Nəqliyyat naziri Ziya Məmmədov və keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı baş verənlər fövqəladə hallar naziri Kəmaləddin Heydərovu təşvişə salıb. “Azadlıq” qəzetinin məlumatına görə, Kəmaləddin Heydərov və komandası maliyyə böhranının hökm sürdüyü bir vaxtda baş verənləri imtiyazlı məmurların sıradan çıxarılması kimi qiymətləndirir.
Kəmaləddin Heydərov da hakimiyyətdə böyük güc və imtiyaz sahibidir. Bu baxımdan “fövqəlnazir” və ətrafında belə qənaət yaranıb ki, bu fırtına onlardan da yan keçməyə bilər. Digər tərəfdən Ziya Məmmədov və Eldar Mahmudovun vurulmasında istifadə edilən arqumentlər Kəmaləddin Heydərovun sıradan çıxarılması üçün də keçərlidir. Korrupsiya, sahibkarlara təzyiq və s. bu kimi faktlar Kəmaləddin Heydərovun sıradan çıxarılması üçün yetərli qədərdir.
Məlumatda deyilir ki, “fövqəlnazir” xüsusilə “sahibkar kartı” ilə “vurulacağından” ehtiyat edir. Çünki sahibkarlar təkcə MTN-nin deyil, Kəmaləddin Heydərova yaxın adam kimi tanınan “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun da hədəfindədirlər. Idxalla məşğul olan elə bir sahibkar yoxdur ki, gətirdiyi malın gömrükdən buraxılması üçün Əbülfəz Məlikovla “görüşməsin”. Əbülfəz Məlikov bu gün faktiki olaraq gömrük komitəsinin sədri Aydın Əliyevdən daha səlahiyyətli şəxsdir.
Qeyd edək ki, ötən saylarımızda Ziya Məmmədovdan sonra Kəmaləddin Heydərovun hədəfə gələcəyi barədə məlumat vermişdik. Lakin MTN-lə bağlı baş verənlər bu prosesin bir qədər təxirə salınmasına səbəb olub. Kəmaləddin Heydərovun narahatlığı və onun da “vurulacağı” barədə davamlı məlumatların yayılması yaxın vaxtlarda növbənin “fövqəlnazir”ə də çatacağını deməyə əsas verir. /aztoday.az/

Комментариев нет:
Отправить комментарий