18.05.2017

Kukla teatrı

Oktay Ataxan

Azərbaycan bambılıları vəlvələyə düşüb ki, Rusiyada ÜmumRusiya Azərbaycanlılar Konqresinin qeydiyyatı ləğv olunub, lakin bir köpək oğlu durub demir ki, əslində Rusiya Ədliyyə Nazirliyinin bu ləğvetmənin səbəbini rəsmi şəkildə nə ilə izah edir və hansı səbəbləri göstərir...
Maraqlısı da odur ki, bütün dünya-aləm şahid idi ki, son illərdə bu ÜAK-ın ətrafında daim didişmə, intriqalar, bir-birini inkar və ləğv etmə baş verirdi... Və bu gün də Rusiyada yaşayan 99% həmyerlilərimizin bir qismi ÜAK-ın ləğv olunmasına sevinir, böyük bir qismi isə tamamilə bu məsələyə laqeyddir...
Yəni ki, Rusiyada yaşayan həmvətənlərimiz məsələyə bu cür münasibət bəsləyir, burdaki bizim bambılılarımız isə yaxalarını cırır ki, "Rusiya bizə xəyanət etdi!... Rusiya bizi şantaj edir!.. və s. və i"...
Bir dənə də ağıllı-başlı adam tapılmır ki, ağılla, təmkinlə bütün bu məsələni öyrənib, araşdırıb, təhlil edib izah etsin ki, bu hadisənin səbəbi və məqsədi nədir...
Yerindən duran bir əliylə əynindən düşən şalvarını tutaraq digər əliylə havanı boş-boşuna yararaq elə hey Rusiyaya od püskürür!..
Azərbaycan - kukla teatrına çevrilib!
Əksər azərbaycanlılar marionetka-bambılı (yəni başı boş kukla) olmağı özlərinə şərəf bilirlər!...
O ki qaldı, bu zavallı Eldar Sabiroğluna: Əyə, sənin başına gətirilən oyunundan sonra sənə Kremlin hərəkətinə mövqe bildirmək gərəkdir?!
Heç hənanın yeridirmi?!..
Oğlun türmədə ölüm ayağındadır- səni Kremlin hərəkəti narahat edir?!..
Kuklalıq-marionetkalıq var ee, daha bu dərəcədə də yox da!..

Комментариев нет:

Отправить комментарий