15.05.2017

Gözəlim

Əbil Əbilov

Yararlı qəlbimi incitmə mənim gəl, gözəlim,
Yenə ol gözdən axan damlanı bir sil, gözəlim.

Baxıram gözlərinə, sevgini ordan görürəm,
Bu qədər naz eləmə, dərdini sən böl gözəlim.

Sənə ulduzmu deyim, mən sənə, yar, aymı deyim?
Səni tərifə əcəb aciz olub dil, gözəlim.

Səni mən çox sevirəm, kimsəyə tay eyləmərəm,
Yar, mənim halımı gör, bircə kərə bil, gözəlim.

Əlini ver əlimə, qoy sinəmin üstə başın,
Yarəli sinəm ola ruyinə mənzil, gözəlim.

Neçə vaxtdir yolunu həsrət ilə gözdəmişəm,
Gəlir hər sənsiz ötən an mənə bir il, gözəlim.

Səni qoymaz ki Əbil ahu fəğan eyləyəsən,
Mən sənə bülbül olum, sən də mənə gül, gözəlim.

Комментариев нет:

Отправить комментарий