24.10.2015

Sorosun öldürə bilmədiyi inam

Etiraf edirəm ki, dünənə qədər narahat idim, ölkəmizin yaxın zamanlarda İraq, Suriya və Əfqanıstanın vəziyyətinə düşə biləcəyindən qorxurdum. İŞİD və vəhhabilərin təhlükəsindən narahat idim. Ancaq, dünəndən indiyə qədər yollarda, məscidlərdə, ziyarətgahlarda gördüklərimdən sonra bütün narahatlığım getdi. İndi çox rahat və arxayınam.
Gecə ilə insanların ziyarətgahlara piyada getməsi, yollarda ziyarətə gedənlərə müxtəlif xidmətlərin göstərilməsi və izdihamlı yürüşlər qürur hissi doğururdu. 
Qeyri-rəsmi olsa da insanlar tətil edir, dükanlarını bağlayır, evlərin və dükanların qarşısında insanlara xidmət edirlər. Bəziləri ziyarətə gedənlərin qarşısını kəsib ehsana dəvət edir, ən azından bir stəkan çay içmələrini xahiş edirlər... 
Müşahidələrimə əsasən deyirəm ki bu hallar ildən ilə çoxalmaqda, hər il izdiham daha artmaqdadır.
Baxmayaraq ki vəhhabi-sələfilər, bəzi ateist məmurlar gecə-gündüz çalışırlar bu dəyərlərin və ənənənin qarşısını alsınlar, ancaq tamamilə əksini görürlər. 
Xalqımızın Peyğəmbər(s) və Əhli-beytinə, Hüseynə (əs) olan məhəbbəti və ehtiramı günü-gündən artmaqdadı. Daha əvvəlki kimi deyil erməni dığası qarşısında yenilək. Artıq gənc nəsil vətənpərvər ruhda böyüməkdədir. Minlərlə seyyid Mubarizlərimiz vardır. Alimlərimizin bərəkətindən insanlarımız maariflənir, daha əvvəlki kimi vəhhabilərin təbliğatına və puluna görə əqidəsin dəyişənlər də azalıb.
Allah ölkəmizin, xalqımızın izzət və şərəfini daha artıq etsin. İçimizdə olan xain əlləri kəssin, ölkədə süni şəkildə bahaçılıq, inhisarçılıq yaradan xainləri məhv etsin. Allah məmurlara insaf versin, biraz da xalq üçün çalışsınlar!

Oktay Quliyev

Комментариев нет:

Отправить комментарий