Baxma Məcnun kimi səndə gözü var hamımızın,
Çünki sənsən, gözəlim, Leylisi əyyamımızın.
Nə zaman istədik aləmdə görəy xoş bir gün,
Vermədi şərr əman dadın alaq kamımızın.
Zahida, məscidi-viranəni tərif etmə
Saqinin badəsidir mənbəyi ilhamımızın.
Necə ki bülbüli nalanı çəmənsiz qalmaz,
Sənsiz olmaz, gözəlim, şənliyi bayramımızın.
Sənin eşqinlə, gülüm, Salehə Məcnun dedilər,
Yandı qəm atəşinə daməni ehramımızın.
Комментариев нет:
Отправить комментарий