Saxlanılanlar arasında “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var.
İnterAz APA-ya istinadən xəbər verir ki, Bakıda radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib.
Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, “Farklı Lahmacun” kafesində həyata keçirilən əməliyyat zamanı “vəhabi” təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb.
Saxlanılanların arasında “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı nazirlik rəsmi açıqlama yayacaq.
Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı “haqqın.az” saytı yayıb.
***
Dünən gecə Bakının Yasamal rayonunda Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdikləri operativ- axtarış tədbirləri nəticəsində 42 nəfər saxlanılıb.
İnteraztv.com haqqin.az-a istinadən xəbər verir ki, həmin şəxslər islam radikal qruplaşmaların üzvləri olmaqda şübhəli bilinirlər.
Məlum olub ki, xüsusi-xidmət orqanlarının əməkdaşları Fərzəliyev soyadlı iş adamına məxsus Farkli Lahmacun kafe-çay evində gözlənilməz axtarış həyata keçiriblər. Bu zaman orada olan 40-a yaxın şəxsin dini xarakterli tədbir keçirdikləri məlum olub. Onların arasında iki yetkinlik yaşına çatmayanlar da olub.
Saxlanılanların bəziləri ilə bağlı cinayət işi açılıb. Hazırda onlardan cəmi üçünün adı məlumdur. Bunlar Zaqatala rayon sakini Adil Məmməd oğlu Rəcəbov, Kamran Eldaroğlu və Bakı sakini Zaur Əhəd oğlu Şabanovdur.
İstintaq orqanları saxlanılanların Azərbaycandan kənarda fəaliyyət göstərən qanunsuz silahlı qruplaşmaların üzvü olub-olmadıqlarını araşdırır.

Комментариев нет:
Отправить комментарий