The Arab Source kanalı bildirir ki, İŞİD terrorçuları onların mövqelərinə əsaslı zərbələr vuran Rusiya təyyarələrini məhv etmək üçün Latakiya bölgəsinə hücuma keçmişlər. Lakin onlar Latakiyanın cənub-şərqində Suriya hökumət qüvvələrinin və rus speçnazının kəskin müqaviməti ilə üzləşmişlər. Aeroportu qoruyan artilleriya divizionuna hücuma keçən bir qrup terrorçu irikalbrli pulemyotların atəşi nəticəsində öldürülmüş, onların parytlayıcı ilə dolu zirehli maşını isə blok-post yaxınlığında partladılmışdır. Döyüş nəticəsində 27 terrorçu və onların 3 maşını məhv edilmişdir. Suriya kəşfiyyat orqanlarının nümayəndələri öldürülənlər arasında Meşaal Əl-Ənzi (Səudiyyə Ərəbistanı), Əbu Abdel-Rəhman, Hüseyn əl-Vadi (İraq), Hammama əl-Türki, İsmael Mustafa əl-Dilaati, Khodor Hasan Əbu Naim, İbrahim Şərf Şamir Mohaamed Mahmud əl-Usman və Yusif Əbdel-Əziz Kdim kimi beynəlxalq axtarışda olan məşhur terrorçuları tanımışlar.
1 oktyabrda isə Latakiyanın girişindəki blok-postda partlayıcı maddə ilə dolu yük maşını saxladılmış və ələ keçirilmişdir. Yük maşınında bir ton partlayıcı maddə aşkar edilmişdir. Maşın Latakiya şəhərində terakt törətmək üçün hazırlanmışdır. Həbs olunmuş sürücü bildirmişdir ki, onun vəzifəsi maşını gətirib şəhərdəki kamikadzeyə təhvil vermək olmuşdur.
Xatırladaq ki, Rusiya təyyarələri Suriyada İŞİD terrorçularına qarşı antiterror əməliyyatlarını uğurla davam etdirir. 3 oktyabr səhər tezdən Latakiyadakı aerorportdan havaya qalxan Rusiya təyyarələri "Ceyş əl-Fateh" qruplaşmasının Mardeyj, Maarat əl-Numan, Cis-əş-Şuqur, Sarmeen və Serakib şəhərləri ərazisindəki bazalarını bombardman etmişdir. Terrorçuların mövqelərinə onlarla raket zərbəsi endirilmişdir. Raqqa əyalətində terrorçulara məxsus bütün kazarmalar yerli-yeksan edilmişdir. Bəzi yerlərdə təyyarələr eyni yeri gün ərzində iki dəfə dalbadal bombalamışdır ki, bu da terrorçular tərəfdən çoxlu sayda itkilərə səbəb olmuşdur. Əl-Ajravidə silah-sursat anbarı kimi istifadə olunan kənd təsərrüfatı fermaları da dağıdılmışdır. Suriya-Türkiyə sərhədində yaralı terrorçuların müalicə aldığı "Ayn Beyda" hospitalı da aviazərbə nəticəsində məhv edilmişdir.
Dəqiq kəşfiyyat məlumatları əsasında Əl-Shadadi və Əl-Houl şəhərlərində terrorçuların kütləvi yığışdığı yerlər vurulmuşdur. Deyr-əz-Zour-Xaseka şossesi ilə İŞİD-ə göndərilən təhcizat karvanı da rus təyyarələrinin hücumu nəticəsində məhv edilmişdir. Məşhur tunisli terrorçu, Rakkada şəriət şurasının sədri seçilmiş Əbu Bilal Tunisi də öldürülənlər içərisindədir. Ənsar Əl Şəriət qruplaşmasının üzvü olan Əbu Bilal Suriyada müharibə başlayarkən əvvəl Ən-Nusra Cəbhəsinin tərkibində döyüşmüş, sonra isə sadiqlik andı içərək İŞİD cərgələrinə qoşulmuşdu.

Комментариев нет:
Отправить комментарий