26.10.2015

Rəsul Quliyevə məlumat ötürən MTN generalı kimdir?

Milli Təhlükəsizlik Nazirliyində (MTN) daha bir general tutduğu vəzifədən azad olunacaq. Bu barədə İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, həmin general milli təhlükəsizlik nazirinin müavini Elçin Əliyevdir.
Məlumatda deyilir ki, Elçin Əliyevin atası Ərsalan Əliyev  Naxçıvan Muxtar Respublikası Ali Məclisində çalışıb. Onun eks-sipek Rəsul Quliyevlə sıcaq münasibətləri olub. Rəsul Quliyev "vurulandan" sonra da Ərsalan Əliyev onunla münasibətləri davam etdirib. Elə buna görə də tutduğu vəzifədən azad edilib. Sonradan Nizami Xudiyev AzTV-nin rəhbərliyinə gətiriləndə Ərsalan Əliyevi yanına çəkib. Baxmayaraq ki, Nizami Xudiyevə onun Rəsul Quliyevlə əlaqələri barədə bildirilib. Nizami Xudiyev işdən çıxarılandan sonra Ərsalan Əliyev də işini itirib.
Məlumatda bildirilir ki, Elçin Əliyev Eldar Mahmudovun dönəmində MTN-ə gətirilib. O, əvvəlcə MTN-in Səbayel şöbəsinə rəis təyin olunub. 2012-ci ildə isə nazir müavini təyin edilib.
Məlumatda deyilir ki, Elçin Əliyev nazir müavini olarkən Rəsul Quliyevlə sıx əlaqələri olub. Keçmiş nazir Eldar Mahmudov da bundan xəbərdar imiş. Eldar Mahmudov elə Rəsul Quliyevlə yaxınlığına görə Elçin Əliyevi MTN-ə gətiribmiş.
Məlumata görə, Rəsul Quliyev bir müddət əvvəl Rusiyanın prezidenti Vladimir Putin haqqında kəskin bəyanatlar səsləndirərkən  bu ölkənin Baş Kəşfiyyat İdarəsi("QRU") onu nəzarətə götürüb. Rəsul Quliyevin əhatə dairəsi müəyyənləşdirərkən onun ərəb ölkələrindən birindən Azərbaycanla bağlantı qurduğu üzə çıxarılıb. Bəlli olub ki, Rəsul Quliyevin təmasda olduğu şəxs Elçin Əliyevdir. Bu fakt Astana sammitində prezident İlham Əliyevə təqdim edilib. Bu baxımdan Elçin Əliyevin "vurulacağı" şübhəsizdir. Sadəcə hələ ki, araşdırmalar aparılır.
Elçin Əliyevin qardaşı Elşən Əliyev isə vaxtilə Dövlət Sərhəd Xidmətində işləyib. Bildirilir ki,  2000-ci ilin 18 avqustunda Naxçıvan-Bakı reysi ilə uçan təyyarəni qaçırmağa cəhddə və terrorçuluqda ittiham olunaraq 9 il azadlıqdan məhrum edilmiş Musavatın Culfa rayon təşkilatının sədri Mehdi Hüseynlini təyyarəyə məhz Elşən Əliyev buraxıb.
Qeyd edək ki, bu işə görə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu da həbs olunmuşdu. /istiqlal.az/

Комментариев нет:

Отправить комментарий