03.08.2016

Ərdoğan: Fətullah Gülənin Azərbaycanda çevrilişə cəhd etmək potensialı var

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sensasion açıqlama verib. Gununsesi.info-nun Türkiyə KİV-nə istinadən verdiyi xəbər görə, Türkiyə prezidenti Fətullah Gülənə qarşı mübarizədə dünyadakı bütün dövlətlərin birlikdə mübarizə aparmalı olduğunu və bu prosesə ciddi şəkildə başlamağın vacibliyini söyləyib.
“Star” qəzetinin yaydığı məlumata görə isə mövzuya yaxından bələd olan yazar Latif Ərdoğan FETÖ-nün 80-ə qədər ölkədə nüfuz sahibi olmasını vurğulayıb. “Örgütün 35 il əvvəl təşkilatlanmağa başladığı ölkələr olan Azərbaycan, Qırğızıstan, Türkmənistan kimi türkdilli respublikalarda çevrilişə cəhd etmək potensialı var. Son 40-20 il arasında 80-ə qədər ölkədə təşkilatlanıblar. Afrika respublikalarında daha təsirli ola bilərlər. Lakin bu çevriliş cəhdləri Gülənin kefi istəyəndə yox, Mərkəzi Kəşfiyyat İdarəsi istəyəndə baş verəcək”- deyə, Ərdoğan bildirib.
Ərdoğan Türkiyəni ələ keçirmək istəyən fətullahçıların məktəblər açdığı ölkələrdə də eyni yolla hakimiyyətləri ələ keçirməyə cəhd etməsini mümkün hesab edib.

Комментариев нет:

Отправить комментарий