Keçmiş MTN-çi baş yanğınsöndürənin klanından olub
Bir neçə gün əvvəl prezidentin sərəncamı ilə işdən çıxarılan Eldar Mahmudovun işi ilə bağlı ölkəni şoka salacaq faktlar aşkarlanıb.
Məlumatlı mənbənin bildirdiyinə görə, nazirin işdən çıxarılmasının əsas səbəbi onun doğma qudası, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevlə, və ölkənin ən qüdrətli naziri ilə iş birliyi səbəb olub.
Hələ Cahangir Hacıyevin işdən çıxarıldığı vaxtlarda bu məsələ ilə bağlı sensasion xəbər yayılmışdı.
Xəbərdə deyilir ki, C.Hacıyevin istefaya göndərilməsinin kökündə devalvasiyadan öncəki dollar alveri durur: “Cahangir Hacıyev devalvasiya qərarından öncədən xəbərdar olub və iri kapital sahiblərinin sərəncamından olan manatı dövlətin sərəncamında olan dollarlarla dəyişib ki, bu da dövlətə çox baha başa gəlib. Bu alverdən Cahangir Hacıyev yüz milyonlar qazansa da, Mərkəzi Bank və səhm paketi dövlətə məxsus Beynəlxalq Bank xeyli ziyan çəkib”.
Mərkəzi Bankın ilkin qərarı yumşaq devalvasiya olub. Ancaq Cahangir Hacıyevin bir neçə milyardlıq dollar alverindən sonra dövlətin sərəncamında olan valyuta ehtiyatı xeyli azalıb və Mərkəzi Bank sərt devalvasiyaya məcbur olub. Mərkəzi Bankın sədri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifov prezidentə məruzəsində yaranmış situasiyaya görə Cahangir Hacıyevin günahkar olduğunu bildirib və dövlətə nə qədər ziyan vurduğunu konkret rəqəmlərlə əsaslandırıblar.
Bundan sonra prezident Cahangir Hacıyevin vəzifəsindən uzaqlaşdırılması barədə Samir Şərifova göstəriş verib. Və Beynəlxalq Bank sədri 50 yaşında “xəstəliyi” ilə bağlı istefaya göndərilib”.
Hacıyev işdən çıxarılsa da, dövlət başçısının gizli sərəncamı ilə DİN və prokurorluq orqanlarının bu istiqamətdə araşdırmaları davam edib və ölkə rəhbərliyini şoka salmış dəhşətli faktlar açıqlanıb.
Məlum olub ki, Cahangir Hacıyev bu maliyyə maxinasiyalarını öz qudası, milli təhlükəsizlik naziri Eldar Mahmudovun birbaşa himayəsi altında həyata keçirib. Ölkənin maliyyə təhlükəsizliyinə əsas cavabdeh şəxs olan nazir bir neçə milyard dövlət vəsaitinin mənimsənilməsinə göz yumub.
Bəs Eldar-Cahangir birliyi devalvasiyadan öncə dəyişdirilmək üçün pulları hardan əldə edib? Axı söhbət 3-5 manat yox, 3-5 milyard dollar vəsaitdən gedir. Ölkədə bu qədər pul vəsaitinə sahib olan şəxs kimdir?
Dövlət orqanlarının apardığı araşdırma bu sualın da cavabını tapmağa kömək edib. Hələ bir neçə gün əvvəl Azərbaycandan Avropaya qaçaq düşmüş keçmiş səfir Arif Məmmədov Eldar Mahmudovun əlindəki rıçaqları istifadə edərək, hakimiyyət daxilində ən effektli klan qurub və ona başçılıq etdiyini, bu klana çox məşhur nazirlərin daxil olduğunu açıqlayıb.
Səfir klanla bağlı məlumatı düzgün paylaşsa da, bəzi səhvlərə yol verib. Eldar Mahmudov həmin klanın başçısı yox, sıravi üzvlərindən biri olub- 11 il əvvəl nazir olan kəsin o cür “əjdahaların” arasında, hər şeyin artıq bölüşdürüldüyü bir yerdə təzə klan qurmaq imkanı sıfırdır, o bu fikir ağlından keçəndən bir dəqiqə sonra işdən qovulardı elə olsaydı...
Bütün bunları gözəl başa düşən Mahmudov güclü olmaq üçün güclülərə qoşulmaq qərarına gəlir, onun seçimi isə fövqəladə hallar naziri, xalq arasında daha çox fövqəlnazir kimi tanınan Kəmaləddin Heydərovun klanına düşür.
Anaxeber.az bildirir ki, bu klana üzv olan Mahmudov daha sonradan öz şefinin tapşırıqlarının canla-başla icrasına başlayır. Ölkə iqtisadiyyatını diz çökdürən Beynəlxalq Bank işində Mahmudovun himayəsi altında, MTN şefinin qohumunun başçılıq etdiyi bankda dəyişdirilən pullar elə Kəmaləddin Heydərovun şirkətlərinin olub. Bu əməliyyat dövlət büdcəsinə düz 3 milyard dollar ziyan vurub.
Bundan başqa, hakimiyyətdə mövqeyini gücləndirmək üçün K.Heydərov Mahmudovun əli ilə digər rəqiblərinə qarşı kompormat toplamağa başlayıb. MTN əməkdaşları ölkənin nazirləri, iri ranqlı məmurlarının Whatsapp yazışmalarının surətini çıxararaq, gizli arxivdə saxlayıb.
Nəticə isə artıq bəllidir.
Mənbə bildirir ki, bütün bu məlumatlar artıq prokurorluq orqanları tərəfindən araşdırılır və hətta FHN şefinin həbsinə hazırlıq gedir.
mediaxeber.com

Комментариев нет:
Отправить комментарий