27.10.2015

Peyvənd haqqında dəhşətli faktlar

Son bir neçə ildə peyvənd haqqında ölkədə çaşbaşlıq yaranıb. İnsanlar arasında peyvənd xofu artsa da, bu barədə nə Səhiyyə nazirliyi, nə də ayrı-ayrı mütəxəsislər hər hansı fikir yürütmürlər. Sonuncu dəfə ölkəyə gətirilən pnevmakok əleyhinə vaksinlər barədə də “qara” fikirlər yaranıb.

Həkim uşağa nə vurduğunu bilmirsə...

Bu gün bütün poliklinikalarda, tibb müəsisələrində peyvəndlərin tərkibi baradə suala cavab axtarsaz, tapa bilməyəcəksiz. Çünki bu barədə Səhiyyə Nazirliyinin müvafiq sə -rəncam və tapşırıqları olsa da bir cəsarətli kəs tapılmır ki, hər hansı vaksinin “içalatı” haqqında milləti əyan etsin. Bu göstərişə heç bir tibb məntəqəsində əməl olunmur, deməli Səhiyyə Nazirliyinin “yoxluğunu” onun əliatında olduğu tibb işçiləri də hiss edirlər. Bu məlumatların peyvənd otaqlarında olmamasının bir səbəbi də var. Əgər həqiqətlər ortaya çıxsa, ölkədə peyvənd vurulmağa adam qalmayacaq. Bu da qarşı tərəfin xofudur.
Əsas məsələ odur ki, insanlar təmiz qıda, təhlükəsiz dərman axtardığı kimi, birbaşa bədənə yeridilən “zəhər” haqqında məlumatlı olmalıdırlar. Bəli, vaksinlərin tərkibində timerasol adlı maddə var ki, bu da orqanik civədir. Bu civə insan bədənində müxtəlif fəsadlar yarada bilər. Digər formaldehid adlı maddə də mərkəzi sinir sisteminə birbaşa təsir etmək gücünə malikdir. Neyronların struktrunu kəskin şəkildə pozur. Bir sözlə, orqanizm üçün birbaşa təhlükə yaradır. Ən əsas isə, allergiyalı, nevroloji problemli uşaqlara vurmaq qadağandır. Amma həkimlərimiz uşaqlarımızı köhnə adətlə yüngülcə yoxlamaqla, heç bir sağlamlıq haqqında sənəd tələb etmədən vaksinasiyanı həyata keçirirlər. Peyvənd haqqında Dünya Səhiyyə Təşkilatının rəsmi saytından tutmuş beynəlxalq unuversitetlərin sənədlərinə qədər hər yerdə qorxulu faktlara rast gəlmək olar. Misal üçün, Kolqari Universitetinin araşdırma sənədlərində deyilir: “vaksin preparatlarının hazırlanmasında heyvan hüceyrələrindən də istifadə olunur. Və bu hüceyrələrdə virus və infeksiyaların olması ehtimalı böyükdür, insana yeridildikdə yeni xəstəliklər meydan gələ bilər. Hansı viruslar ki, heyvanlar arasında yayılıb, amma insanlar bu xəstəliklərdən uzaqdırlar. Vaksinasiya bəşəriyyət qarşısında böyük tələb, məcburiyyət kimi qoyulub. İnsanların ağlında “xəstələnməmək” kimi süni qorxu yaradılıb. Onlara elə gəlir ki, peyvənd onları qurtaracaq. Halbuki, “peyvəndlə qorunmaq”tədbiri dərman , iri farmokoloji şirkətlərin illərdir uydurduğu və işə yarıyam sisyasətidir. Bu siyasət milyardlarla pul gətirir. İnsanlar, uşaqlar bu yalanın qurbanına çevrilirlər. Güya deyilir ki, insanlar arasında peyvəndlərdən sonra xəstəliklər azalıb. Əslində, bunun səbəbi başqadır. İnsanlar ilbəil sanitar-gigiyenik qayda və tədbirləri təkminləşdirdikcə, xəstəliklərə də yoluxma riski azalır. Çünki bütün problemlər( hava-damcı yolu ilə keçən viruslar istisna olmaqla) natəmiz, həmin qaydalar pozulan şəraətdə başlayır. Ən acınacaqlısı odur ki, ilk eksprimentlər yoxsul ölkələrdə, və ya üçüncü dərəcəli dövlətlərdə aparılır. Araşdırmalar göstərir ki, Afrikanın yoxsul əyalətlərində aparılan vaksinasiyadan sonra həmin yerlərdə nevroloji, psixi xəstələrin sayı xeyli artıb. Elə autizm, şəkərli diabet, rematoid-artrit diqnozlu xəstələrə daha çox dərman bazarına nəzarət olunmayan( mənbəyi bilinməyən antibiotiklərin satışı), peyvəndlər haqqında məlumatsız ölkələrdə rast gəlmək olar.”

Peyvənddən sonra diaqnostika məsələsi heç kimin ağlına gəlmir

Bu gün bir çox dövlətlərdə olduğu kimi, Azərbaycanda da peyvənd çədvəlinə uygun hərəkət etmək valideynlərin üzərinə qoyulmuş vəzifələrdən biridir. Bir qrup insanlar kor-təbii şəkildə vəzifəsini yerinə yetirməklə öyünür, bir qrup isə peyvənd barədə məlumat axtarışlarını davam etdirir. Bütün bu problemlərin qarşılığında isə səlahiyyətli orqanlardan hələ də bu vaxta qədər vaksinlərin tərkibi barədə cavab gəlmir ki, gəlmir. Bu o deməkdir ki, Səhiyyə Nazirliyinin müvafiq qurumlarının cavab üçün sözü yoxdur, çünki bu təhlükəli “sirr”in açılmaması üçün tapşırıq var.
İnsanların peyvəndə inamsızlığı bir neçə il əvvəl Avropa “alim”lərinin çıxardığı qondarma xəstəliklərdən( donuz qripi, keçi qripi kimi adlandırılan) sonra bir az da artdı. Məlum oldu ki, yeni xəstəliklərin uydurulması və güya onlara qarşı profilaktik tədbirlər üçün yaradılan vaksin kələkbazlığının arxasında milyonlarla pul, sərvət dayanır. İndinin özündə də sonuncu pnevmokoka qarşı vaksinlərin icad edilməsində də pul faktoru dayanır. Harri Yuz adlı əcnəbi araşdırmaçının məqaləsindəki faktlar bunu sübut edir. Orada deyilir: “ Məşhur vaksin preparatları istehsal edən şirkət “VİET”(“Wyeth”) yeri gələndə rüşvətdən də ustalıqla istifadə edir. İstehsal prosesini Avstraliyada həyata keçirən bu şirkətin məhsulları 2000-ci ildən satışdadır. “VİET” öz reklam dillerlərini elə pula tutur ki, onlar da alıcılarını ustalıqla yaxalayır. Elə sonuncu pnevmokok əleyhinə vaksinlər məsələsində də bu siyasətə sadiq qalınır”.
Peyvənddən sonra ağır xəstəliklərə tutulma, yaxud uşağın əlil(kar, kor, topal kimi) qalmasına səbəb nədir? Vaksin preparatlarının təsiri nəticəsində ağır metallarla zəhərlənmə baş verir. Bu formada zəhərlənmə mərkəzi sinir sistemini iflic edir. Nəhəng ölkələrin çoxunda peyvənd vurulan şəxsin sonrakı vəziyyətini izləmək üçün diaqnostika mərkəzləri var. Bizdə isə ağır metallarla zəhərlənməni aşkarlamaq üçün mükəmməl laboratoriya belə bu vaxta qədər qurulmayıb. Bu anoloqu olmayan, ölkəyə aparat, tibbi texnika gətirməyə həvəsli olan( həmin aparatları işlədə biləni yoxdur) səhiy-yəmizin “uğur”larından biridir.

Hər kəsin peyvənd vurdurmamaq kimi hüququ var

Hər kəs öz uşağının sahibidir. Başqa sözlə, ona peyvənd vurdurmaqda sərbəstdir, məcburiyyət yoxdur. Həkim-immunoloqun təkid etməsi isə yolverilməzdir. Bunu qeyd edirəm ki, bir daha biləsiz. Bu “İmmunoproflaktika haqqında” qa-nunumuzda da öz əksini tapıb.
Bu arada qeyd edim ki, Azad İstehlakçılar Birliyinin tərkibində xüsusi komissiya yaradılıb. Yeni qurum “ Tibbi müayinə və müalicə, eləcə də profilaktik bərpa iştirakçılarının istehlakçı hüquqlarının müdafiəsi” komissiyasıdır. Komissiyanın yaradıcısı Əhməd Rəhmanovun övladı da vaxtiylə vurulan peyvəndin qurbanı olub. Bu araşdırma müayinələrindən sonra ortaya çıxıb. Əhməd müəllim illərdir, Səhiyyə Nazirliyindən ölkəyə gətirilən peyvəndlərin tərkibi barədə hesabat tələb edir. Vəziyyət məhkəmə orqanlarına qədər getsə də, ortada nəticə yoxdur. Əhməd müəllim bu komissiyanı yaratmaqda məqsədlərini bildirir: “Əsas məqsəd təkcə pasiyentlər deyil, həkimlərin də hüquqlarını müdafiə etməkdir. İndiki vəziyyətdə təkcə xəstələr deyil, həkimlər də əzilir. Peyvənd məsələsinə gəlincə, bütün vətəndaşların məlumat hüququ pozulur. Çünki “İstehlakçıların hüquqları haqqında qanun”a görə, hər kəsin aldığı məhsulun tərkibini öyrənmək və ya bunu tələb etmək kimi hüququ var. Təəssüf ki, bu gün heç kəs ölkəyə gətirilən peyvəndlərin tərkibi haqqında danışnağa ürəkli deyil”.
Sonda yalnız onu deyə bilərəm ki, biz səhiyyə qarşısında tələb qoyuruq, bizim peyvənlərin tərkibi haqqında məlumat almaq haqqımızı pozmayın. Onsuzda hüquqlarımızı bilmədiyimiz kimi, onları tələb etməyə də taqətimiz qalmayıb.

Raminə Eyvazqızı                    qafqazinfo.az

Комментариев нет:

Отправить комментарий