21.10.2015

Müxbir canlı yayımda İsrail əsgərinin atəşi nəticəsində yaralandı

Əl-Məyadin telekanalının verdiyi xəbərə görə, İordaniyanın “Röya” telekanalının müxbiri Nibal Farsax Fələstində İsrail polisi ilə baş verən qarşıdurmanı əks etdirərkən yaralanıb. Bildirilib ki, İsrail əsgərlərinin atdığı güllə canlı yayımda vəziyyəti işıqlandıran jurnalisti yaralayıb. Daha sonra jurnalistə tibbi yardım göstərilib. Xatırldaq ki bir həftə öncə canlı yayım zamanı İsrail əsgərlərinin atdığı gözyaşardıcı qaz bombası əl-Məyadin telekanalının müxbirinin üzünə dəyərək, jurnalistin üzünü yandırmışdı. /islaminsesi.az/

Комментариев нет:

Отправить комментарий