Eastnews.org-un verdiyi xəbərə görə, İraqın və İslam dünyasının nüfuzlu alimi Ayətullah Seyid Əli Sistani 8 min sünni ailəyə humanitar yardım edib. Ayətullah Sistaninin Nəcəf şəhərindəki ofisindən verilən açıqlamada bildirilib ki, Səlahəddin vilayətində İŞİD terrorçularından qaçan ailələrə dərman, qida və yemək yardımı edilərək digər problemləri həll edilməyə çalışılıb. Ayətullah Sistaninin nümayəndələrinin də Səlahəddin vilayətinin əl-Şirqat bölgəsinə səfər etdiyi və sünni müsəlmanları olan ailələrə dəstək olacaqlarını vurğulayıblar. Yardımı qəbul edən sünni ailələr Ayətullah Sistaninin nümayəndələrin təşəkkür edərək Ayətullah Sistaninin təkcə şiələrin yox İraqdakı bütün müsəlmanların alimi olduğunu qeyd ediblər.
Комментариев нет:
Отправить комментарий