10.10.2015

ŞİƏ-PROVOSLAV DOSTLUĞU VƏ YA ŞÜBHƏLƏRƏ CAVAB


Uzun müddətdir ki, radikal sünnilərin və vəhhabilərin şiələr əleyhinə yazdığı məqalələrdə şiələri daima xristianlarla ittifaqa girib Osmanlı və digər şiələrin qanını halal bilən dövlətlərlə müharibə apardığını göstərməyə çalışırlar. Qısaca qeyd edim ki, səfəvi-şiə dövləti qurulan kimi bu dövlətin üstünə dişlərini qıcıyıb, yüzminlərə Anadolu şiəsini qətlə yetirən və bu münaqişəni yenidən alovlandıran I Səlim olmuşdu. Halbuki, o vaxta qədər tarixi mənbələrdə və dərsliklərdə şahidi oluruq ki, Şah İsmayıl və elə öz oğlu tərəfindən qətlə yetirilən Bəyazid arasında çox mehriban münasibətlər olmuş və onlar bir-birlərinə məktublaşmalarda “ata oğul” deyə xitab etmişlər. Lakin Çaldıran döyüşündə isə I Səlim Azərbaycan ordusuna qarşı katolik Avropa xristianlarından aldığı müasir toplarla döyüşmüşdür. Deməli şiə-sünni davalarında Avropaya ilk arxalanan elə Osmanlılar olmuşdur. Çünki bütün gözlə görülüb, əllə tutulabilən dəlillər buna işarə edir. Qalanları isə türklər demiş “komplo teorisi”. Hə, deyə bilərlər ki, bəs səlib yürüşləri zamanı Misirdə assasinlər (xaşxaşinlər) səlibçilərlə ittifaqa girib sünnilərə qarşı döyüşüblər. Əvvəla, o dövrün Misir hakimi kürd Səlahəddin Əyyubi şiələri təfkir edib başlarını qoyun başı kimi Misir və Suriyada kəsirdi. Bu tarixdə var. İkinci assasinlər şiə olmayıblar özlərini şiəliyə nisbət veriblər. Azərbaycan, İran, İraq, Ərəbistan, Əfqanıstan,  Livan, Anadolu və bir qism Yəmən şiələri o dövrdə 12 İmamçı olduğu halda assasinlər yalnız bu İmamlardan (ə.s) yeddisini qəbul edirdilər. Şəriət hökmləri baxımından da ənənəvi şiələrdən fərqli bir şəriət yolu tuturdular. Şiə imam və alimləri onları kafir hesab edirdilər.  Və bu təriqətin ardıcılları demək olar ki, yox səviyyəsindədir.
Qayıdaq səfəvi-osmanlı məsələsinə. Osmanlıların şiə azərbaycanlılara, iranlılara və Anadolu ələvilərinə qarşı kin-küdurəti Səlimlə bitmədi. Bu aqressiya siyasəti vəhhabiliyin və İngiltərənin regiondakı dağıdıcı fəaliyyətlərinin genişlənməsinə qədər davam etdi. Lakin o vaxta qədər bu düşmənçilik və qanlı siyasət dayanmadığından İsmayıldan sonrakı səfəvi şahları Rusiya ilə birgə ortaq düşmən olan osmanlılara qarşı lojistik olaraq əməkdaşlıq edirdilər. Lakin bu iki ölkə arasında heç vaxt birgə ordu qurulması və Osmanlıya birgə hücum faktı tarixdə yoxdur. Mənbəçiliyə getmək istəmirəm ən azından 8 və 9-cu sinif tarix dərsliklərini yaxşıca və düşünərək mütaliə etmək kifayət edər. Halbuki, bu dərsliklərdə şüuraltı olaraq əsas günahkar kimi səfəvi şahları göstərilir...
İndiki dövrdə isə radikal osmanlıçılığın yenidən oyanıb Yaxın Şərqi nə günə qoyduğunu hər kəs görür. Türkiyədə hakim Ədalət və İnkişaf partiyası Suriya, Misir, Liviya və digər ölkələri əhatə edən “Ərəb baharını” sünni islamçılığın dirçəlişi kimi qələmə verdilər və verməkdədirlər. Şimali Afrika ölkələrində məzhəb cəhətindən yekdillik olduğundan onlar o ölkələrdə ciddi müqavimətlə rastlaşmadılar. Lakin tam da məqsədlərinə çata bilməyiblər. Lakin Suriyada özünə müxalif deyən, sözdə demokrat və eyni zamanda cihadçı olan qruplar Dəməşqdəki şiələr üçün müqəddəs olan Hz. Zeynəb (s.ə) ziyarətgahını dağıdacaqlarını elan etdilər. Səbəb kimi isə belə ziyarətgahların şirk olduğunu və şiələrə aid olduğunu göstərdilər. Deməli osmanlı-sünni maskası geyinmiş bu inqilabçılar əslində vəhhabi imiş. Bundan sonra Livandan və İrandan bu məkanları qorumaq üçün qüvvələr gəldi. Eyni zamanda isə sünni-sələfi-vəhhabi qruplaşmalara kömək üçün Qafqazdan, ərəb ölkələrindən, Mərkəzi Asiyadan axın-axın terrorçular Türkiyədən keçərək Suriyaya daxil olur və müxtəlif qruplaşmalar yaradıb həm öz aralarında bir-birlərinə qarşı, həm də Suriya-İran-Hizbullah ittifaqına qarşı vuruşmağa başladılar. Bu proses indi də davam edir. Rusiyanın münaqişəyə müdaxiləsi və bu radikal qrupların kökünü tamamilə kəsmək təşəbbüsləri isə Suriya böhranında yeni mərhələ açmaqdadır.
İndi isə keçək məsələnin Quran, şəriət və din tərəfinə. İndiyə qədər sünni-şiə davalarının haradan və kimlərin üzündən hansı tarixi dövrlərdə qaynaqlandığını müxtəsər də olsa araşdırdıq. Hal-hazırda isə təəssüflə qeyd etmək lazımdır ki, sünni-şiə davası Suriyada gedir. Demək olar ki, bütün sünni dövlətləri ən azından Azad Suriya Ordusunu dəstəkləyir. Bu qondarma ordunun tərkib hissəsini araşdırdıqda isə əslində bunun Əl-Qaidədən başqa bir şey olmadığını hamı gördü və görür. Rusiyanın Əsəd-şiə cəbhəsinə köməyi yenidən anti-şiə iftira kompaniyalarına rəvac verib. Müaviyyə siyasətinə sadiq qalaraq yenidən Quranı silahlarının ucuna taxıb hər yerdə qışqır-bağır salırlar ki, “şiələr ruslarla – kafirlərlə birləşib müsəlmanlarla savaşır. Allah deyyir xristianları və yəhudiləri özünüzə dost tutmayın bunlar da xristian ruslarla müttəfiq olub! Görürsüz ey müsəlmanlar bunlar Qurana qarşı çıxırlar!”. Guya dünənə kimi rus olmayanda belə şiələri ilk üç xəlifəyə görə, təvəssülə görə, namazın, dəstamazın qaydalarına görə kafir hesab edən, kəsib-doğrayan, mal və namusunu halal bilən bunlar deyildi. Elə bil Qərb dövlətlərinin ixrac etdiyi demokratiya, lojistik dəstək və silahları ilə “cihad”-a başlayan bunlar deyil! Hətta bütün İslam dünyasının nifrətini qazanmış İsrail belə öz dili ilə Bəşər Əsədin devrilməsi istəyini deyir. Maidə surəsi 51-ci ayəni təhlil edək. Buyurulur: “Ey iman gətirənlər, yəhudi və xaçpərəstləri özünüzə dost və köməkçi tutmayın, onlar bir-birlərinin dostu və köməkçiləridir. Sizdən kim onları özünə dost və köməkçi tutsa, onlardan olacaqdır (və zalımdır və) şübhəsiz, Allah zalım dəstəni hidayət etməz.” Zahirən ayəyə baxsaq belə çıxır ki, ümumən bu iki dəstə ilə salamlaşmaq da olmaz.
Gəlin indi də ərəbcəsinə baxaq “
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ الْيَهُودَ وَالنَّصَارَى أَوْلِيَاء بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ وَمَن يَتَوَلَّهُم مِّنكُمْ فَإِنَّهُ مِنْهُمْ إِنَّ اللّهَ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ

Ayədə övliya sözü işlənib – bu sözü isə ərəblər adətən bizim anladığımız dost mənaında yox “rəhbər, ağa” mənasında işlədirlər.
Şiələr ki, ruslardan əmr almır. Sadəcə müttəfiq olublar onları kafir hesab edən ekstremistlərə qarşı. Bu ayə vasitəsilə hətta şiələr belə şübhəyə düşürülür amma heç kəs Maidə surəsinin 82-ci ayəsini oxumaq istəmir hansı ki, orada Allah buyurur: “Şübhəsiz, insanların iman gətirənlərə qarşı düşmənçilikdə ən qatısının yəhudilər və müşriklər olmasını görəcəksən. Onların möminlərlə dostluqda ən yaxın olanlarının isə «biz xaçpərəstlərik» deyənlər olduğunu görərsən. Bu, ona görədir ki, onların bir qismi keşişlər və rahiblərdir və onlar təkəbbürlənmir, özlərini yuxarı tutmurlar.”
Ərəbcəsi: “
لَتَجِدَنَّ أَشَدَّ النَّاسِ عَدَاوَةً لِّلَّذِينَ آمَنُواْ الْيَهُودَ وَالَّذِينَ أَشْرَكُواْ وَلَتَجِدَنَّ أَقْرَبَهُمْ مَّوَدَّةً لِّلَّذِينَ آمَنُواْ الَّذِينَ قَالُوَاْ إِنَّا نَصَارَى ذَلِكَ بِأَنَّ مِنْهُمْ قِسِّيسِينَ وَرُهْبَانًا وَأَنَّهُمْ لاَ يَسْتَكْبِرُونَ

Bu ayədə xristinanlar barədə أَقْرَبَهُمْ (əqrabahum) sözü işlənib. Yəni xristianlar iman gətirənlərin əqrəbalarıdır. “Əqrəba” ərəb sözüdür, qohum mənasında işlədir yəni iman gətirənlərin yaxınları xristianlardır, düşmənləri isə yəhudi və müşriklər.
Tarix boyu da, indi də taa Hz. Əlidən (ə) bu yana biz görürük ki, şiələr daima yəhudilər və xəvariclərlə ədavətdə olublar. “Müşriklik” isə geniş anlayışdır. Şiə əqidəsinə görə təkcə bütə sitayiş edənlər müşrik hesab olunmur, eyni zamanda Allahın seçdiyi imama da kimisə şərik etsən, onunla başqa bir kəsi bir tərəziyə qoysan bu da müşriklikdir. Bunu isə əhli-xilaf çox gözəl icra edir. İlk üç xəlifəni Hz. Əliyə (ə) tay qoşan, hətta o həzrətdən də fəzilətli bilən bunlar – şiənin düşmənləri deyilmi?! Həmçinin Hz. Əlinin (ə) Hz. Muhammədin (s) canişini olmasına etiqad etmək şiəlikdə imanın əsas meyarı sayılır.
Şiə onu kafir hesab edib, öldürmək istəyən sünniyə, vəhhabiyə, nəqşibəndiyə qarşı provoslavdan kömək istəsə bunun harası küfr olur?! Yoxsa Allah Quranın bir başında bir cürə, (nəzuubillah) o biri başında da başqa cürə danışır?! Nə oldu ki, guya xristianları dost tutmayın deyən Allah bir neçə ayə sonra xristianları müsəlmanların əqrəbası adlandırır?!
İslamdan yəni 12 İmam şiəliyindən başqa həqiqi din yoxdur. Lakin digər dinlər içərisində xristianlıq, xristianlıq içərisində isə provoslavlıq şiəliyə yəni İslama daha yaxın olandır.
Bir sual da oluna bilər bəs nəyə görə SSRİ dövründə bir sıra azərbaycanlı şiə ayətullahlar güllələndi, din təqib olundu, demək istərdim ki, SSRİ ateizm fəlsəfəsi üzərində qurulmuş bir dövlət idi və nəinki İslama, bütün dinlərə qadağa qoymuşdu.

http://analitikbaxis.blogspot.com/2015/10/si-provoslav-dostlugu-v-ya-subhlr-cavab.html?spref=fb

Комментариев нет:

Отправить комментарий