“Biz senzuradan çıxmış xalqıq. Əvvəllər belə idi ki, bir-iki televiziya kanalı var idi. Çıxardırdılar hansısa şairi, yazıçını efirə. Suallar ünvanlanırdı, lazım olan cavablar alınırdı, lazım olmayan cavabları isə qayçılayırdılar çıxıb gedirdi. Qazaxlılar demişkən, bu yolla bizim üçün pudralı, pomadalı “mənəvi qəhrəmanlar” qayererdilər... Amma sonra noldu? Sosial şəbəkələr meydana çıxdı. Bir çoxları kimi həmin “mənəviyyat öndərlərinin” də sosial şəbəkələrdə şəxsi səhifələri peyda oldu. Sonra başladılar yazıb-pozmağa. Daha doğrusu efirdə, mətbuatda məlum səbəblərdən deyə bilmədiklərini, soxub içlərində saxladıqlarını burada qusmağa. Onlar hər yazdıqca sanki pudraları üz-gözlərindən qopub tökülməyə başladı. Bütün mənəvi eybəcərlikləri üzə çıxdı. Biz onları ziyalı hesab edirdik, amma məlum oldu ki, bunların bir çoxu ən adi diletantdan başqa bir şey deyillər. Yaşlı nəslə məxsus olanların bir çoxu “travmalı mağara millətçisi”, “tayfabaz”, nisbətən cavanları adi küçə uşaqları. Bir əlin barmaqlarının sayı qədər içərilərində normal adam olar, ya olmaz. İndi görürəm ki, bəzi dostlar facebook səhifələrində onları tanıdıqca məyus olurlar. Məyusluğu anlayıram, insan yanıldığına görə pis olur. Amma bu məsələyə daha çox müsbət yöndən baxmaq lazımdır. Ən azından küçədə görəndə avtoqraf istəməyəcəksən, daha hörmətlə salam verməyəcəksən. Bir sözlə, sosial şəbəkələr bütün pudraları, maskaları yuyub apardı. Sağ olsun”.
Комментариев нет:
Отправить комментарий