Rusiyanın NATO-dakı daimi nümayəndəsi Aleksandr Qruşko Türkiyədə NATO-ya məxsus Patriot raket sistemlərinin vəziyyətini təqib edəcəklərini açıqlayıb. Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Qruşko bu açıqlamanı Rusiya Today-in təşkil etdiyi Moskva-Brüssel video konfransı vasitəsilə edib. "Türkiyədə ABŞ, İspaniya və Almaniyanın Patriot sistemləri var. NATO-dan verilən bəyanatda missiyanın səlahiyyət müddəti ilə bağlı əlavə danışıqlar aparılacağı qeyd olunub. Alyansın Türkiyədəki Patriotlarla bağlı nə qərar verəcəyini müşahidə edəcəyik", - deyə o bildirib. ABŞ isə əvvəllər açıqladığı proqrama uyğun olaraq Qaziantepə cəlb etdiyi Patriot Havadan Müdafiə Sistemini sökərək daşımağa başlayıb. Raket qurğuları və hərbi maşınlar artıq ABŞ-a göndərilmək üçün Hatay vilayətinin İsgəndərin limanına gətirilib. Patriotların gəmiylə ABŞ-a göndəriləcəyi qeyd olunsa da, bunun nə vaxt başa çatacağı barədə məlumat verilməyib.
Комментариев нет:
Отправить комментарий