12.10.2015

Xosrov Barışan - GƏRƏK

Yenilik doğmağa ölmək gərəkir;
Yenidən canla dirilmək gərəkir.

Analıq duyqusu tək arınlaşıb,
Doğulub şerə sərilmək gərəkir.

Alına zorla yazılmış yazını
Seçərək yolları silmək gərəkir.

Çıxarın boyunların dar ilməyin;
Hünəri xalçaya ilmək gərəkir.

Yay təkin yox, qopuzun telləri tək
Sinələr üstə gerilmək gərəkir.

Müxtəlif səsli də olsaq hərəmiz;
Nəğmə tək birgə hörülmək gərəkir.

Biləli bilmədiyin bilir adam;
Şuurun şerini bilmək gərəkir.

Комментариев нет:

Отправить комментарий