18.05.2017

Müaviyə və Yezidin övladlarının yəhudi dilində məktubları

650-969-cu illərdə Xəzərin şimalında mövcud olmuş Xazariya yəhudi dövlətinin Əndəlus Əməvi dövləti ilə yazışmaları maraq doğurur. Əməvilər sülaləsi süqut еtdikdən sonra yerinə Abbasilər sülaləsi kеçdi. Əməvilərdən Abdurrahman bin Muaviyə Əndəlusə qaçaraq burada müstəqil Əndəlus Əməvi dövlətini qurdu. Dövlətin paytaxtı Kordova şəhəri idi. Əməvilər Şərqdən Kordovaya gələn tacirlərdən Xəzərin şimal sahilində yəhudi dövlətinin varlığı barədə xəbər tuturlar. Əvvəl bu xəbər onlarda şübhə yaradır, çünki o dövrdə yəhudilər dünyanın müxtəlif tərəflərinə səpələnmişdilər və öz dövlətləri yox idi. Lakin bir müddət sonra Kordovaya gələn Bizans səfirlərindən dəqiq öyrənirlər ki, bəli, Xazariya adlı iudey dövləti var, Bizans ilə qonşuluqdadır, xaqanının da adı İosifdir. Bundan sonra Əməvilər Xazariya dövlətinə məktub yazmaq qərarına gəlirlər. Saray əyanı, dövlətin ikinci şəxsi sayılan Xasday ibn Şaprutun adından yəhudi dilində yazılmış məktubdan aydın olur ki, Müaviyə və Yezidin övladları yəhudi dövlətinin varlığını eşitcək sevincləri yerə-göyə sığmayıb. Məktubda Əməvi saray əyanı müstəqil yəhudi dövlətinin varlığını görünməmiş hal kimi qiymətləndirir, heyranlığını ifadə edir və dövlət quruculuğunun müxtəlif təfərrüatları ilə maraqlanır: yəhudilər həmin regiona necə gəlib çıxıblar, ölkə böyükdürmü, qonşuların bu dövlətə münasibəti necədir, siyasi quruluş, ordunun sayı və gücü necədir, yəhudilər başqa xalqlardan xərac yığmağa başlayıblarmı, başlayıblarsa xəracın həcmi nə qədərdir və s. Əməvilər Xazar xaqanından soruşurlar ki, yəhudilərin xilas olacağı Qiyamət günü barədə məlumatlıdırmı? Sonda Xazar xaqanına bildirirlər ki, dünya yəhudiləri iudey dövlətinin yaranmasından xəbər tutduqca, bu onların mənəvi ruhunu yüksəldəcək. Cavab məktubunda Xazar xaqanı İosif yazır ki, onun babaları əvvəllər Əməvi xəlifələri ilə gözəl münasibətlərdə olublar və həmin münasibətləri davam etdirmək lazımdır. O bildirir ki, Xazar hakimləri dövləti Talmud qayda-qanunları ilə idarə edirlər. Xazar xaqanına yazdıqları digər məktubda Əməvilər özlərinin də yəhudi olduqlarını bildirirlər və Xazar xaqanını öz ağaları adlandırırlar. Məktubun sonunda Əməvilər yazırlar ki, şimaldakı Xazariya dövləti ilə qürur duyurlar və oranı ziyarət etmək istərdilər. 10-cu əsrdə yaşamış və Kordovada olmuş ərəb səyyahı İbn Xaukalın məlumatından aydın olur ki, Əməvi əyanları başda həmin Xasday ibn Şaprut olmaqla Xazariya dövlətinə yollanmış və xaqan ilə görüşmüşlər. Əməvilərlə xazarlar arasındakı bu yazışma 1577-ci ildə kitab halında çap olunmuş və dünya yəhudilərinin mənəvi ruhunu qaldırmaq üçün onlar arasında yayılmışdır. Həmin məktublaşma bir sıra tədqiqatçılara Müaviyə və Yezidin soykökünün yəhudi olması qənaətinə gəlməyə əsas vermişdir.

Комментариев нет:

Отправить комментарий