Ramin Bayramov
Bu günlərdə mediada İŞİD terrorçularının naşid (red: sinxron insan səslərindən ibarət mahnı) – cihada təşviq edən mahnılar oxuması ilə bağlı xəbərlər yayımlandı. Bu videodakı sol tərəfdən üçüncü şəxs - əvvəllər məhkum olmuş, Çeçenistanda təlimlər görmüş Tərlan (dəqiqləşdirilməmiş versiyaya görə soyadı Məmmədov) diqqətimi çəkdi. Əslində dostlardan biri bu şəxsin Tərlan olduğunu mənə bildirdilər. Mikrorayonda elə də yaxından tanışlığımız olmasa da, dəfələrlə üz-üzə gələrdik...
Hazırda həbs həyatı yaşayan Abgül Süleymanovun bu İŞİD-ə qoşulan Tərlanla dəfələrlə dini söhbət etdiyini də eşitmişdim. Əvvəllər Abgül Süleymanovun təsirilə içki və günahlardan çəkindiyini də ailəsi məhkəmədə bildirmişdi. İlk dəfə həbs olunarkən Tərlanın anası məhkəmədə təxminən bu cümlələri demişdi: “Məhəllədə yaşayan Abgül ona təbliğ edəndə ağlı başında idi. Vətəni sevməkdən, ana-ataya yaxşılıqdan danışardı. Pis əməllərdən uzaqlaşmışdı. Lakin sonradan “uzun saqqallılar”ın təsirinə düşəndən sonra robot kimi oldu. Hər kəsə qarşı aqressiv davranırdı. Bunun sonunun necə olacağından qorxurdum...”
Bəli, analar daima övladlarının aqibətlərinin necə olacağından qorxublar. Lakin biz bu qorxuya qarşı hazırda heç bir addım ata bilmədiyimizin bir daha şahidi olduq. Aramızdakı bir şəxsin göz görə-görə terrorçulardan biri olmağına mane ola bilmədik. Bir nəfərin insanları diri-diri yandıran, məscidləri partladan, dünyanın ən vəhşi bir qruplaşmasına necə qoşulduğunun və o canilərdən biri olduğunu gözlərimizlə gördük. Axı bu tərlanlar bir vaxtlar düzgün təbliğat nəticəsində vətənin layiqli övladları ola bilərdilər...
Vəhhabiliyin təbliğatının inkişaf etdiyi bir dövr idi. Onlara “gözün üstündə qaşın var” deyən də yox idi. Şişirtmələri kənara qoysaq, məscidlərdə minlərlə vəhhabinin cəm olaraq namaz qıldığının şahidi olardıq. Müqəddiməsini bu məsciddən başlayan tərlanlar sonradan daha radikal “müəllimlər”in yanına ötürülürdü... Lakin ənənəvi islamı təbliğ edən kiçik bir mədrəsəyə təhlükə göstərilirdi. Məsələn, Abgül Süleymanov mikrorayonda bir nəfərin boş obyektində yeniyetmə və uşaqlar üçün Quran tədrisinə başladı. O zaman həmin rayonun sahə müvəkkili Abgül Süleymanovu öz məntəqəsinə dəvət edərək, Quran kursunu bağlamasını tələb etmişdi. Düzdür, Abgül Süleymanov o zaman bu polis zabitinə “Biz Quran öyrədirik. Başqa bir şey etmirik. Biz uşaqlara deyə bilmərik ki, daha Quran dərsi keçmirik”,- deyərək etiraz etmişdi. Lakin polis sahə müvəkkili o obyektin sahibini təhdid etdiyinə görə, Quran tədrisi bu məhəllədə dayandırıldı. Hər bir vəchlə bu məhəllədə ənənəvi İslam – Əhli-beyt və Quran yolunun təbliğatının qarşısı alınırdı. O dövrün məsul şəxsləri hətta dəmir vaqon - Huseyniyyəni də məhəllə camaatına çox gördülər. Əhli-beyt təbliğatının qarşısı alınan yerdə, tərlan kimilər vəhhabiliyə meyl edərlər. Vəhhabiliyin sonu isə ya “Əl-Qaidə” və ya İŞİD terrorçularına qoşulmaq olar.
Bu haqda uzun məqalələr yazmaq olar. Böyük alimlər müxtəlif söhbətlər ediblər. Lakin bunların xülasəsi olaraq onu deyə bilərəm ki, istər xəvariclik olsun, istər nasibilik olsun, vəhhabiliyin heç bir qolunun təbliğatına ölkəmizdə yer verə bilmərik. Terror və başkəsməyə dəvət edənlərə tolerant ola bilmərik. Bir neçə gün öncə Ankarada terror aktı onlarla insanın həyatına son qoydu. Bu hadisə məhz bu terror qruplaşmasının cinayəti nəticəsində baş verdi. Böyük ehtimalla Ankaradakı son terror da məhz bir zamanlar Türkiyədə fəaliyyətlərinə məhdudiyyət qoyulmayan İŞİD terrorçuları tərəfindən törədilib... Odur ki, vəhhabilik məsələsi ciddiyə alınmalı və xaricdə olan bütün sələfilər siyahıya alınmalıdır. Hətta üzünü qırxan, vəhhabilik təbliğ edən və qardaş Türkiyəyə səfər edənlər haqqında da ciddi araşdırmalara ehtiyacın olduğunu düşünürəm. Çünki, hazırda qardaş Türkiyədə İŞİD-ə qırmızı işıq yandırılmasına baxmayaraq, “Əl-Qaidə”nin digər qolları olan “Əhraruş-Şam”, “Nusra Cəbhəsi” və digərlərini təbliğ edən vəhhabi təşkilat və media mərkəzlərinə yaşıl işıq yandırılıb və onlar çox rahat fəaliyyət göstərirlər. Bunların Azərbaycandakılara dəstək verməsi, sıx əlaqədə olması ehtimallarını yoxlamaq, Azərbaycanda fəaliyyət göstərən “Əl-Qaidə”yə bağlı təşkilat, restoranlar, KİV və çox pullu şəxslərin barəsində araşdırma isə başqa mövzu olduğundan bu məsələlərə girmirik. Lakin son olaraq bir neçə sualı hər birimizə ünvanlamağı özümə borc bilirəm; axı loyal adladırdığımız vəhhabilərin sabah İŞİD və ya “Əl-Qaidə”yə qoşulmayacağına kim təminat verə bilər? Axı bu yazımdan əvvəl toxunduğum Bakı restoranlarındakı “Əl-Qaidə” və ya İŞİD tərəfdarlarının rahat nəfəs alması bizim təhlükəsizliyimizə zərbə deyilmi? Bu şəxsləri hansısa dost saydığımız ölkə dəstəkləyirsə, biz bunların fəaliyyətinə gözmü yummalıyıq? Əlbəttə ki, çıxış yolu ənənəvi islamı təbliğ etmək, qeyri-ənənəvi məzhəb və dinlərin fəaliyyətinə məhdudiyyətlər qoymaqdır. Xüsusilə terrora meyli olan şəxslərin daima nəzarətdə saxlanılması da məqsədə uyğun olardı.
Yazımın sonunda Ankaradakı terror zamanı həyatını dəyişən bütün insanlara Allahdan rəhmət diləyir, onların ailələrinə və qardaş Türk millətinə başsağlığı verirəm. Allah rəhmət etsin!
islamazeri.az

Комментариев нет:
Отправить комментарий