03.08.2016

Sovet dönəmində şah kimi yaşamışıq

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -44

Martin Lüter: 94 təvəllüd ağzından su axan yeniyetmə iddia edir ki, Rusiya bizə mane olur, bizim yolumuz Qərbədir, bizə azadlıq, demokratiya lazımdır. Bu gənc tarixi bilsəydi (oxumaq yox, məhz bilmək!), başa düşərdi ki, eyni söhbət 1988-ci ildən bəri gündəmdədir.
Bərməki Müttəqi: Onlar gözəl bilirlər ki, türk dili (tati-türk koynesi) onlar üçün sonradan gələn bir dildi. Odur ki, bir düstur kimi ifadə deyərlər- “biz iraniyığ, vəli türki danışarıx”. Bunu onların təfəkküründən qəti çıxarmaq olmur. Buna görə neçə-neçə AR-in cəsusları orda dərhal yaxalanıb getdilər gedər-gəlməzə. Etniklik bircə dillə olsaydı, Amerikanın hinduları da, zənciləri də özlərini anglosaks sayardılar. Amma hamı bilir ki, qara və qırmızı dərili anqlosaks olmaz. Eləcə də ari irqinə mənsub insandan türk yapmaq olmur. Hamınız şahidi olacaqsınız ki, dil hələ etnos, millət deyil və ola da bilmir. Akademiyada və universitetlərdə yuva salmış siyasətbaz avaraların hamısı ifşa olacaq.
Oktay Quliyev: Bəzi şüvənlər Qarabağ məsələsində Putini günahkar bilir, onu tərifləyənləri vətən xaini hesab edirlər. Elə bil ki Qarabağı Putin satıb ermənilərə, yaxud da Qarabağı atıb döyüşdən qaçan Putin idi. Deyəsən Çingiz Mustafayev rəhmətlik o vaxt Putinə deyirdi ki, ay şərəfsiz,hara qaçırsan?!
Təranə Əliyeva: Xalqımz əvvəl də kasıb idi? Xeyr! Xalqımız indi dilənçidir. Amma əvvəl hər halda mənən zəngin idi. İncəsənəti, mədəniyyəti, ədəbiyyatı zəngin idi. Hər ailənin başının üstündə damı var idi. İş var idi... Mən belə azadlıq istəmirəm.
Elmir Səfəvi: Türkiyə MİT-i 25 il ərzində Sovet imperiyasında çox işlər gördü. Azərbaycanı 90-cı ildə Elçibəyin əli ilə dağıtdı, Qarabağ getdi, 20 yanvar oldu, 1 miliyon qaçqınımız oldu. Sonra da Çeçenistanda türklər və ərəblər böyük iş gördülər, kütləvi qırğınlar və demək olar ki Çeçenistanı darmadağın elədilər. Putin gəlməsəydi, hələ də davam eləyəcəkdi. Ukraynanın özündə bu məsələləri qaldıran türkün agentləri oldu. Hələ də Türkiyə onlara dəstək verir. Amma belə gedişlə onların axırına az qalıb. Suriya və İraqı da birbaşa Türkiyənin əli ilə xaraba qoydular. Yaşayarıq görərik, bu pantürklər hələ çox fitnələr törədəcəklər. Allah axırını xeyir eləsin.
Sabir Şindani: Türkiyə camaatı çox da savadlı deyil. TV-lərdə yayımlanan təbliğata çox inanır. Sovetin dövründə 30-cu illərdəki kimi. Bu yanlışdır, gərək hər bir məlumatı hər tərəfdən yoxlayasan.
Nizami Məmmədov: Mən ümumiyyətlə türk dünyası deyilən bir şeyin bircins qəbul edilməsini qəbul etmirəm. Elə türk tayfaları olmuşdur ki bunlar elə tarixin ilk anlarından yəhudi sionistlərlə əməkdaşlıq etmişlər... Xəzər xaqanlığının tarixilə tanışlıq kifayətdir. Yeri düşmüşkən belə tayfalardan hesab olunan qıpçaqlara bizim münasibətimiz elə həmişə pis olmuşdur. Bu gün xəyali türk birliyindən danışan insanların əksəriyyəti, mən əminəm ki, elə həmin o qıpçaqların tör-töküntüləridirlər, hamını yenə də sionist bayrağının altına yığmaq istəyirlər.
Elçin Bayramlı: Əfsanəvi dövlətdə yaşadığımızı anlamaq üçün bizə az qala 20 il lazım gəldi. Tarixdə ən təbii və xeyirli qida istehsalı Sovetdə idi. İndi xalq ximikat yeyir. Yeri gəlmişkən, hazırda bu sətirləri yazarkən mənə sərin hava vuran BK kondisioneri 30 ildən çoxdur problemsiz, ustasız işləyir. Bu müddətdə qohum-qonşu 4-5 dənə kondisioner dəyişib. Sovet əbədi məhsul buraxırdı sanki. Ən əsası hər hansı bir məhsul yalnız xalqın xeyiri nəzərə alınaraq istehsal edilirdi, çünki azad biznes maraqları yox idi. Biznes maraqları olan yerdə vicdandan, keyfiyyətdən, standartdan danışmaq gülməlidir.
İlham Alisoy: Cəbrayıl rayonundan olan bir məcburi köçkün tanıyıram. 50 000 dollarlıq “Passat cc” sürür. Böyük oğlu hüquq mühafizə orqanlarında işləyir. Özü də “namusla”, “vicdanla”. Şəhərde beş-altı obyekti var. Kiçik oğlunu isə keçən il evləndirdi. Elə toyun ortasında bir ata kimi oğluna “Mersedes” hədiyyə etdi. Di gəl ki zalımoğlu 22 ildir zəbt etdiyi bir yetim Əmircan qəsəbə sakininin evindən çıxmır ki, çıxmır. Çıxara bilmirlər, ay qardaş, deyir qaçqın adamam, dərdim ağırdır, nə istəyirsiniz məndən...
Arif Quluyev: Azərbaycanlıya türkdən qardaş olmaz, onların işi düşəndə qardaş olurlar, sənin işin düşəndə nemes onlardan yaxşıdl. Şəxsi təcrübəmdən.
Səttar Məmmədov: Bir şeyi də yadda çıxarmaq olmaz ki, Rusiya ordusunda 50 mindən çox azəri əsgər və zabit var. Qarabağa göndəriləcək sülhməramlılar bəlkə elə onlar oldu.
Əhmədov Qoşqar: Qarabağın getməyinin bünövrəsini elə Elçibəyin yarıtmamazlığı, qətiyyətsizliyi qoydu. Millətin də bu gün bu vəziyyətdə olmasına birbaşa o əyyaş cavabdehdir.
Truth-ngo Thr: İŞİD terrorçuları Türkiyə ərazisindən keçib Suriya və İraqa daxil olur, ordakı müsəlmanların başını kəsir, zorlayır, qul kimi satır, yaralananda gəlib Türkiyə xəstəxanalarında müalicə olunur. Bütün bunlar Türkiyə xalqının gözü qarşısında baş verdiyi halda, müsəlman adlanan Türkiyə əhalisinin çoxu İŞİD-in İraq və Suriyadan oğurladığı neftin hesabına benzinin ucuzlaşmasına xatir buna göz yumur. Budur müsəlmanlar?
Rusiya Dağılacaq: Miqyas faktorunu nəzərə alsaq, elçibəyçiliyin Azərbaycana vurduğu yekun ziyan nasizmin Almaniyaya vurduğu ziyandan az deyil.
Faiq Mirzəyev: Mən həmişə söyləyirəm, hər yerdə bildirirəm ki, Rusiya 700 ildir dünyada söz sahibidir. Bu gün də hərbidə bir nömrəli dövlətdir. Daha ABŞ güc mərkəzi deyil, Rusiyadır. Biz uzun illərdir ki, Rusiyaya qarşı səhv siyasət aparmışıq. Bundan heç nə qazanmamışıq, həmişə itirmişik, İtirə-itirə də gedirik. Bölünürük! Torpaqlar əlimizdən gedir. Başımızın üstünü təhlükələr alır.
Agalar Qut: Osmaniyyənin varisi olan Türkiyə Ağqoyunlu-Qaraqoyunlu-Qızılbaş torpaqlarında yenidən peyda olmuş bu günkü Azərbaycan adlı dövlətə necə dost ola bilər?! O, bizə tarixi xortdan kimi baxır. Varisi kim sevər?!.. Ancaq Cəmil Həsənli kimi, onbaşı-yüzbaşı ümumtürk hərb sistemini monqol hərb üsulu adlandıracaq dərəcədə ümumtürk tarixindən məlumatsız, elm meydanını boş görüb tarixçi adını qapışdıran bir təhrifçi osmaniləri indi bizə hətta xilaskar kimi soxuşdurmağa çalışır.
Nadir Qocabeyli: Gömrük Birliyinə nə qədər tez daxil olsaq, o qədər yaxşıdır. Camaat Rusiyadan daşıyıb gətirib satacaq, dolanacaq. Öz məhsulunu da Rusiyaya maneəsiz aparacaq. Yaşasın Gömrük Birliyi!
Vüsal Hətəmov: Fikir verirsinizmi, mənəviyyat, milli dəyərlər, din, ədəb qaydalarına özlərini düşmən kimi göstərən “yazarcıq”lar ortada yoxdur. Deyim bir də nə vaxt pırtlayacaqlar? Qarşıdan gələn Fitrə və Həcc mərasimlərində. Puldan ötrü sahibləri hürdürəcək onları ki, Sem dayıları ağızlarına sümüklü qrant atsın. Deməli, belələri sosial şəbəkələrdə istəsələr də, istəməsələr də, mənəviyyatdan asılıdırlar. Mənəviyyat əleyhinə yazmasalar, onları heç it yerinə qoyan da olmayacaq...
Muslim Abdullah: Sələfiliyi ölkəyə buraxmaq təhlükəlidir. Əvvəlcə sakit olurlar, dövlətin pulu azalandan sonra isə terrorçuluğa başlayırlar. Sonra xaricdən məlum dövlət təzyiq edir ki, filankəsin partiyası seçilməsə, terrorçu təşkilat adam öldürməkdə davam edəcək. Beləliklə, ölkəni ələ keçirirlər.
Tahir Abdullayev: Turan zad boş şeydi, 50 ildi ki dünyanın ən güclü türk dövləti olan Türkiyə türklər tərəfindən idarə olunmur. Eləcə də dünyanın ən böyük ərazisinə və ən çox təbii sərvətlərinə sahib olan türk dövləti Qazaxstanın lideri Nazarbayev isə SSRİ-nin qurulmasını Putindən də çox istəyir))).
Həmid Herisçi: Rafiq Tağı qazamatda yatanda Amerika səfirliyinə bağlı qüvvələr ölkədə “İslamdan imtina!” kampaniyasına başladılar və biz AYO-çuları (Azad Yazıçılar Ocağı) Bakı Mətbuat Mərkəzinə yığdılar. Yadımdadır, orda bir şəxs iclas vaxtı ayağa qalxıb üzünü Amerika səfirliyinin nümayəndələrinə tutdu: “Sizə xatırlatmaq istəyirəm ki, burdakı yaradıcı şəxslər məlum hadisələr nəticəsində islamdan imtina ediblər. Səfirlik də onları maddi cəhətdən dəyərləndirmək qərarına gəlib. Növbəylə gəlin bura”. Bu xitabdan sonra qələm dostlarımın Amerika səfirliyi tərəfindən 300 dollar məbləğində mükafatlandırıldığını görmək, düzü, çox sarsıdıcı, lap gözlənilməz oldu mənim üçün.
Bəhruz Toliş: Dədəsini zorla oxutdurub savada çatdıran ruslara lənət oxuyan cahilə nə ad vermək olar?
Əkrəm Hacızadə: Baxmayaraq ki, bunlardan çox vətənə xəyanət edən yoxdur, amma gəl ki ağız dolusu sənə vətənpərvərlikdən nağıllar danışsınlar. Ciddi şəkildə islahatlara ehtiyac var.... Siz də həmçinin, əgər faydalı olmaq istəyirsinizsə, çalışın öz ətrafınızı zay adamlardən təmizləyin.
Kərbəlayi Mason İlluminati: Rusiyanı parçalayıb Turan qurmaq istəyən türkiyəlilər qanmır ki Rusiyanın Türkiyənin ərazisi boyda tank ehtiyatı var. Təkcə tanklarla əzmək bəs edər.
Ekososialist: Necə ki, Stalinin oğulları, Bağırovun və Nərimanovun oğulları, bütün sovet rəhbərliyinin oğulları müharibədə iştirak edib, necə ki, kommunistlər və komsomolçular ən qaynar nöqtələrdə və öndə vuruşublar, YAP burjua iqtidarının, kapitalist elitanın övladları da vuruşsunlar, YAP-çılar və YAP-çı gənclər öndə vuruşsunlar.
Elçin Ağazadə: Rustavidә taksiyә minәn qaqaşın biri deyib ki, “İndi bu xiyara necә başa salım gedәcәyim yeri”. Sürücü qayıtdı ki, “Öz xiyarınızdı, brat, azәrbaycanlıyam”.
Zahid Mikayılov: Sovet dönəmində biz şah kimi yaşamışıq.
Musarza Kadusi Mirzəyev: İŞİD-in atası Amerika, anası doğulduğu və yaşadığı yer Türkiyədir.
Səttar Məmmədov: Vorkuta ağlayır nurçular üçün.
Vüqar Məmmədov: İran İsrailin qarşısında dayanan ən böyük qüvvədir. Bu günə qədər də hələ də İsrail bir ölkə kimi tanımayıb. Bu günə qədər Fələstinə maddi, mənəvi və hərbi dəstək verən yenə İrandır. İran dövlətinin əqidəsi şiə olsa da,Fələstin əhalisi sunnidir. İran üçün yalnız bir islam hümməti və müsəlman anlayışı var.
Emil Hüseynov: Türkiyə deyəndə ağıla gələn şey reklamdı mənim üçün. Türkiyə başdan ayağa reklamdı, qurtardı getdi.
Nurəddin Rəhimov: Elə zibilə düşmüşük ki, çıxış yolunu divarlara “bura zibil tökənin filan-filan...” yazmaqda görürük!
Elxan Zaman: Camaatın başını Qarabağda ermənilərlə savaşa qatıb mağazalarda qiymətləri qaldırıblar... Soruşuram ki, nəyə görə 8,65 manatlıq yağ birdən-birə 9,45 manat olub? Yaxud nə üçün ovsyanaya kaşalar 1,90 manatdan 2,44 manata qalxıb? Axı dollar ucuzlaşıb! Deyir ki, qiymətlərin qalxmasına səbəb dollar yox, vergilərdir... İndi başa düşürsüz bunlar niyə Qarabağda döyüşləri qızışdırır? Marketlərdəki qiymətləri görəndə məndə belə təəssürat yarandı ki, bunlar qələt edirlər, ermənilər bizim üstümüzə hücum etmirlər, əksinə bizimkilər bacardıqları qədər müharibəni alovlandırmaq istəyirlər ki, xalqın fikrini sosial problemlərdən uzaqlaşdıra bilsinlər.

Комментариев нет:

Отправить комментарий