13.10.2015

HACI TALE BAĞIRZADƏNİN TƏNQİDİ

Hacı Talenin bütün siyasi görüşləri Avropa İttifaqının və ABŞ-ın ölkəmizdəki uzantısı olan “AzadlıqRadiosu”-nun maraqlarına müvafiqdir

Bağışlayan və Mehriban Allahın adı ilə. Sözlərimizə Hz. Əlinin (ə) mübarək kəlamı ilə başlamaq istərdik: "Fikrinizi, iradınızı bildirin, susmayın, yaltaqlığa son qoyun. İnanın ki, haqq sözünüz mənə ağır gəlmir"
Hacı Tale - və yaxud Tale Bağırzadə. Bu ad həm dindar camiədə, həm müxalifət düşərgəsində çoxlarına tanış bir addır. Bir neçə il əvvəl məktəblərdə hicab barədə qəbul edilən qanunsuz və ədalətsiz qərara qarşı öz fəal çıxışları ilə tanınmış və müəyyən səbəblərdən həbs edilmişdir.
İndi keçək məsələmizə. Hacını tənqid hədəfi kimi seçməyimizə əsas verən və bizi düşündürən bir sıra səbəblər və fəaliyyətində müşahidə olunan məntiqi ardıcıllıqsızlıqdır. Artıq aydındır ki, Hacı Taleh az bir vaxtdır həbsdən çıxıb və müsəlman qardaşları kimi ona daima azadlıqda olmağı və ədalətli olmağı arzu edirik!
Həbsdən çıxmazdan qabaq “Müsəlman Birliyi” adlı hərakatın yaradılması barədə göstəriş verdi. Hərəkat (?) yaradılqıdan əvvəl də bizim liberal-millətçi-elçibəyçi düşərgə ilə sıx əlaqələri var idi və həbsdən çıxdıqdan sonra da özünü və yaratdığı “hərəkatı” AXCP-yə və “Sektor uşaqları”-na qoşdu. Hacı Talehin hər məsələyə ancaq hicab arxasından baxmağı bizi də bir müsəlman və vətəndaş kimi narahat edir.
Düzdür, əksər ölkələrdə olduğu kimi bizdə də çatışmazlıqlar, məmur özbaşnalıqları, korrupsiya hələ tam həll edilməyib. Bunu ki, heç ölkə rəhbərliyi də danmır...
Lakin ölkədə xüsusən dini camiədə baş verən müsbət dəyişiklikləri, irəliləyişləri, inkişafı görməmək və bu inkişafdan Əhli-Beyt (ə) məktəbinin müdafiəsi və təbliği üçün istifadə etməyib, əksinə, Əhli-Beyt (ə) ardıcıllarını qərbpərəst və liberal müxalifət düşərgəsinin hoqqalarına alət etmək də insafdan deyil. Fikrimizi daha da aydınlaşdırmaq üçün qısaca müxalifəti sizə tanıdaq. Bu müxalifət cəbhəsi əsasən dindən dönmüş mürtədlərdən, allahsızlardan, amerikançılardan, kosmopolitlərdən, illuminatilərdən, azad seks tərəfdarlarından, homoseksualistlərdən, Əhli-Beyt düşmənlərindən, millətçi-faşistlərdən, əyyaşlardan ibarət bir cəbhədir. Sən bunlarla birgə haqqı bərqarar etmək istəyirsən, Hacı?! Hər kəliməsinin sonu “Qərb” Və “ABŞ” olan Natiq Cəfərli, Altay Göyüşov kimilərlə?! Onların necə həyat tərzi yaşaması öz işləridir, demokratik haqlarıdır, söhbət dindarların bu adamların arxasına düşüb yamaq olmalarından gedir...
Hə, bu arada Hacı Tale Bağırzadə Ukrayna məsələsində də Qərbin yanında durdu və yanlış addım ataraq öz bəyanatında Krım və Donetsk böhranları ilə Qarabağı eyniləşdirdi. Əslində bu metod Qərb üçün ənənəvi metoddur. Dondurulmuş münaqişələri bir tərəziyə qoymaqla hamısına eyni cürə həll təklif edir. Amma nədənsə Avropanın baş axundunun Kosovo məsələsi yadından çıxıb. Hansı ki, Kosovo münaqişəsinin müəllifi Avropa həzrətləri bu münaqişənin “həlli” modelini bir ara Qarabağa da tətbiq etməyə çağırırdı. Hansı ki, bu nəzəriyyə tətbiq olunsa idi, Qarabağ müstəqil olacaqdı. Nəyə görə bu məqaləmizdə Avropanın adını tez-tez çəkirik? Çünki Hacı Talenin bütün siyasi görüşləri Avropa İttifaqının və ABŞ-ın ölkəmizdəki uzantısı olan “AzadlıqRadiosu”-nun maraqlarına müvafiqdir. Təsadüfi deyil ki, Qərb qrantları ilə bəslənən, ara-sıra İslama, müsəlmanlara, Əhli-Beyt ardıcıllarına qarşı təhqir xarakterli karikatura və məqalələr paylaşan “AzadlıqRadiosu” və “Meydan Tv” kimi media orqanları Hacının hər bəyanatını dərhal öz saytlarında dərc edirlər, onun nüfuzunu müxalifət düşərgəsində qaldırmağa və onu müxalifətin fenomenlərindən biri kimi təqdim etməyə çalışırlar. Əslində isə bu din və dindarlardan sui-istifadədən başqa bir şey deyil. 
Müxalifət düşərgəsində həm də belə bir tendensiya baş alıb-gedir. Deməli “vorovskoy” aləmin nümayəndələri kimi bu müxalifət də həbsə düşənləri fenomen kimi sırımağa çalışırlar. Daha doğrusu fenomen olmaq üçün də həbsə girmək kimi metodika da var.
Rusiyanı da Ukraynaya qarşı işğalçılıqda günahlandırarkən isə Hacı Tale bilməlidir ki, Rusiya Qərb ölkələrindən fərqli olaraq Əhli-Beyt məktəbinə qarşı heç bir təcavüzə yol vermir, əksinə həm öz ölkəsində Əhli-Beyt məktəbinin yayılmasına əla şərait yaradır, eyni zamanda da Əhli-Beyt ardıcıllarına Yaxın Şərqdə vəhhabi ekstremistlərlə mübarizədə səmimi dəstək verir.
“Vəhhabi” demişkən yaxşı yadımıza düşdü. Məgər sizin müttəfiqiniz olan, müxalifət düşərgəsi Suriyadakı qruplara dəstək verib Bəşər Əsədlə İlham Əliyev arasında bənzətmə yaratmağa çalışmırlarmı? Suriyada döyüşən o qrupların hamısının (İŞİD, Əl-Nusra, ASO, Əhrar Şam, İslam Ordusu, Fəth Ordusu və s.) radikal vəhhabi təriqətli şəxslərdən ibarət olduğunu və Əhli-Beyt məktəbinin namusu Xanım Zeynəbin (s.ə) hərəmini sökməyə təşəbbüs etdiyini görmürsünüzmü, Hacı Taleh? Bax həmin bu qruplara sizinlə bir cəbhədə durub xalqın, hicabın haqqını “qoruyan” Natiq Cəfərli, Altay Göyüşov, Erkin Qədirli kimi şəxslər demokratik müxalifət kimi baxır. Niyə?! Çünki Qərb, ABŞ, Avropa belə istəyir! Halbuki, özləri ateist və dindən çıxmışlardır, hər beş statuslarından biri dinin təhqirinə həsr olunur... 
Eyni zamanda eynən Fazil Mustafanın profilində olduğu kimi “AzadlıqRadiosu”-nun da Facebook səhifəsində vəhhabilərin aktivliyini müşahidə edirik. Çünki sözügedən radionun arada-bir şiəliyə, Məhərrəmliyə, İslam alimlərinə ilişməsi onların xoşuna gəlir.
Keçək ölkədəki dini ab-havaya. Bizim yaşadığımız bu hazırki dövr, xüsusən 2014-15-ci illər Azərbaycandakı Əhli-Beyt ardıcıllarına müsbət fürsətlər bəxş etdi. Yeni məscidlərin tikintisi, dini işlərlə məşğul olan orqanların fəaliyyətinə stimul vermək üçün dövlətin ayırdığı subsidiyalar, tanınmış və çox hörmətli ruhanilərimizin dini arenada çox strateji mövqelərə yerləşdirilməsi və s. Hicab problemi də tamamilə aradan qaldırılmışdır və bu barədə prezidentin konkret mövqeyi və bəyanatı var. Əgər hansısa direktor öz müəssisəsində hicaba qadağa qoysa, ona bildirmək lazımdır ki, etdiyi qanuna, konustutusiyaya və prezidentin mövqeyinə zidd bir addımdır və provokasiyaya səbəb ola bilər. Daha dəyənəklə məsələni həll etmək lazım deyil, bu özü dindarların həbsinə, Əhli-Beyt ardıcıllarının cəmiyyətdə səhv tanınmasına və siyasi gərginliyə səbəb ola bilər. Bu da yalnız işi-gücü inqilab ixrac edib mənfəət götürmək olan Qərb ölkələrinə sərf edir.
Bir neçə gün öncə vaxtı ikən fitnəyə qurban gedərək həbsə düşən Hacı Cavid Məmmədov (hansı ki, vəhhabilərə qarşı güclü elmi təbliğatla məşğuldur) Əjdərbəy məscidinə axund təyin edildi. Hacı Mircəfər Əyyubov (o da həm vəhhabilərə qarşı təbliğatla, həm də əxlaq ustadı kimi tanınır) isə Təzə Pir məscidinə axund təyin edildi. Bəlkə siz də qeyri-ənənəvi dini cərəyanlarla elmi-dini müstəvidə mübarizədə aktiv rol oynayasınız? Hər halda sizin də arxanızda bu qədər fanat ordusu var, nəticəsi digərlərinə nisbətdə daha uğurlu ola bilər. Yoxsa "AzadlıqRadiosu" icazə vermir buna? Həmin məscidlərə nurçu imamlar təyin olunsa idi necə, xoşunuza gələcəkdimi? Məncə gələrdi və susardınız. Çünki nurçular da elə ABŞ-dan əmr alır, AzadlıqRadiosu və Meydan Tv kimi ...
Bu yaxınlarda İrandan İslam dünyasının böyük din alimlərindən biri Ayətullah Nuri Həmədani ölkəmizə səfərə gəlmişdi. Azərbaycanın nüfuzlu Əhli-Beyt (ə) ruhaniləri onun görüşünə yığışmışdılar və həmçinin Hacı Tale də orada idi. Şeyx Həmədani ilə görüş zamanı Hacı Tale ani olaraq həbs edilən ruhanilərdən (Allah qapılarını açsın) danışmağa başladı və şeyx bundan narahat olaraq onlar üçün dua etdi. Həmin vaxt İran İslam Respublikasının mədəniyyət məsələləri üzrə ölkəmizdəki nümayəndəsi və çox nüfuzlu ruhani olan Seyyid Əli Əkbər Ocaq Necad Tale Bağırzadənin sözünü kəsib “biz bu barədə danışmışıq” deyə ona susmasını işarə etdi. Şahidlərin sözlərinə görə isə kameralar söndürülən kimi Seyyid Necad ona “sənin bu fəaliyyətlərin başımızı ağrıdacaq” deyə xəbərdarlıq etdi.
Əslində Seyyid Ocaq Necad haqlıdır. Çünki bu qədər müsbət irəliləyişləri görməyib, ölkədəki normal dini ab-havanı qeyri-normal kimi təqdim etmək əslində Əhli-Beyt ardıcıllarına – dindarlara zərbədir. İmamların (ə) həyatına nəzər salsaq, onların daima münaqişəyə yol vermədən, qan axıtmadan öz əqidələrini – haqq olan İslamı təbliğ etmək üçün yollar axtarmışlar və yalnızca çarələr tükənəndə silaha və münaqişəyə əl atmışlar. Həmçinin Peyğəmbərimiz (s.ə) də 23 illik risalətinin 13 ilini sivil təbliğə, 10 ilini isə müəyyən mənada münaqişə xarakterli deyə biləcəyimiz mübarizə şəraitində insanlara təbliğ etdi. Və hər iki metod öz bəhrəsini verdi.
Daima AXCP-Müsavat sıralarında “Ya Hüseyn” deyib Qərbin dəyirmanına su tökən Hacı Tale bilməlidir ki, İmam Hüseynin (ə) 10 illik imamət müddəti olub. Silaha isə bir dəfə əl atıb.
Azərbaycanda isə vəziyyət dini mübarizə və inqilaba rəvac verəcək səviyyədə deyil şükür Allaha. Məqalə müəllifi ölkə siyasətində neytral mövqedədir. Biz düzə düz, əyriyə əyri deyirik. Hz. Əlinin bir kəlamı var, buyurur: “Bəzən deyilən haqq söz olur, amma batil (məkrli) niyyət üçün”. Lakin biz Hacının hal-hazırki fəaliyyətinə baxanda heç haqq söz və haqq əməl görmürük o ki, qaldı batil niyyət. Bu adam tağut cəbhəsindədir. O cəbhə ki, vaxtı ikən Azərbaycanı böyük qonşuları Rusiya və İranla müharibəyə sövq etməyə çalışırdı, hətta Çinin fəthi barədə də düşünürdü.
Bu cəbhənin arxalandığı böyük dövlətlər isə Şərq ölkələrində “Nüsrə Cəbhəsi”, İŞİD, Fəth Ordusu yaradıb başda şiə müsəlmanları onlara qırdırmaqla və İslamı gözdən salmaqla məşğuldur. Onlar elə Azərbaycanda da eyni vəziyyəti yaratmaq istəyirlər və dəfələrlə buna cəhd ediblər. Müxalifət aşiqi dindarların nəzərinə “Münafiqun” surəsi 4-cü ayəni çatdırmaq istərdik: “Onları gördükdə (yaraşıqlı) cüssələri (boy-buxunları) səni heyrətləndirir və (elə yağlı dilləri var ki,) danışdıqları zaman sözlərinə qulaq asırsan, (amma imansız və mənəviyyatsız olduqları üçün) elə bil ki, dayaq verilmiş kötüklərdir! (Qorxaqlığın şiddətindən) hər bir fəryadın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər; onlar (həqiqi) düşməndirlər, onlardan özünü gözlə; Allah onları öldürsün! (Haqdan) necə və haraya döndərilirlər?!” 
Yəqin bizim “milli” münafiq müxalifət də AXCP-dən, Müsavatdan, REAL-dan, Müsəlman Birliyindən ibarət özünəməxsus bir “Fəth Ordusu” yaratsa, Hacı Taleh də “Nüsra Cəbhəsi” funksiyasını yerinə yetirmək istəyər.
Şən notları tamamlayıb bildirmək istərdik ki, Əhli-Beyt camiəsi, məzhəbi Azərbaycan xalqının, tarixinin və gələcəyinin ayrılmaz bir hissəsidir. Bu əqidə, bu yol, bu məzhəb, bu din Azərbaycan xalqının formalaşmasında, adət-ənənələrində, tarixi inkişaf proseslərində, xoşbəxtliyində, sabitliyində daim müsbət ampulada yer alıb və fəal iştirak edib. Hacı Taleh kimi şəxslərin bu əqidəni Qərb maraqlarına və Qərbin qrantyeyənlərinin ambissiyalarına alət etmək cəhdləri sadəcə olaraq əbəs və səhvdir. “Müsəlman Birliyi” hərəkatı bu yaxınlarda AXCP-nin konfransında iştirak və çıxış etmişdir. “Müsəlman Birliyinə” üzv olan qardaşların diqqətinə çatdırmaq istəyirəm ki, keçən həftə başda AXCP sədrləri olmaqla bütün müxalifət Böyük Britaniya səfirliyinə toplaşmışdı. Yəqin yadlarından çıxıb onlara qoşulub getmək və ingilis ağalardan göstəriş və təcrübə almaq.
Ümidvarıq ki, artıq başlamaqda olan Muhərrəm ayı və bu ayın özünəməxsus keyfiyyətləri Hacı Taleh və əhatəsindəki möminlərə fəhm bəxş edər və sahvəliklərinə son qoyarlar.

http://analitikbaxis.blogspot.com/2015/10/haci-tale-bagirzadnin-tnqidi.html

Комментариев нет:

Отправить комментарий