  anda  vətənin sirrini aşkar elədik,
Fəqət  “xob”, biz böyük  bir  İnperyanı  silkələdik ,
Həmd  olsun  Allaha ki, düşməndən  açdıq  bir deşik,
Əhsən olsun  bu  kasıb millətimin curətinə!
Qurbanam mən yenədə,  xalqımızın qeyrətinə
Tüpürək, milləti soymuş Məmurun  surətinə!

Siz bu gün  soygunçular,  millətdəki qeyrətə bax,
Qəhramandır bax bu gün siz saydığız  o balqabax,
Hərcəndki, biz olmasaq,  siz  çoxdanidiz  cərcanax,
Qalmazdi sizlərdə heç,  sər-sər  burun,  şəp-şəp  qulax,
Salmısız  bizləri  siz  məmurların zillətinə!
Heyranam mən yenədə,  millətimin  qeyrətinə!

Hopbala

Peyda olub a Nazir, Сəllabadda bir  bəla,
İsmi Ramiz, qaişnik, kliçkası Hopbala.

Salam olsun çox əziz çox hörmətli Nazirə,
Həqiqətdə qorxuruq, biz  gedəndə bir yerə,
O günləri gedirdik cibimizdə  yüz lirə,
Onu da  Ramiz aldı, borclu qaldıq bərbərə,
Peyda olub a Nazir, Cəllabadda bir  bəla,
İsmi Ramiz, qaişnik, kliçkası Hopbala.

İşləri çox xod gedir Cəllabad  trasında,
Durub QAİ rəisi bu şəxsin arxasında,
Həqiqətin yaşları, gözlərin qarasında,
Soyhasoydu aşkara, dörd yolun ortasında,
Onun yeri a Nazir, ancaq  çaladır, çala,
Camışlarla oynaya , hopbala ay  Hopbala.

Davranışda çox kopud  atasının  yaşında,
Kişiyə söyünc verir, mikrofonlu maşında,
Məgər bir kişi yoxmu, bu  peşənin başında?
Millətə sahib dura, bu  haqqın  savaşında,
Peyda olub a Nazir, Cəllabadda  bir  bəla ,
İsmi Ramiz, qaişnik, kliçkası Hopbala!

AMMA NƏ Kİ

Hərə bir mətbuata sahib olub, amma  nə ki,
Deyəcəm  inciyəcək , torba  dolub?  amma nə ki,

Yazılanlar yazılıb, sən  nə yazarsan qəzetə?!
İndi  mütrüf çoxalıb hər şeyi  çəkmir  sujetə
Çoxları  əlli  dəfə səmti çevirdib   baletə,
Gedərlər  paçka  sabunla   çözümə,  Baksovetə,
Baxarsan  üzlərinə,  cöhrə solub,  amma nə  ki,
Deyəcəm  inciyəcək,   torba dolub?!  amma  nə  ki,

“Podxəlim”-gördükdə mən  onlara artar  nifrətim,
Böylə bir ünsürlərə aləmdə olmaz  rəğbətim,
Hər münafiq şairlə tutmaz mənim bir söhbətim,
Ta  məni onlardan  aslı  etsədə,  hər  qismətim ,
Hərə bir  mətbuata  sahib olub, amma nə ki,
Deyəcəm inciyəcək torba dolub?!  amma nə ki,

Yüzə doxsan faizi ölkədə tərif şairi,
Xalqın yox, zülmün  tərafdarı olarlar hər biri,
Onların, boynunda var hakim-zaman  möhürləri,
Özləri xalq  şairi, xalqdan ayrı niyyətləri
Böylə bir şairlərdən həqq  sorulub, amma nə ki,
Deyəcəm inciyəcək torba dolub?! Amma nə ki...

Комментариев нет:

Отправить комментарий