27.10.2015

İNGİLİS KƏŞFİYYATINA XİDMƏT EDƏN İSLAM ALİMİ: Seyyid Əhməd Xan və ya Ser Əhməd

Seyyid Əhməd Xan və ya Ser Əhməd 1817-ci ildə Hindistanda anadan olmuşdur. Atasının ölümündən sonra təhsilini yarımçıq qoyan Əhməd Xan ailəsinin maddi cəhətdən vəziyyətinin ağır olmasına görə işləməyə başlayır. Yaradıcılığına 23 yaşından başlayan Əhməd Xan ilk olaraq dini məsələlərlə bağlı məqalələr yazmağa başlayır. 1847-ci ildə "Asarus-Sənadidə" adlı kitabı çıxır və 1857-ci ildə ingilislərin Hindistanı işğalı zamanı İngilisləri dəstəklədiyi üçün İngiltərə dövlətinin marağını özünə cəlb edir. 
1869-1870 ci illərdə İngiltərəyə gedərək həmin dövlətin kəşfiyyatı ilə sıx əlaqə yaradır və Hindistana geri qayıdarkən "Muslim Cambridge" təşkilatını yaratmağı planlaşdırır. Ölkəsinə qayıdarkən bu təşkilatı yaradır və "Təhzibul-Əxlaq" adında qəzet nəşr etməyə başlayır. 
İngiltərə Mərkəzi kəşfiyatının dəstəyi ilə fəaliyyətə başlayan Əhməd Xan ilk olaraq İslam dininin ən mühim mənbələrindən hədis məfhumunu müxtəlif şübhələr və bəhanələrlə inkar etməyə başlayır və müsəlmanlar arasında bu fikrin yayılmasında bir sıra cəhdlər edir. İlk olaraq "Ət-Təfsirul-Aqliyyə" əsərini yazaraq QURANİ-KƏRİM hədislərə istinad etmədən təfsir etdiyini iddia edir. 
Təbii ki, bu məkirli planların arxasında çirkin siyasət dururdu. Çünki, Qərb Kəşfiyati ilə bağlı olan şərqşünas alimlər İslama zərbə vurmağın yollarından birini müsəlmanların hədis küliyyatını əllərindən alinmasında görürdülər. Hədisləri aradan qaldırmaqla bir çox etiqadi və şəriətlə bağlı suallar cavabsız qalacaq və İslama qarşı maraq azalacaqdı. 
Bu səbəblərə görə Hindistanda İslamı zəiflətmək üçün Əhməd Xan İngilis kəşfiyyatının dəstəyi ilə bir çox addımlar atır və bir çox tələbələr yetişdirir.

Комментариев нет:

Отправить комментарий