05.08.2016

Tərlan Əbilov - Mənə

Bu gündən sən də hamısan,
Hamısan, hamı tək mənə.
Götür əlini üstümdən,
Yandırma ta ürək mənə.

Unut məni, unut sıx-sıx,
Bıçaqtək kürəyimdən çıx...
Yığ, saçının ətrini yığ,
Gətirməsin külək mənə.

Dur çırp üstünün tozunu,
Dəyiş mən yazan yazını.
Qoy dağ başına özünü,
Əl açmadan ətək mənə.

Çörəktək daşından çıxım...
Sevdatək başından çıxım...
Gözünün yaşından çıxım,
Tapılmasın ələk mənə...

Комментариев нет:

Отправить комментарий