04.10.2015

3000 terrorçu İordaniyaya qaçmış, 1500-ü isə təslim olmuşdur

"Al Akhbar" qəzeti bildirir ki, İŞİD sıralarında parapozanlıq yaranmışdır. Qruplaşma rəhbərliyi vəziyyətə nəzarət etmək iqtidarında deyil. Hətta bəzi yerlərdə dəstə komandirlərinin özləri silahdaşlarını qoyub fərarilik etmişlər. Artıq terrorçuların nəzarət etdiyi ərazilərdən blok-postlar götürülmüş, patrul reydlərinə son verilmişdir. Terrorçuların əvvəlki döyüş ruhundan əsər-əlamət qalmamışdır. Bir çox yerlərdə İŞİD döyüşçüləri hökumət qüvvələrinin tərəfinə keçmiş, bir qismi isə ölkə ərazisini tərk etmişlər.
Homs əyalətində təhcizatı kəsilmiş və gücdən düşmüş 1500 terrorçunun təslim olduğu bildirilir. Rusiya hərbi aviasiyasının zərbələrindən və Bəşər Əsəd ordusunun hücumlarından ehtiyyat edən 3 min terrorçu Suriyadan İordaniyaya qaçmışdır.
Ceyş Əl-Fateh qruplaşmasının üzvləri isə öz ev əşyalarını və silah-sursatlarını maşınlara yükləyərək əllərində olan Erixi, Sarakiba, Maaret-Naaman və Abu Duxur yaşayış məntəqələrini tərk etmişlər və Türkiyə istiqamətinə yollanmışlar. Onların bir çoxu Türkiyə ilə sərhəddə Cəbəl-əz-Zaviya dağlıq rayonundakı bazalara sığınmışlar. Xatırladaq ki, Ceyş əl-Fateh silahlı qruplaşması Türkiyə tərəfindən dəstəklənir və əsasən keçmiş Sovet respublikalarından olan təfkirçilərdən təşkil olunmuşdur.
Livanın "AL-Axbar" nəşrinin yazdığına görə, terrorçular İŞİD dövlətinin paytaxtı sayılan Rakka şəhərindən qaçaraq Mosula sığınmışlar. Buna Rusiya aviasiyasının hücumları nəticəsində onların infrastrukturunun dağıdılması səbəb olmuşdur.
Parapozanlıq yerli radikallarla xarici ölkələrdən gələn döyüşçülər arasında konfliktə də səbəb olmuşdur. Rusnext.ru saytı xəbər vermişdir ki, suriyalı cihadçılarla gəlmə radikallar arasında yaranan mübahisə atışmaya gətirib çıxarmış və hər iki tərəf onlarla itki vermişdir.
Terrorçular arasında fərarilik halları artmasına Rusiya aviasiyasının mütəmadi raket zərbələri səbəb olmuşdur. Təkcə dünənki gün ərzində rus aviasiyası terrorçuların dörd komanda mərkəzini və bir təlim-məşq düşərgəsini bombardman etmişdir. Terrorçuların İdlib şəhəri yaxınlığında meşə massivində cəmləşmiş maşınları və tankları da dəqiq aviazərbələr nəticəsində məhv edilmişdir. Əməliyyat zamanı terrorçuların 30-a yaxın maşını, T-55 tankı və topları sıradan çıxarılmışdır. Terrorçuların kütləvi şəkildə cəmləşdiyi 10 obyekt yerli-yeksan edilmişdir. Ölkənin şimal-şərq rayonunda hökumət qüvvələri ilə döyüş zamanı 160 radikal islamçı öldürülmüşdür. "As-Safir" qəzetinin bildirdiyinə görə, Latakiya-Hələb şosesində yerləşən Cisr-eş-Şuqur şəhərinə Rusiya təyyarələrinin hücumu gözlənilir.
Uluslararası və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Talip İbrahim bildirmişdir ki, rus təyyarələrinin zərbə endirdiyi ərazilərdə sivil vətəndaşlar olmamışdır və bu barədə Qərb mətbuatının yaydırqları yalandır. O bildirmişdir kİ. terrorçuların məskunlaşdığı ərazilərdən yerli xalq çoxdan köç edərək getmişdir. Rus təyyarələrinin bombaladığı ərazilərdə "terrorçulardan başqa heç kimin olmadığını" ABŞ dövlət nümayəndəsi də təsdiq etmişdir.

Комментариев нет:

Отправить комментарий